Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Elnarənin açıqlaması ətrafında qalmaqal bitmir- "Müğənnilik nə vaxtdan eyib peşə olub?"

 

Əməkdar artist Elnarə Avdullayevanın "Oğluma müğənni qız almaram" sözləri ətrafında qalmaqal səngimək bilmir.

Yenixeber.org: Sənətçilər "MTV Azərbaycan"a açıqlama verərək, xanəndəni qınayıblar.

Müğənni Elnarə Xəlilova özünü ideal ailə qadını hesab etdiyini söyləyib:

"Özümü nümunə hesab edirəm. Təki hamı istəsin ki, mənim kimi ailə başçısı, uşaqlarının anası olsun".

Elçin Cəfərov isə "Mən onun seçiminə qarışmaram. Çünki mənə də qarışan olmayıb. Özüm seçib, sevmişəm" deyib.

Lətifə Soyuöz də övladının seçiminə qarışmayacağını qeyd edib:

"Bəlkə o müğənni mənim oğlumu elə sevib, ona elə sevgi verəcək ki, xoşbəxt olacaq. Həkim olsun, amma oğlumu xoşbəxt etməsin. Nədir bu?"

ABD Malik isə peşə arasında seçim etməyin yanlış olduğunu vurğulayıb:

"İnsanları peşəyə bölmək olmaz. Elə müğənni var onu heç səhnəyə buraxmaq düzgün deyib, biabırçılıqdır. Amma elə müğənni var onu nümunə kimi ölkəmizdə göstərmək olar. Müğənnilik nə vaxtdan eyib peşə olub?".

Reper Qurd isə nəinki övladına müğənni qız almaq, heç qızının da sənətçi ilə ailə qurmasına icazə verməyəcəyini söyləyib.

İzzət Bağırov da müğənni gəlini olmasını arzulamadığını deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam