Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Avropanın mədəniyyət paytaxtı bu şəhər oldu

 

Bolqarıstanın ikinci böyük şəhəri olan Plovdivin 2019-cu ildə Avropanın mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı təntənəli mərasim keçirilib.

 

Yenixeber.org: “Euronews” telekanalı xəbər verir ki, mərasimdə 500-dən çox tədbirin keçiriləcəyi və yüzlərlə layihənin reallaşdırılacağı proqrama start verilib. Onların əsas mövzusunun Avropanın rəngarəng mədəniyyəti olacağını diqqətə çatdıran Plovdiv meri İvan Totev deyib: “Bizim şəhəri müəyyən mənada birləşmiş Avropanın nümunəsi hesab etmək olar, çünki bir çox nəsillərdən bəri burada müxtəlif etnik və dini qruplar yan-yana yaşayır. Layihəmizə təkcə bolqar mədəniyyəti deyil, həmçinin Avropa dəyərləri, xüsusən rəngarənglikdə təcəssüm olunan birik ideyası daxildir”.

“2019-cu ildə Avropanın mədəniyyət paytaxtı” çərçivəsində ilk layihələrdən biri müxtəlif ölkələrin rəssamlarının birgə fəaliyyəti sayəsində incəsənət nümunəsinə çevrilmiş Berlin divarının parçalarının Plovdivə gətirlməsidir. Fransız kuratoru Silvestr Verjenin bir çox digər əl işlərində olduğu kimi, Bolqarıstanda təqdim olunacaq bu layihəsində də birlik, fikir ayrılıqları əngəlinin aşılması, maneələrin aradan qaldırılması və sərhədlərin ləğvi ideyaları ön plandadır.

“Euronews” telekanalının müxbiri Volfqanq Şpindlerin sözlərinə görə, birlik ideyasının əsas mövzu seçilməsi təsadüfi deyil. O deyib: “Səkkiz min illik tarixi və çoxmillətli keçmişi olan, həmçinin təxminən 60 il totalitar kommunizmdə yaşamış şəhər bu il Avropanın mədəniyyət paytaxtı oldu. Əsas şüar isə “Birlik” sözüdür. Brexit dövründə və millətçilik meyillərinin artdığı bir şəraitdə daha yaxşısını düşünmək belə olmazdı”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam