Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Avropada qış tətili üçün VAZKEÇİLMƏZ MƏKANLAR– FOTOLAR

 

Avropada qış tətili üçün VAZKEÇİLMƏZ MƏKANLAR

 

Dünyanın ən məşhur səyahət təyinatlarını özündə birləşdirən Avropa qış tətili üçün vazkeçilməz məkanlardan biridir.

Yenixeber.org: Qışda cənnətməkan olan Avropa şəhərlərini təqdim edirik.

1. Cənub-qərbi Avropada, Piren dağlarının ətəyində yerləşən və dəniz sahili olmayan Andorra. Burada xizək sürmək olduqca zövqlüdür.

2. YUNESKO-nun Dünya Mirası siyahısına daxil olan Norveçin ən böyük ikinci şəhəri Bergen. Şimali Avropanın ən böyük səyahət gəmisi limanı burada yerləşir.

3. Tuna çayının ətrafına qurulan iki şəhərin birləşməsi ilə yaranan Macarıstanın Budapeşt şəhəri.

4. Apennin dağlarının ətəklərində yerləşən İtaliyanın Pistoa şəhəri. Tarixi quruluşu və təbii qalan təbiəti ilə olduqca gözoxşayan şəhərdir.

5. Almaniyanın ən böyük şəhəri və eyni zamanda, paytaxtı olan Berlin. Mədəniyyət və tarixi turizmi sevənlər üçün ən gözəl seçim ola bilər.

6. Danimarkanın paytaxtı Kopenhagen. Avropanın ən böyük dəniz ticarəti mərkəzlərindən biridir. 850 il yaşı var.

7. Şotlandiyanın paytaxtı Edinburq. 15-ci əsrdən bəri ölkənin paytaxtı olan bu şəhər Şimal dənizinə yaxın mövqedədir. Avropanın ən gözəl görünüşə malik şəhərlərindən biri kimi tanınır.

8. Çexiyanın paytaxtı Praqa. Onlarla teatr, opera və musiqili teatr biletlərini eyni anda tapa biləcəyiniz mədəniyyət şəhəri. Burada incəsənət tarixinin ən gözəl incilərini öyrənə bilərsiniz.

9. İslandiyanın Reykyavik şəhəri. Qütbə ən yaxın olan şəhərlərdən biridir. Balıqçılıq olduqca məşhurdur. Xizək turizmi də geniş yayılıb.

10. Hollandiyanın ikinci böyük şəhəri Rotterdam. Avropanın ən böyük dəniz limanına sahibdir. İkinci Dünya Müharibəsində yerlə-yeksan olan şəhərin bərpası 20 il davam edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam