Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gəncənin icra başçısı səfirlə görüşüb

    

Gəncənin icra başçısı səfirlə görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov İsveçin Azərbaycandakı səfiri xanım İnqrid Tersmanı qəbul edib.
Yenixeber.org: Görüşdə qonağa Gəncənin tarixi, mədəniyyəti və iqtisadiyyatı barədə məlumat verilib, əməkdaşlıq imkanları müzakirə edilib. N. Bayramov bildirib ki, 4000 illik tarixə malik Gəncə zəngin mədəni irsə sahibdir:

“Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh kimi mütəfəkkirlər yetişdirmiş şəhər, sadəcə Azərbaycan yox, dünya ədəbiyyatına da əvəzsiz tövhələr verib. 2016-ci ildə AvropaGənclər Paytaxtı, 2017-ci ildə MDB Ölkələrinin Mədəniyyət Paytaxtı titullarını daşıyan Gəncə, 2019-cu il üçün Avropanın İdman Şəhəri seçilib. Gəncədə 3 universitet və 3 kollec fəaliyyət göstərir”. 

İnqrid Tersman qeyd edib ki, səfərinin məqsədi Azərbaycanın bölgələrini daha yaxından tanımaqdır. Gəncədən əvvəl Naxçıvan MR və Şəkidə olduğunu deyən səfir, Gəncənin zəngin mədəni irsini xüsusi qiymətləndirib: “Mənim fikrimcə Gəncənin tarixi və milli dəyərləri ölkəniz üçün çox əhəmiyyətlidir”. 

Görüşdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib. İnqrid Tersman bildirib ki, xüsusi ilə mədəniyyət sahəsində müəyyən addımlar atıla bilər.

Səfir görüşdən sonra Gəncə Şərab Zavodu və Gəncə Avtomobil Zavodunda olub. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam