Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Aslan Aslanov məni zəhərlədib öldürmək istəyirdi”

 

Şəmkir bazarının sahibi Elpərəst Həsənli: “Həmin vaxt Bayıl türməsində başıma oyun açırdılar...”

"Xeberinfo.com":  Məlumata görə, “Lamiyə işi” Şəmkirdə baş verən, lakin indiyədək araşdırılmamış bir çox cinayətləri, qanunsuzluqları ortaya çıxarıb. Şəmkirə növbəti səfərimiz zamanı Aslan Aslanovun qətlindən əvvəl və sonra rayonda baş verənləri araşdırmağa çalışdıq...

Şəmkir bazarının sahibi Elpərəst Həsənlinin başına gələnləri rayonda bilməyən yoxdur. Onun özü isə illərdir susub. Deyir ki, ərizə-şikayətlərinin qarşısını alıblar. Şikayətlərinin ölkə rəhbərliyinə çatmasını əngəlləyiblər.


İş adamı deyir ki, onu 20-ci kamerada olan vərəmli xəstələrin yanında saxlayırmışlar: “3 gün 28 gün oldu. Həmin günlərdə oğlum Xəlilin xidmət etdiyi hərbi hissə komandiri Təbriz Dadaşovu da tutmuşdular. Onu da üzümə qoydular ki, guya məndən rüşvət alıb. Prokuror Təbriz Dadaşova 8 il, mənə 4 il cəza istədi. Hakim gəlib mənə 7 il cəza oxudu - yəni prokurorun istədiyindən 3 il artıq. Apelyasiya, sonradan Ali Məhkəmə də Aslan Aslanovun sifarişi ilə verilən həmin qanunsuz hökmü qüvvədə saxladı. Həmin vaxt Bayılda başıma oyun açırdılar”.

E.Həsənli iddia edir ki, Bayılda saxlanılarkən Aslan Aslanov ona zəhər verdirib: “Bayılda olanda rejim rəisi gəldi ki, Aslan Aslanov təcridxananın qarşısında ”nadzor" Adillə söhbət edir, ehtiyatlı ol. Az sonra Adil gəldi, yeməyimi verib dedi ki, ye. Çörəyimi yeyəndən yarım saat sonra mədəm qarışdı. Başa düşdüm ki, Adil məni zəhərlədi. Məni dustaqlar qatıq, çay sodası, marqansla xilas etdilər. 20 gün pis vəziyyətdə idim. Adil məni öldürə bilmədiyinə görə qəzəblənmişdi. Öldürmək üçün yollar axtarırdı. O vaxt Bayılda kimlərəsə sərf etməyən dustaqları taxta çəkiclə vururdular. Zəhərləyəndən sonra ölməmişdim deyə, Adil məni taxta çəkiclə vurdu. Zərbələr başıma, qabırğama, ayağıma dəymişdi. 4 qabırğam, ayağım, başım əzilmişdi. Huşumu itirmişdim. Zərbələrdən ağlımı itirmişdim. Bütün bunlar rəis müavini Ağammədlə rəis Dəmirin gözü qabağında olmuşdu. Onlar mənim müalicə olunmağıma da imkan vermirdilər. Sonradan məni 17 saylı cəzaçəkmə müəssisəsinə köçürdülər. Orada məni müalicə etdilər, sağaltdılar. Aslan orada da məni zəhərlətməyə nail oldu. Şairə adlı “nadzor” vardı, onun əli ilə zəhəri yeməyimə qatdırmışdı. Zülmlə ölümdən qurtardım". 

“Aslanın mənə verdirdiyi işgəncələrə görə bir ayağımı kəsiblər...”

E.Həsənli 17 saylı cəzaçəkmə müəssisəsində 2 il 6 ay yatdığını deyir. Həmin dövrdə dəfələrdə zəhərlənib və əsassız yerə karsa salınıb: “Orada Xaləddin adlı rəis müavini vardı. Aslan ona sifariş verirdi və o mənə köməkçisi vasitəsilə zəhər verdirmişdi.  Xaləddinin köməkçisi mənə yemək çəkdi, qoydu qabağıma. Özünə də çəkib gətirdi. Onun boşqabını aldım qoydum qabağıma. Dedim, mənə çəkdiyin yeməyi ye. Qoydu qaçdı”. 

E.Həsənli 2 il 6 ay cəza çəkəndən sonra əfvlə azad olunub: “Aslan mən həbsdə olarkən oğlum Xəlili öldürtmək istəyirdi. Ona görə də oğlumu saxta ittihamla tutdurmağa nail olmuşdu. Zamində olan oğlum sifarişli həbsdən qurtulmaq üçün Rusiyaya qaçdı. 2006-cı ilin oktyabrında əfvlə azad edildim.  2007-ci ildə oğlum gəldi və həbs edildi. Onu Bayıla aparmışdılar, qabağına Adillə Ağamməd çıxmışdı. Demişdilər ki, atan bura 3 günlük gəlmişdi, 7 il ”srok" aldı. Sən də 3 günlük gəlmisən, bilmək olmaz nə vaxt buradan çıxacaqsan. Atana de, bizə pul gətirsin. Bütün bunlar Aslanın sifarişi ilə olub. Bu illər ərzində Aslan vəzifədə idi. Şikayətlərimin qarşısını alırdılar. Aslanın mənə verdirdiyi işgəncələrə görə bir ayağımı kəsiblər. Aslan məni bu günə saldırıb. Bazarım 10 ildir bağlıdır. Restoranım əlimdən çıxıb. Mən Baş Prokurorluğa müraciət edirəm ki, dediklərimi araşdırsınlar". (musavat.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam