Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Məşhurların “xeyirsiz”, səfil övladları...

Mərhum xalq artisti, məşhur komediya ustası Səyavuş Aslanın oğlu Çingiz Aslanın səfil durumda kömək istəməsi çoxlarını sarsıtdı. Belə ki, aktyorun oğlu evsiz və köməksiz, bir qab yeməyə möhtac olduğunu açıqlayıb. Təbii ki, məşhur aktyorun oğlunun bu duruma düşməsinin müəyyən səbəbləri var.

Yenixeber.org: Lakin Azərbaycan kino və teatr mədəniyyətinin məşhur simalarından biri olan Səyavuş Aslanın övladının bu duruma gəlməsi çoxları üçün o qədər də gözlənilməz deyildi. Çünki zamanında onun atasının 60 illik yubileyinə ölkə başçısı tərəfindən hədiyyə olunmuş evi banklardan birinə girov qoyaraq pul götürməsi ilə bağlı məlumatlar yayılmışdı. Qeyd olunurdu ki, sənətkar oğlunun "Xətai" metrosunun yaxınlığındakı evi girov qoyub pul götürməsinin səbəbi qumarda uduzduğu böyük məbləği geri qaytarması idi.

Aktyorun yaxın dostlarından birinin dedikləri: “Deyir bir dəfə pis vəziyyətdə evə gəlmişəm. Gördüm ki, binanın qabağında bizim bahalı mebelləri maşına yığırlar. Soruşuram ki, bunu hara aparırsınız? Dedi ki, oğlun bunları bizə satıb 3 min manata. Çıxardıb pulunu qaytarıb yola saldım. Deyirdi ki, çox vaxt belə şeyləri Çingiz edir. Amma özü hər zaman pis vərdişlərdən uzaq olub. Gənc vaxtlarında spirtli içkilər qəbul etsə də, siqaretdən uzaq olub. Sonradan isə müqəddəs yerləri ziyarət elədi və spirtli içkilərdən də uzaqlaşdı”.

Xatırladaq ki, Çingiz və qardaşı Eldar Aslan həm də mərhum aktrisa Ofeliya Aslanın övladlarıdır. Zamanında aktrisa xəyanət ucbatından Səyavuş Aslanla boşanıb, bir evin içində yaşayıblar. Məlum olduğu kimi, aktyorun oğlu onun evini qumara qurban verdiyi üçün o, məcburən keçmiş həyat yoldaşı ilə bir mənzilin iki ayrı otağında yaşamışdı.

Ümumiyyətlə, bir çox məşhurların övladları “xeyirsiz” olması ilə bağlı məlumatlar var. Məsələn, dahi sənətkar, maestro Niyazinin ailə faciəsi oğulluğu Ceyhun... Niyazi və onun həyat yoldaşı Həcər xanımın övladları olmadığından yaxın qohumlarından birinin uşağını oğulluğa götürürlər. Böyük sevgi ilə qəbul olunan bu oğlan böyüdükcə onların bu hissini peşmançılıqla əvəzləyir. Ceyhun onların başına min bir oyun gətirir. Narkotik aludəçisinə çevrilərək evdəki bütün qiymətli əşyaları oğurlayaraq satır. 

Günlərin birində isə ən dəhşətli hadisə baş verir. Narkotik almaq üçün pul dalınca evə gələn Ceyhun istədiyini ala bilməyəndə Həcər xanımı öldürmək qərarına gəlir. Əvvəl analığının başından vurur, sonra isə onu boğur və evi qarət edərək qaçır. İndi Niyazinin ev-muzeyində sahibinə məxsus xatirə əşyaları və əlyazmalarının çoxunun olmamasına səbəb də məhz budur. Muzey yaradılmazdan əvvəl, 1984-90-cı illər ərzində maestroya məxsus olanlar pərakəndə şəkildə ayrı-ayrı qurumlara verilib, bəzilərinin isə ümumiyyətlə taleyi bilinmir. Maestronun həmişə barmağına taxdığı brilyant qaşlı üzüyü, Almaniyada ona hədiyyə olunan qızıldan hazırlanmış dirijor çubuğu da yoxdur. Müxtəlif vaxtlarda həbsə düşən Ceyhunun sonrakı, elə indiki aqibəti isə heç kimə məlum deyil. Həcər xanım xatirələrində bir dəfə də olsun, oğulluğunun adını çəkməyib. 

Məşhur müğənni Nəzakət Məmmədovanın da oğlu “xeyirsiz” övlad siyahısındadır. Zamanında onun adına yaraşmayan hərəkətlər etdiyi barədə məlumatlar yayılmışdı. Bildirilirdi ki, o, oğurluq və qarət üstündə həbsə düşüb, xalası ilə yola getməyərək dəfələrlə onu döyüb. Sonradan isə səfil həyatı yaşayıb.

Məşhur ifaçı, daha çox “Arşın mal alan” filmindəki Telli obrazı ilə məşhurlaşan Fatma Mehrəliyevanın oğlu Qalib Mehrəliyev də hazırda səfil həyatı yaşayır. Üç oğul, bir qız atası olan Q.Mehrəliyev illərdir, küçələrdə səfil durumundadır. O, 2005-ci ildən Bakının mərkəzi küçələrinin birində, “Trolleybus parkı” deyilən ərazidə məskunlaşdığı köhnə vaqonda həyatla ölüm arasında mübarizə aparır.(müsavat)

Xalidə Gəray


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam