Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına şahidlik etmiş binadan -REPORTAJ

 




Gürcüstan paytaxtının ən gözəl küçə və prospektlərindən biri də Şota Rustaveli prospektidir. Bu prospektdə (indiki Şota Rustaveli 6 ünvanı) isə tarixə şahidlik etmiş bir bina yerləşir.

 

Azərbaycanın müstəqilliyinin elan olunduğu bina

Yenixeber.org: Hazırda "Gənclər evi” kimi fəaliyyət göstərən bina əvvəllər Qafqaz Canişinliyinin binası olub. 1918-ci il fevralın 23-də bu binada Gürcüstan, Azərbaycan və Ermənistandan ibarət Zaqafqaziya Seymi çağırılıb. Seymdə Gürcüstandan sosial demokratlar, Azərbaycandan Müsavat Partiyasının üzvləri və bitərəflər, Ermənistandan isə Daşnaksütyun Partiyası təmsil olunub. Seymdə müsəlmanlar say etibarilə üstünlük təşkil edib. Həmin dövrdə müsəlman fraksiyasının 50 nəfər üzvü olub. Sosial demokratların 32, ermənilərin isə 27 üzvü Seymdə təmsil olunub. Seymdə azərbaycanlılar əksəriyyət təşkil etdiyindən, verilən qərarlarda Azərbaycanın söz üstünlüyü ola bilərdi. Bu, Daşnaksütyuna və digərlərinə sərf etməyib. Ona görə də Seymdə ixtilaf əmələ gəlib. 1918-ci il mayın 26-da Gürcüstan Zaqafqaziya Seymindən ayrıldığını bəyan edib və bununla da Seym buraxılıb. Mayın 27-də isə Seymin Azərbaycan nümayəndəliyi özünü müvəqqəti Milli Şura elan edib. Şuraya sədrlik isə Məhəmməd Əmin Rəsulzadəyə həvalə olunub. Bir gün sonra isə Milli Şuranın 26 nəfərlik ilk iclasında 24 səslə İstiqlal Bəyannaməsi qəbul edilib. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il mayın 28-də Tbilisinin mərkəzindəki bu binada yaradıldığı rəsmən elan olunub. Yeni yaranmış hökumət və Milli Şura iyunun 16-dək, yəni Gəncəyə köçürülənədək bu binada fəaliyyət göstərib. Binanın əsas zalının girişində burada Gürcüstan dövlətinin və Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsini bildirən məlumat lövhələri yerləşdirilib. Ermənistana aid belə lövhə isə yoxdur.



Güzgülü salon, Ağ və Qırmızı zallar

Buradakı zallara nəzər yetirəndə sanki qədim tarixdən xəbər tutursan. Hər tərəfdən xırda güzgülərlə əhatə olunmuş bu zala daxil olanda sanki sehrli aləmə düşürsən. Bu hündür tavanı olan zalda, yəni Güzgülü salonda, əsasən, müzakirələr aparılıb. Mühüm sənədlər isə qonşu otaqda - Ağ zalda imzalanıb. Zala daxil olarkən yalnız qədimi masanı görürsən. Azərbaycanın və Gürcüstanın ilk müstəqillik bəyannamələri də məhz bu zalda imzalanıb. Eyni zamanda Zaqafqaziya Seymi də bu binada çağrılıb. Qərarlar isə öz köhnə ənənəsinə uyğun bəzədilmiş Qırmızı zaldaelan olunub. Bir növ mədəniyyət evi və konsert salonunu xatırladan bu zalda səhnə və oturacaq yerləri ayrıdır. Qəbul olunmuş qərarlar da məhz həmin səhnədən səsləndirilib.



Mirzə Fətəli Axundov və Abbasqulu ağa Bakıxanov da bu binada çalışıblar

Qafqaz Canişinliyinin xidməti məkanı olmuş binada həmin dövrün bir çox görkəmli şəxsiyyətləri, o cümlədən Azərbaycan mədəniyyəti, ədəbiyyatı, fəlsəfi fikrinin banilərindən olan Mirzə Fətəli Axundov və Abbasqulu ağa Bakıxanov çalışıblar.

Bu möhtəşəm bina 1921-ci ildə Gürcüstan Konstitusiyasının qəbul olunmasına da şahidlik edib. Sovetlər dövründə pionerlər evi kimi fəaliyyət göstərmiş binada indi məktəblilər və gənclər üçün müxtəlif dil, musiqi, rəqs dərnəkləri fəaliyyət göstərir. Binanın əsas zallarında beynəlxalq tədbirlər, böyük konsertlər və digər mühüm dövlət tədbirləri keçirilir. Binanın sağ girişindəki bağça da son dövrlər bərpa edilib, şəhər sakinlərinin və qonaqların istirahət məkanına çevrilib.

Binanı ziyarət edənlərə onun tarixi, burada qəbul olunmuş mühüm qərarlar barədə məlumatlar verilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam