Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

İrakli Alasaniya “Azad demokratlar” partiyasının sədri seçilib

Tiflisdə İrakli Alasaniyanın lideri olduğu “Azad demokratlar” partiyasının qurultayı keçirilib.

"Xeberinfo.com":APA-nın Gürcüstan bürosunun məlumatına görə, qurultayda Gürcüstan parlamentinin sədri David Usupaşvili, Avropa və Avroatlantik məkana inteqrasiya üzrə sabiq dövlət naziri Aleksi Petriaşvili və deputat Nino Qoquadze çıxış ediblər.

Çıxışlardan sonra səsvermə keçirilib və sabiq müdafiə naziri İrakli Alasaniya yekdilliklə “Azad demokratlar” partiyasının sədri seçilib.

Qurultayda sabiq xarici işlər naziri Maya Pancikidze və “Gürcü arzusu” fraksiyasının deputatı Şalva Şavqulidzenin “Azad demokratlar” partiyasına üzv qəbul ediləcəyi barədə məlumat verilib.

Qurultayda Marneuli, Rustavi, Msxeta və digər bölgələrdən nümayəndələr, habelə diplomatik korpus və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

Qeyd edək ki, partiya lideri İ. Alasaniya Gürcüstanın müdafiə naziri vəzifəsindən istefaya göndərildikdən sonra yenidən “Azad demokratlar” partiyasına rəhbərlik etməyi qərara alıb.

Gürcüstan parlamentinin vitse-spikeri, “Azad demokratlar” partiyasının üzvü Zurab Abaşidze APA-ya açıqlamasında müxalifətə keçdiklərini bildirib: “Bir az bundan əvvəl biz koalisiyanın üzvü idik və biz özümüzü əsas oyunçulardan biri hesab edirdik. Lakin bizim müxalifətdə olmağımıza baxmayaraq, biz parlamentdə qanunların və digər sənədlərin qəbulunda koalisiyada qalan bütün partiyalarla əməkdaşlıq edəcəyik. Gələcək bizdən və bizim xalqımızdan asılıdır. Biz Avropa və Avroatlantik məkana inteqrasiyanı dəstəkləyirik və bu yolda var qüvvəmizlə çalışacağıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam