Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Kinonu sevməyən əfsanəvi aktyorumuz– Axar TV

Kinonu sevməyən əfsanəvi aktyorumuz

 

 

“Baş rolların mətnini əzbərləmək zülmdür. Səbrim çatmır. Mənimki budur ki, girim tamaşaya, tamaşaçının əhvalını qaldırıb çıxım”

 

Yenixeber.org: Bu sözlərin müəllifi Azərbaycanın sevilən aktyoru, əməkdar artist Ələsgər Məmmədoğludur.

Ələsgər Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 2 ildən sonra isə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib.

O, “Evləri köndələn yar”, “Yaşıl eynəkli adam”, “Topal Teymur” kimi teletamaşalarda,“Ömrün səhifələri”, “Bəyin oğurlanması”, “Tehran-43” kimi filmlərdə rol alıb. Aktyorun xüsusilə“Bəyin oğurlanması” filmindəki Ələsgər obrazı bu gün də uşaqdan-böyüyə hər kəsin üzündə gülüş yaradır.

Ələsgər müəllim teatrı o qədər çox sevirdi ki, təqaüdə çıxandan sonra müqavilə ilə işlədi. Oğlu Ceyhun atasının hər gün teatra baş çəkdiyini deyir:

“Atam işləməsəydi, bəlkə daha tez ölərdi. Onu həyata bağlayan iş idi. Deyirdi ki, mənə pul verməsinlər, amma işləyim. Tamaşa olmasa da, hər gün teatra gedirdi”.

Daha ətraflı Axar TV-nin təqdim edəcəyi süjetdə:

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam