Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Ələsgər Məmmədoğlu vəfat etdi

Əməkdar artist Ələsgər Məmmədoğlu vəfat edib.

Xeberinfo.com:   Aktyor bu gün axşam saat 21:00 radələrində öz evində dünyasını dəyişib. Ə.Məmmədoğlunun ailəsindən  bildiriblər ki, aktyorun səhhəti qəfil pisləşəndən sonra təcili yardım gəlsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Ə.Məmmədoğlu 1946-cı il, fevralın 9-da Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib.

Ə.Məmmədoğlu bir çox teletamaşalarda - Şair (“Evləri köndələn yar”, Anar), Milis (“Yaşıl eynəkli adam”, V.Səmədoğlu), Nökər (“Mehmanxana sahibəsi”, K.Haldoni), Dəmir-qaya “Topal Teymur”, H.Cavid), Narsatan (“Qatarda”, İ.Məlikzadə), Gümrah (“Alov”, M.Hüseyn) kimi obrazlar yaradıb.

“Mozalan” satirik kino-jurnalının 20-yə yaxın süjetinə çəkilən Ə.Məmmədoğlu “Ömrun səhifələri” (Ələsgər), “Xoşbəxtlik qayğıları”(Əlövsət), “Bəyin oğurlanması” (Ələsgər), "Tehran-43" (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısıdır. 2002-ci ildə Ə.Məmmədoğlu Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam