Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Gənc yazarlar “Yayım” Assosiasiyasında toplandılar

 

    Xeberinfo.com": “Yayım” Assosiasiyası “Müasir Azərbaycan ədəbiyyatında gənc yazarların təbliğinə yardım” layihəsi çərçivəsində nəşr olunan “Yeni nəşrlər” jurnal- kataloqunun və "Gənc yazarların əsərlərin haqqında" elektron bazanın təqdimat mərasimi təqdimatını keçirib.

 

    Tədbiri giriş sözü ilə açan Assosiasiyanın prezidenti Yaşar Zeynalov layihənin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirildiyini və layihənin əsas məqsədinin gənc yazarlar və onların əsərlərini ictimaiyyətə təqdim etmək və bu informasiyanı özündə cəmləyən yazılı və elektron kataloq formalaşdırmaq olduğunu bildirdi.  

    Bu məqsədlə layihə müddətində  “Yeni nəşrlər” kataloq jurnalının xüsusi buraxılışı hazırlandığını bildirən Assosiasiya rəhbəri nəfis tərtibatda nəşr olunan kataloqa 150 adda gənc yazarların əsərlərinin daxil edildiyini bildirdi.

Hər bir nəşr haqqında annotasiya, foto informasiya və digər vacib məlumatlar daxil edilib.

 

   Bundan başqa təşkilatın internet səhifəsi -  www.yayim.org yaradılıb. Saytda  “Gənc yazarların əsərləri" və "Gənc yazarlar" bölmələri yaradılımışdır.  Elektron resurs mərkəzinə 150 kitab haqqında informasiya daxil edilib.

    Eyni zamanda "Gənc yazarlar" bölməsinə isə 10 gənc yazarın həyat və yaradıcılığı haqqında  məlumat yerləşdirilib və bu bölmənin gələcəkdə genişləndirilməsi nəzərdə tutulub.

AYB “Uşaq ədəbiyyatı” sektorunun rəhbəri Qəşəm Nəcəfzadə Assosiasiyanın fəaliyyətnini yaxından izlədiyini və respublikada kitaba marağın artırılmasında təşkilatın xüsusi rolunun olduğunu bildirdi.

Çıxış edən AYB Gənclər Şurasının sədr müavini Xəyal Rza layihənin gənc yazarların tanınmasında önəmindən danışaraq, gələcəkdə gənclərin oxucularla mütəmadi görüşlərin keçirilməsinin təşkil olunmasını vurğuladı.

 

     Digər çıxış edən gənc yazarlar Hafiz Təmirov, Elşad Ərşadoğlu, Xanım Aydın, Sevinc Mürvət qızı  gənc yazarların təbliğinə ehtiyac olduğunu, məktəblərdə və kitabxanalarda oxucularla görüşlərin təşkil olunma vacibliyindən danışdılar.

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam