Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

QHT nümayəndələri üçün elektron resurslarının yaradılması və İKT bacarıqlarının inkişafı ilə bağlı təlim keçirilib - FOTOLAR

 

 

Avqustun 23 və 24-də  Milli QHT Forumunun qərargahında "Şəmsi Əsədullayev" xeyriyyə ictimai birliyi tərəfindən vətəndaş cəmiyyəti  nümayəndələri üçün "QHT-lərin elektron resurslarının yaradılması və QHT nümayəndələrinin İKT bacarıqlarının inkişafı" mövzusunda təlim keçirilib.

 

Xeberinfo.com:   Təlim  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafı” layihəsi çərçivəsində baş tutub. Təlimi layihə rəhbəri və qht.az saytının baş redaktoru Cəsarət Hüseynzadə aparıb.

 

 Təlimlərə 30 QHT nümayəndəsi qatılıb.

 

Təlimdə QHT-lərin vətəndaş cəmiyyəti şəbəkəsinin (www.qht.az)  elektron bazasında qeydiyyatı, onlara məxsus subdomenli saytların idarə olunması, QHT liderlərin informasiya bankının yaradılması, QHT liderlərinin bloqlarının idarə olunması və qht.az xəbər saytına QHT-lər tərəfindən xəbərlərin daxil edilməsi ilə bağlı praktiki məşğələlər aparılıb. Təlimlər zamanı bir neçə təşkilat üçün subdomenli saytlar yaradılıb.

Təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.

 

 

 Xatırladaq ki,  www.qht.az - vətəndaş cəmiyyəti şəbəkəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb. Şəbəkədə 400-dən artıq QHT haqqında informasiya toplanıb və həmin QHT-lərin subdomenli saytları fəaliyyət göstərir. Eyni  zamanda şəbəkə gündəlik olaraq QHT-lərin fəaliyyəti haqqında xəbərlər yayımlayır.













Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam