Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Naxçıvan Dövlət Universitetində Sabah qrupları ilə bağlı təqdimat

     

 

"Xeberinfo.com": Naxçıvan Dövlət Universitetində Sabah qrupları ilə bağlı təqdimat keçirilib. Universitetin rektoru, əməkdar elm xadimi, professor Saleh Məhərrəmov ölkəmizdə təhsilə göstərilən yüksək qayğıdan danışaraq, “Sabah” qruplarının yaradılmasının əhəmiyyətini açıqlayıb. Yeni qrupların yaradılmasınn təhsilin keyfiyyətinin daha da yüksəldilməsi, müasir tələblərə uyğun kadrların sayının artırılması istiqamətində əhəmiyyətli addım olacağını bildirib. Rektor çıxışında, “Sabah” qruplarının savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən təşkil ediləcəyini, Sabah qruplarının öz ixtisası üzrə peşəkar mütəxəssis kimi yetşmək istəyən tələbələrə geniş imkanlar açdığını qeyd edib. Vurğulanıb ki, sürətlə qloballaşan dünyada müasir baxışlar, yüksək təhsil, bir neçə dil biliyi tələbənin gələcəkdə iş tapmaq, uğurlu karyera qurmaq şansını əhəmiyyətli dərəcədə artırır.

         Qeyd olunub ki, bu qrupların yaradılmasında əsas məqsəd azərbaycanlı tələbələrin xarici ali məktəblərdəki tələbələrlə əməkdaşlığı, tədris proqramların təkmilləşdirilməsidir. Sabah qrupuna tələbələr il ərzində qiymətlərinin orta göstəricisi 61-dən aşağı olmayan I kurs tələbələri arasından seçiləcək. Sabah-a qəbul olmaq istəyən tələbə bunun üçün 3 mərhələdən keçməlidir –www.sabah.edu.az saytında elektron qeydiyyata düşmək, 25 xarici dil olmaqla 50 sualdan ibarət “Sabah” imtahanı vermək və sonda müsahibədən keçmək. Bu mərhələləri daha yüksək nəticə ilə keçənlər Sabah qrupunun tələbələri olacaq və ikinci kursdan etibarən ixtisaslarına uyğun baza ali təhsil müəssisəsində təhsillərini davam etdirəcəklər. Sabah qrupları seçilmiş ixtisasın ən yaxşı tələbələrinin və bu ixtisası ən keyfiyyətli tədris edən müəllimlərin görüşdüyü məkan olacaq. Sabah qrupunun məzunu öz ixtisasını ana dili ilə yanaşı, ingilis dilində də mükəmməl biləcək. Qrupun fərqlənən tələbələri xarici ölkələrə təcrübəyə göndəriləcək.

        

   Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb.

 

 

 

           Mina Qasımova

 

            NDU-nun Mətbuat şöbəsinin əməkdaşı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam