Redaktor seçimi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Günün xəbəri

Naxçıvan Dövlət Universiteti Enactus Azərbaycan IX Milli Yarışının qalibi olub

 

 

"Xeberinfo.com": Enactus- "Bizim Sahibkarlıq Fəaliyyətimiz" (Entrepreneurial Action Us - Enactus) beynəlxalq proqramı üzrə IX Milli Yarışının qalibi Naxçıvan Dövlət Universiteti olub.  

Naxçıvan Dövlət Universitetində bu münasibətlə keçirilən tədbiri universitetin rektoru, Əməkdar Elm Xadimi, professor Saleh Məhərrəmov açaraq, Enactus (keçmiş adı SIFE) ali təhsil müəssisələri və biznes strukturları arasında qlobal partnyorluq, tərəfdaşlıq və əməkdaşlıq təşkilatının dünya universitetləri arasında əlaqələrin qurulması, tələbələr arasında  azad sahibkarlıq sahəsində bilik və təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb. Rektor, universitetin Enactus- "Bizim Sahibkarlıq Fəaliyyətimiz" (Entrepreneurial Action Us - Enactus) beynəlxalq proqramı üzrə IX Milli Yarışının qalibinin Naxçıvan Dövlət Universiteti olması münasibəti ilə komandanın üzvlərini təbrik edib, bu uğurun muxtar respublikada elm və təhsilin inkişafına, istedadlı gənclərə göstərilən dövlət qayğısı sayəsində qazanıldığını bildirib.

Universitetin Enactus- "Bizim Sahibkarlıq Fəaliyyətimiz" komandasının rəhbəri, İqtisad fakültəsinin dekan müavini, dosent Müslüm Cabbarzadə 2008-ci ildə yaradılan komandanın elə həmin ildən Azərbaycan ali məktəblərinin birinciliklərində iştirak etməsi, 2010-cu ildə ölkə çempionu adını qazanaraq ABŞ-ın Los Angeles şəhərində keçirilən dünya çempionatında Azərbaycanı layiqincə təmsil etməsi, 2011-ci ildə yenidən ölkə çempionu kimi Malaziyanın Kuala-Lumpur şəhərində keçirilən dünya çempionatında uğurlu nəticə qazanması barədə məlumat verib. Qeyd olunub ki, Enactus- "Bizim Sahibkarlıq Fəaliyyətimiz" (Entrepreneurial Action Us - Enactus) beynəlxalq proqramı üzrə IX Milli Yarışın finalına vəsiqə qazanan Naxçıvan Dövlət Univeristeti, Naxçıvan Özəl Universiteti, Azərbaycan Aqrar Universiteti arasında finalda qalibiyyət uğrunda gərgin  mübarizə gedib, Naxçıvan Dövlət Universitetinin komandası  yüksək peşəkarlıq nümayiş etdirərək, yarışmanın qalibi olub. Komandanın bir- birindən maraqlı biznes layihələri münsiflər heyəti tərəfindən ən yaxşı layihələr hesab olunub. Sevindirici haldır ki, MR-nın iki ali təhsil müəssisəsi Naxçıvana iki kubok gətirib, II yerin sahibi isə Naxçıvan Özəl Universiteti olub. Qeyd olunub ki, Enactus Azərbaycan yarışmasının qalibi olan Naxçıvan Dövlət Universiteti bu il oktyabrın 22-24-ü tarixlərində Çinin paytaxtı Pekində keçiriləcək olan “Enactus Dünya Kuboku 2014” (“Enactus World Cup 2014”) yarışlarında ölkəmizi təmsil edəcək.

Universitetin tərbiyə işləri üzrə prorektoru, professor Məmməd Rzayev,Təsərrüfat işləri üzrə prorektor Araz Zalov çıxışlarında qazanılan bu uğuru ölkəmizdə, eləcə də muxtar respublikada elm və təhsilin inkişafına göstərilən dövlət qayğısı kimi dəyərləndirərək, komandaya gələcək fəaliyyətlərində uğurlar diləyiblər.

Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov “Enactus”-un rəhbəri, İqtisad fakültəsinin dekan müavini Müslüm Cabbarzadəyə, komandanın kapitanı Heydər Allahverdiyevə və komanda üzvlərinə kubok, diplom və mükafatları təqdim edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Komadanın kapitanı və komanda üzvləri qazandıqları uğurlara görə onlara hər zaman mənəvi dəstək olan muxtar respublika və universitet rəhbərliyinə, komandanın rəhbərinə minnətdarlıq ediblər.

 


 


 

 

 

 

 

 Mina Qasımova

 

NDU-nun Mətbuat şöbəsinin əməkdaşı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam