Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

NDU-da xarici tələbənin fərdi sərgisi

 

"Xeberinfo.com": Naxçıvan Dövlət Universitetində rəsm sərgisi tamaşaçılara təqdim edilib. Magistraturanın təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisasının II kurs  tələbəsi Haticə Yalvaçın müxtəlif  janrlarda yaratdığı  əsərləri sərgidə nümayiş olunur.

Bu münasibətlə keçirilən tədbirdə  çıxış edən universitetin rektoru, Əməkdar elm xadimi, professor Saleh Məhərrəmov universitetdə dövlət başçısının və muxtar respublika rəhbərliyinin böyük dəstək və qayğısı sayəsində yaradılan güclü maddi-texniki bazanın yüksək intellektli, müasir dövrün tələblərinə cavab verən potensiallı kadrların yetişməsinə tam zəmanət verdiyini diqqətə çatdırıb. Natiq, universitetdə dəfələrlə ayrı-ayrı tədbirlərlə bağlı istər fərdi, istərsə də müxtəlif mövzularda rəsm sərgilərinin təşkil olunduğunu, təhsil ocağında artıq professional rəssamlıq məktəbinin formalaşdığını qeyd edib. Rektor, fərdi üslubu və təkrarsızlığı ilə seçilən növbəti rəsm sərgisinin müəllifi Haticə Yalvaça bu yolda nailiyyətlər diləyib. 

Universitetin tərbiyə işləri üzrə prorektoru, professor Məmməd Rzayev, təsviri-incəsənət kafedrasının müdiri, Azərbaycan Respublikasının Xalq Rəssamı Hüseynqulu Əliyev, magistratura üzrə dekan, biologiya elmləri doktoruEtibar Məmmədov çıxış edərək muxtar respublikanın və universitet rəhbərliyinin gənc istedadların üzə çıxarılmasına və onların inkişafına göstərilən dəstək və qayğıdan bəhs edərək, rəssama yeni-yeni yaradıcılıq uğurları arzulayıblar.

Sonda müəllif  Haticə Yalvaç ürək sözlərini tədbir iştirakçılarına çatdırıb.  Qeyd edək ki, sərgi universitetin konservatoriya binasının foyesində bir neçə gün sənətsevərlərin ixtiyarında olacaq.

 

 

Mina Qasımova

 

NDU-nun Mətbuat şöbəsinin əməkdaşı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam