SƏHNƏ, DANIŞIQ VƏ NİTQ MƏDƏNİYYƏTİ HAQQINDA
Xeberinfo.com: Əvəzsiz müğənni Flora Kərimovanın Zeynəb Xanlarova haqqında söyləmələrisaytlar vasitəsi ilə yayımlanaraq demək olar ki, böyük qalmaqala səbəb olmuş, jurnalistlərdən biri də Z. Xanlarova haqqında öz iradlarını sayt vasitəsilə bildirmişdir. Hərşeydən əvvəl müğənni F. Kərimovaya öz münasibətimi bildirmək istəyirəm. Flora bəyim əvəzsiz müğənni idi. SSRİ dövlətində səlahiyyətli şəxslərdən kimsə zorakılıqla onun ölkədən çıxmasının qarşısını almasaydı o, bəlkədə Böyük Orta Şərqdə ən şöhrətli müğınni kimi tanınardı (Xalq artisti kimi ad ucuzlaşdığından və küçə adamlarına verildiyindən bu adı ona layiq bilmirəm).
Z. Xanlarova haqqında. Danılmaz faktdır ki, Zeynəbdə əla səs , musiqini mənimsəmə bacarığı və Ələkbər Tağıyev hüquqşünas olsa da oynaq musiqi əsərləri bəstələməkdə əla qabiliyyət sahibi olublar. Hər iki şəxsdə musiqi qabiliyyətlərinin yüksək səviyyədə olması Zeynəbə şöhrət qazandırdı.
Zeynəbin əvvəllər Nazirlər Kabinetinin Sədri Artur Rəsizadə haqqında qeyri obyektiv fikir yürütməsiylə nə danışdığını dərk etmədiyini və savadsız olduğunu özü sübuta yetiribdir. Oxucular elə düşünməsinlər ki, A. Rəsizadəni tərifləyirəm. Yox,o, uzun müddət ali vəzifədə işləsə də bir şəxsiyyət kimi yüksəlib əhali arasında şöhrət qazana bilmədi və adi bir şəxs-vəzifə sahibi kimi tanındı.
Bir oxucu kimi məni maraqlandıran odur ki, əgər F.Kərimova çıxışı ilə Z.Xanlarovaya qarşı başa düşülməsi çətin olan mürəkkəb ifadələr (?) və fikirlər yeridirsə nə səbəbə dərhal onun cavabı verilmədi? Birdə Flora bəyimin bu formada çıxışı vacib idimi? Yaşlı nəsildən olduğuma görə artistlər haqqnda müəyyən qədər məlumatum olduğunu xatırlatmaq istəyirəm...Unudulmamalıdır ki, çox hadisələr, tarixlər rəsmi olaraq mətbuat səhifələrində öz əksini tapmasa da, yaddaşlarda yaşayır və neçə ki, Azərbaycan xalqı var həmin tarixlər yaddaşdan yaddaşa keçə-keçə yaşayacaqdır. Qoy heç kəs atılıb düşməsin və qüsurlarını da unutmasınlar. Şöhrət zontiqdir. Onun altında əbədi qorunmaq mümkünsüzdür.
Adlarını çəkmək istəmirəm. Bir sıra müğınilərə kiminsə xoşuna gəldiyinə və yaxud nəmənəliyinə görə Xalq artisti kimi şöhrətli adlar vermişlər.Danışıq və nitq qabiliyyətləri isə yoxdur. Dörd nəfər Xalq artistinin msahibə verən vaxt söz tapmayıb dillərindən çıxanları qeyd edirəm: “Filankəs dalımca maşın göndərdi;Mənim əzizlərim,yaxud mən əbədi bu kürsüdə oturmaq istəyirəm;Mən iki səslə oxuyuram; Vallah nə bilim mən oxuyuram, tamaşaçılar da əl calır”.Ümumiyyətlə Xalq artistlərinin əksəriyyəti savadsızdırlar. Hər müğənni Mahnı teatrı yaradanvə yer kürəsində tanınan Rəşid Behbudov, səhnə kralı adı qazanmış Müslüm Maqomayev, şirin səsə malik muğam fatehi Əbülfət Əliyev ola bilməz.
Sağlığında Ə.Əliyevə ”Siz səhnədə oxuyan vaxt mağam və yaxud mahnı ifa edəndə triyoya yoxsa, ansambla üstünlük verirsiniz?”,- sualına təxminən belə cavab verdi ki, mənim üçün istər trio, İstərsə də ansambl olsun heç bir fərqi yoxdur. Bəzi müğənnilər ifanın ansambl formasına üstünlük vermələrinin səbəbi odur ki, səhvlərini ansamblda gizlədə bilsilər.
Aygün adında üç Xalq artisti var. Bunların heç birisində Aygün Bayramovada olan keyfiyyət yoxdur. Hər bağırana, küçə adamlarına Xalq artisti adı veriləndə əlbətdə bu ad ucuzlaşır və hörmətdən düşür.Beləliklə belələri Əlibaba Məmmədov kimi şöhrətli müğənni ilə bir sırada durur.
Təklifim budur: 1.Hörmətdən düşmüş, ucuzlaşmış “Xalq artisi” adı ləğv edilsin;
2. Əlibaba Məmmədov,Habil Əliyev... kimi yaradıcı musiqişünas şəxslərə “İncəsənət elmləri xadimi” kimi ad verilsin. Əgər bu təklifim bu vəya digər formada gələcəkdə öz təsdiqini taparsa yubiley illərinin birində həmin adın öz üzərində işləyib ustadlığını artıran Aygün Bayramovaya verilməsiməqsədə müvafiq olardı.
Danışıq, nitq mədəniyyəti insana Tanrı tərəfindən verilir. Radio və televerilişlərdə aparıcı diktor mədəniyyəti sahəsində Aydın Qaradağlı, Rafiq Hüseynov, Roza Tağıyeva, Ofelya Sənani, Həqiqət Əsgərova kimiləri bu gündə unudulmurlar.
Aşıqlar haqqında. Saz çalanların və oxuyanların əksəriyyəti səhnədə özlərini təlxək, yüngül və dəhdülüm kimi aparırlar. Aşıqlar içərisində səhnə mədəniyyəti ən yüksək səviyyədə və həmin sənətə tam sahib olan Əkbər Cəfərov kimi nadir şəxsiyyət hələ ki, görünmür.Ancaq Cahangir Quliyev adında bir nəfərin aşıq sənətinə yiyələnməsi ifasından görünür. O, aşıq Əkbər səviyyəsinə yüksələ bilsə yəqinki, aşıqsevərlər daha çox sevinərlərlər.
Saz musiqi alətinin təkmilləşməsinə dair əvvəllər mətbuatda öz fikrimi desəm də reaksiya verən olmadı. Saz musiqi alətində rekonstruksiya aparılması haqqında təklifimi 6-cı kitabımda və mətbuatda(“Yeni Xəbər” qəzet 27.07.2013-cü l)“DUET” haqqında məqaləmdə vermişəm. Bu barədə sənətkarlar düşünsələr və təkliflərini versələr Saz musiqi alətinin inkişafında bir tarix yazmış olarlar.
Quliyev Elxan Sarı o.