Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Elza" lar meydanı keçirib ələ

 

Qulaqlar gündə bir söz eşitməsə,
Atalar deyib ki, yəqin kar olar.
Olanı görməyən biri var isə,
Dili danışsada gözü kor olar...
*****
İnsanda nə abır, nə həya qalıb,
Ağsaqqal, ağbirçək susub oturub.
Yaramaz insanlar talelər çalıb,
Əlini üzənlər küsüb oturub...
*****
Talelər dolaşıb qara qaytana,
Tərəqqi dayanıb yerində sayır.
Çatlayıb qovr edir yara qaytana,
"Elza"- nın dilini gəl, indi ayır!...
*****
" Elza" lar meydanı keçirib ələ,
Şeirim var söyləyib gözlərə soxur.
İnsanlar qınayır bəlkə min kərə,
"Tıkiş"i, "bitiş"i sözlərə soxur...
*****
Niyə bəs, bu belə utanmaz olub?
"Anar" da yaradır mümbit şərait...
Deyir ki, dərsliyə toxum səpəcək,
Tənqidi anlamır alır bərait...
*****
Söz yazan şairlər qalıb qıraqda,
Elza isə hər gün "tivi"lərdədir.
Şairlər hardadır tapaq çıraqla?!...
Elzanı görəndə qaçaq qıraqla?!...
*****
Elimin, obamın söz deyənləri,
Yaz deyir qələmlər, meydana çıxın.
Namusu tullayıb ar yeyənləri,
Sözilə onları divara sıxın!...
******
Düşməndən, torpaqdan Vətəndən yazın,
Şəhidi, qazini sevsin uşaqlar.
Şəhidin geydiyi kəfəndən yazın,
"Qarabağ bizimdir" desin uşaqlar!...
*****
Elza axı kimdir ki, önə çəkilsin,
Haqqında söhbətlər eli bürüyüb.
Şeirinin toxumu niyə əkilsin?
Tufandan sonrakı seli bürüyüb...
Təranə Şəms.27.09.2024

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam