Redaktor seçimi
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
Günün xəbəri

Natəvanın əsrlərdir saxlanılan şəxsi dəftərindən -- VİDEO

 

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyada ən zəngin Şərq yazılı abidələrinin toplandığı mərkəzlərdən biridir. 

Yenixeber.org xəbər verir ki, AzTV nadir nüsxələr saxlanılan Əlyazmalar İnstitutunda olub. 

Süjetdə Əlyazmalar İnstitutunda saxlanılan Səfəvi imperiyasının hökmdarı II Şah Abbasın fərmanı, Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, şairə Xurşidbanu Natəvanın “Gül dəftəri - təsvirli şeirlər albomu” adlı şəxsi dəftəri,  Məşhur alim İbn Sinanın “Əl-qanun fit-tibb” adlı əsərinin əlyazması barədə məlumat verilib.

İnstitutun həm sərgi, həm də əlyazmaların saxlanması üçün xüsusi otaqları var. İnstitutda ümumilikdə on iki min əlyazma saxlanılır. Burada əsərlərin əlyazmaları ilə yanaşı müxtəlif fərmanlar, məktublar və bir sıra tarixi sənədlər qorunur. Qorunan əsərlər sırasında ən zərif və ən incə əlyazma xan qızı Xurşidbanu Natəvanın “Gül dəftəri”dir.  Dəftərdə xan qızının çəkdiyi rəsmlər və şeirləri var.

Ətraflı süjeti təqdim edirik:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam