Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Ermənilərin partlatdığı avtobusda mən də olmuşam” -Tanınmış aktrisa

“Ermənilərin partlatdığı avtobusda mən də olmuşam” -  Tanınmış aktrisa
“Ağdam işğaldan azad olunandan sonra anamın məzarını axtaracağam”

Yenixeber.org: Bunu Qarabağlı aktrisa Fatma Mahmudova müzəffər Ordumuzun uğurlu döyüşlərindən danışarkən deyib. Ağdamda anadan olan Xalq artisti bildirib ki, birinci Qarabağ müharibəsi zamanı gördüyü dəhşətləri hələ də unutmayıb.
“Həmişə qələbə xəbərlərini gözləyirəm və inanıram ki, Ali Baş Komandanın rəhbərliyi ilə hər şey əla olacaq. Göydə Allaha, yerdə ona sığınmışıq. Dövlətimiz, başçımız nə deyirsə, biz də ona hazırıq. Səbr etmək lazımdır, hər şeyi birdən həll etmək mümkün deyil. Kəndlərimiz, rayonlarımız azad edildikcə qəhərlənirəm, sevinc gözyaşları tökürəm. Allah əsgərlərimizi var etsin, Ordumuzu qorusun.

90-cı illərin ağrısını, acısını, dəhşətini gözümlə görmüşəm. 1991-ci ildə Gəncənin girəcəyində ermənilərin bomba qoyub partlatdığı Ağdam -Tiflis avtobusunda övladımla birlikdə mən də olmuşam. Oradan 5-6 nəfər sağ çıxdı. Çox ağır yaralandım, bir ilə yaxın yaddaşımı itirdim. İndi həmin yerdə həlak olanların xatirəsinə abidə də qoyulub. Ermənilərin məqsədi Gəncə avtovağzalını partlatmaq idi.

Xocalı, Quşçular, Malıbəyli camaatı köçkün düşəndə onların bir neçəsini evimdə yerləşdirmişəm, qulluq etmişəm. O dəhşətli günləri unutmaram. Ona görə də Ordumuzun uğurlarına ürəkdən sevinirəm. Xalq sevinc içindədir. İllərdir ki, böyük ümidlə yaşayıram. Arzumdur ki, Ağdam Dövlət Dram Teatrı Ağdam şəhərində yenidən fəaliyyət göstərsin. Ora bizim torpağımzıdır. Biz haqq tərəfdarıyıq. Dünya insanları da bizim tərəfimizdə olmalıdır”.

Aktrisa Ağdamlı olmasına baxmayaraq, Şuşanın azad olunması xəbərini xüsusi həyacanla gözləyir.

“Şuşa, Laçın, Kəlbəcər bizim tacımızdır. Şuşa Üzeyir Hacıbəyov, Xan Şuşinski deməkdir. Ağdama qayıdanda ilk olaraq anamın məzarını axtaracağam. Anamı orada itirdim. Heç onu necə tapacağımı bilmirəm. Yoldaşım Tofiq Qarayev 6 il Milli Ordumuzun tərkibində müharibədə döyüşüb. Özüm isə 1989-cu ildən 1998-ci ilə qədər Ağdam Dövlət Dram Teatrının kollketivi ilə birgə qaynar döyüş nöqtələrində olmuşam. Qarabağ, Ağdam deyəndə qəlbim alovlanır. Qarabağ azad olunandan sonra kəndbəkənd oraları gəzib ürəyimə su səpəcəyəm. Həyatımı Ağdamla bağlayacağam. Həmişə Qarabağlı olmağımla fəxr etmişəm”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam