Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

“Dövlətimiz tərəfindən insanlara hər cür yardım edilir” - Xalq artisti

“Dövlətimiz tərəfindən insanlara hər cür yardım edilir” - Xalq artisti
Bu gün dünya ağır problemlə üzləşib, gözəgörünməyən düşmənlə mübarizə aparılır və ölkələr böyük itkilər verir. Dövlət başçımızın zamanında atdığı qabaqlayıcı addımlar sayəsində Azərbaycanda bu gün itki azdır və ümumi vəziyyət yaxşılığa doğru gedir.
Yenixeber.org: Bunu açıqlamasında Azərbaycanın Xalq artisti, görkəmli xanəndə Mənsum İbrahimov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən insanların sosial problemlərinin həll olunmasına yönəlik böyük layihələr həyata keçirilir.

“Aztəminatlı ailələr, günəmuzd çalışan insanlar üçün ayrılan vəsaitlər onların rifah halını yaxşılaşdırır. Bu gün dövlət başçısının verdiyi qərarların nəticəsidir ki, ölkəmizdə ciddi problemlər yoxdur. Prezident İlham Əliyevin çağırışı ilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna edilən yardımlara mən də qoşuldum və bir aylıq maaşımı (1000 manat) ianə etdim. Dövlət tərəfindən insanlar üçün karantin şəraitində yardım tədbirləri davam edir. Heydər Əliyev Fondu tərəfindən ailələrə yardım paylanılır. İki gün öncə Ağdamda cəbhəyanı kəndlərdə yaşayan 100 ailəyə yardım apardım. Əməkdar artist Təyyar Bayramovla biz bunu gerçəkləşdirdik. O, 50 ailəyə yardım verdi. Beləliklə, 150 aztəminatlı ailəyə sovqatlar verdik. Dövlətimiz tərəfindən insanlara hər cür yardım edilir. Bu, bir həmrəylikdir. Kiminsə imkanı varsa, həmrəliyini bildirməli, xalqın yanında olmalıdır”.

Azərbaycan dövlətinin qüdrətli olduğunu deyən Xalq artisti bildirib ki, ölkə iqtisadi cəhətdən də güclüdür.

“Biz hazırda gözəgörünməyən virusla mübarizə aparırıq. Amma bizim əsas gözəgörünən virusumuz var ki, o da ermənilərdir. Tezliklə Ali Baş Komandanın rəhbərliyi ilə o virusu da oradan təmizləyəcəyik”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam