Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Fuad Muradovun ikillik rəhbərliyi diaspor fəaliyyətində çöküş yaratdı-PROBLEM

 

 Xarici ölkələrdəki toqquşmalar da göstərdi ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi diaspor təşkilatlarının fəaliyyətini əlaqələndirə bilmir

Yenixeber.org: Cəbhədə erməni təxribatı bu dəfə bir çox həqiqətləri üzə çıxardı. Rusiyanın paytaxtı Moskvada əslən Azərbaycandan olan iş adamlarının ermənilərə qarşı “ərik sanksiyası”ndan tutmuş ABŞ-ın Kaliforniya ştatındakı bizim diaspor nümayəndələri ilə ermənilərin qarşıdurmasına qədər son bir ayda baş verənlər əslində bizə dərs olmalıdır. Xüsusilə xaricdə yaşayan azərbaycanlıların həmrəyliyi, birliyi və əməkdaşlığını əlaqələndirmək kimi məsul vəzifə tapşırılan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi baş verənləri təhlil edib nəticə çıxarmalıdır. Çünki Fuad Muradovun rəhbərlik etdiyi Dövlət Komitəsi bu işdə azərbaycanlıların fəaliyyətini nəinki əlaqələndirə bildi, hətta ciddi səhvlərə yol verdi.

Komitədə başqa bir dövlətin paytaxtında “bazarda savaş” şousu düzəltməyin effektivsizliyini dərk edən adam tapılmadı

Bizə yönələn təxribatların qarşısını almaq əvəzinə düşmən tərəfə əlavə “kozır” verməklə məşğul olan Fuad Muradov və Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə qiymət verilməsinin vaxtı çatıb.

Ən azından düşmənlərimizdən ibrət götürməliyik. Belə ki, erməni lobbisinin və disporunun hansı uğur qazanıb-qazanmamasından aslı olmayaraq, bu ölkənin baş naziri Nikol Paşinyan Diasporla iş üzrə komissarın ofisinin işini qeyri-qənətbəxş hesab edib, hətta 10 nəfər yüksəkvəzifəli şəxsi işdən qovub.

Ancaq bu o demək deyil ki, guya Fuad Muradovun diaspor təşkilatları ilə işləyən komitəsi uğurla çalışıb. Əslində bizimkilərin səhvləri ermənilərdən çox olub. Elə lap “ərik sankiyası”nda Dövlət Komitəsinin gözləmə mövqeyi tutması qarşı tərəfdən bir çox ittihamların sələnməsinə gətirib çıxarıb. Zaman da göstərdi ki, bu addım uğursuz idi, çox uzun sürmədi və ermənilərə qapılarını bağlayan həmin bazarlar artıq heç bir maneəsiz Ermənistanın məhsullarını satmaqla məşğuldurlar. Qod Nisanovlar da, Araz Ağalarovlar da geri çəkildilər. Nə baş verdi? Yaxud nə qazandıq? Bəs sonu bilinməyən bu aksiyanın əvvəlində Dövlət Komitəsi hara baxırdı? Orada bir ağlı başında olan adam yox idi ki, nəhəng bir dövlətin paytaxtında açıq şəkildə “bazarda savaş” şousu düzəltməyin effektivsizliyini və nəticəsizliyini dərk etsin? Onda məlum olardı ki, bu sanksiya yalnız Azərbaycanda Putinin dostu kimi tanınan İlham Rəhimova siyasi dividend gətirməkdən başqa, heç bir işə yaramayacaq.

30-40 nəfəri 3000 min erməninin üstünə göndərib onların qanına qəltan edilməsinin səbəbkarı da Fuad Muradovdur

İndi isə ermənilərin ABŞ-dakı diaspor paytaxtı Los-Ancelesdə baş verənlərdə bizim hər il milyonlarla manat vəsait ayrılan dövlət komitəsinin səhvlərinə diqqət yetirək. Bu hadisədə Fuad Muradov müxtəlif bəhanələrlə öz yaxasını kənara çəkə bilər. Amma hamı da bilir ki, 30-40 nəfəri 3 min erməninin üstünə göndərib onların qanına qəltan edilməsinə səbəb olmaq birbaşa Fuad Muradov və onun komitəsinin fəaliyyətsizliyinin nəticəsidir. Azərbaycanda ən balaca bir uşaq da bilir ki, təxminən 1 əsr bundan qabaq Türkiyədən, Suriyadan, Rusiyadan köçən ermənilərin əksəriyyəti ABŞ-ın Kaliforniya ştatında, o cümlədən bu ştatın mərkəzi olan Los-Ancelesdə kompakt şəkildə yaşayırlar. Özü də bizimkilərin əksəriyyəti kimi, torpağı işğalda olanda “Green” kartla, daha hansısa yollarla ölkəsini qoyub yaxşı yaşayış, lüks həyat dalınca getməyiblər. Onların çoxu orada anadan olan yerli amerikalılar kimi bütün statuslara malikdirlər. Dövlət Komitəsindəki başbilənlər bunu bilməli idilər.

Beləliklə, Fuad Muradov kimi gənc və perspektivsiz komitə rəhbərinin və xaricdəki diasporun fəaliyyətini əlaqələndirənlərin son hadisələrdə ən böyük səhvi Los-Ancelesdə radikal erməni kütləsinin üstünə bir ovuc azərbaycanlını göndərməsi olub. Daha sonra Avropa ölkələrində asksiyalarda və Rusiyanın bir çox yerində ermənilərlə toqquşmalarda da Polad Bülbüloğlu ilə yanaşı, birbaşa Fuad Muradov məsuliyyət daşıyır. Çox güman ki, Avropanın hər hansı ölkəsi bu cür biabırçılıqla üzləşsə idi, müvafiq qurumların rəhbərləri istefa verərdi. Amma bizdə əksinə Fuad Muradovun komitəsini az qala “qəhrəman” kimi təqdim edirlər. Nəyin qəhrəmanıdır bunlar?

Fuad Muradov dövlət büdcəsindən ayrılan 3 milyon yarım manatı hara xərcləyib?

F. Muradovun bacarıqlı olduğu və uğur qazandığı sahə var ki, o da dövlətin ayırdığı pulları xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində, Azərbaycan xalqının tarixi və mədəni irsinin təbliği və digər xalqların diasporları ilə əlaqələr və lobbi quruculuğu ilə bağlı tədbirlər həyata keçirilməsi adı altında talan etməkdir.

Bu günlərdə ABŞ-da yaşayan iqtisadçı professor Qubad İbadoğlunun xaricdə yaşayan azərbaycanlılara müraciətində də konkret faktlarla Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin əsas mahiyyəti ortaya çıxarılıb. Məlum olub ki, ötən il dövlət büdcəsindən lobbi quruculuğu üçün Diasporla İş üzrə Dövlət Komitəsinə 3 milyon yarım manat ayrılıb. Onun sözlərinə görə, bu qədər vəsait ayrıldığı halda ABŞ-ın Nyu-York və Vaşinqton kimi böyük Azərbaycan cəmiyyətlərinin təşkilatlanması nəzərə çarpmır. Bu da onu göstərir ki, hansısa vəsaitin xərclənməsindən söhbət getmir. Halbuki, 2019-cu ilin dövlət büdcəsinin icrası haqqında qanunda göstərilir ki, xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, digər xalqların diasporları ilə əlaqələr və lobbi quruculuğu ilə bağlı tədbirlər həyata keçirilməsi və dünyanın müxtəlif ölkələrində Azərbaycan Evlərinin saxlanılması məqdədilə 3 500 000 manat vəsait xərclənib.

Fəaliyyəti Azərbaycandan kənara çıxmayan QHT-lərə pullar ayırmaqla dövlətin milyonlarla vəsaitini havaya sovurur

Q.İbadoğlu qeyd edir ki, bu vəsaiti Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi layihələrin və Komitənin tabeliyində olan Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyələşdirilməsinə yönəldib. Bununla yanaşı, qeyri-dövlət təşkilatlarına verilən maliyyə yardımının da bir hissəsi olmayan diaspor fəaliyyətinin gücləndirilməsinə yönəldilir. Professor haqlı olaraq sual edir ki, bu vəsaitin necə bölüşdürülməsi və kimlərin bundan faydalanmasından diaspor təşkilatlarının və azərbaycanlıların xəbəri varmı?

Əslində xarici ölkələrdə etiraz aksiyalarının kor-təbii şəkildə baş verməsi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin pullar ayrıdığı halda əksər soydaşlarımızın bu layihələrdən kənarda qaldığını sübut edir. Azərbaycan Diasporuna Dəstək Fondu nəinki hansısa layihələr həyata keçirib, hazırda xaricdə qalıb vətənə qayıda bilməyən tələbələrə də vəsait ayırmır. Əksinə fəaliyyəti Azərbaycandan kənara çıxmayan QHT-lərə pullar ayırmaqla dövlətin milyonlarla vəsaitini havaya sovurur.

Nazim İbrahimovun dövründə Dövlət Komitəsi bundan daha fəal idi

Digər bir məsələ isə erməni mediasında yer alan iddia ilə bağlıdır ki, həmin ittiham da birbaşa Fuad Muradovun komitəsini maraqlandırmalıdır. Ona görə ki, ermənilərin iddiasına görə, Rusiyada aksiyada iştirak edən azərbaycanlıları təzyiq altında küçəyə çıxarıblar. Guya onların özləri etiraf ediblər ki, dövlət səviyyəsində Azərbaycandan onları ölkələrindəki yaxınlarına təzyiq göstərməklə təhdid ediblər.

Bu ittihamları düşmən tərəfinin təbliğatı kimi qiymətləndirmək də olar. Amma fakt budur ki, Rusiyada Azərbaycan diasporasının vəziyyəti çox pisdir. Bu günlərdə azərbaycanlı milyarder Fərhad Əhmədov da bu məsələyə diqqəti çəkərək, bu işin günahkarlarının Moskva ilə yanaşı, Bakıda da olduğunu bildirdi. Hələlik isə bütün bunlara Fuad Muradov cavab verməsə də, bu iddialar bəzi müəmmaların yaranmasına gətirib çıxarır…

Bütün deyilənlərdən belə bir qənətə gəlmək olar ki, Azərbaycan diasporunun fəaliyyətsizliyinə görə mediada ciddi tənqid olunan Nazim İbrahimovun dövründə də Diasporla İş üzrə Dövlət Komitəsi bu kimi ittihamlarla üz-üzə qalmamışdı. Ən azından onun dövründə Azərbaycan diaspor təşkilatları daha mehriban idi, soydaşlarımız və diaspor təşkilatları arasında əlaqələr bundan daha yaxşı idi. Fuad Muradovun ikillik rəhbərliyi diaspor fəaliyyətində dönüş yox, çöküş yaratdı. Xarici ölkələrdəki toqquşmalar da göstərdi ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi diaspor təşkilatlarının fəaliyyətini əlaqələndirə bilmir.

Sonda qeyd edək ki, 2 il bundan qabaq deputat ola-ola Diasporla İş üzrə Dövlət Komitəsinə rəhbərliyə gətirilən 39 yaşlı (indi 41 yaşı var) gənc Fuad Muradovun ilk vaxtlar ağ kostyum geyinib baş redaktorlarla nahar masası arxasında görüşməsi nə qədər yaxşı təsir bağışlasa da, bir qədər sonra bu adamın diasporumuzun inkişafı üçün çalışmadığı, özünü reklam etməkdən başqa bir işə yaramadığı ortaya çıxdı. Ona görə də 13 il parlamentin bitərəf deputatı olan bu gəncin elə deputat kimi, ən əsası kimya elmləri üzrə fəlsəfə doktoru kimi kimya elminin sirlərini öyrənmək üçün elmi sahədə fəaliyyətinin genişləndirməsinin daha məqsədəuyğun olduğunu demək olar…(aztoday.az)

Orxan Məmmədli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam