AZƏRBAYCAN VƏ GÜRCÜSTANA QARŞI TƏXRİBAT –Ermənilər indi də Samtsxe–Cavaxetiyanı Gürcüstandan qoparmağa çalışırlar…
“Deyirlər ki, məkrli Stalin nəinki “erməni torpağı” Naxçıvan və Qarabağı Azərbaycana, həmçinin “Cavakx”ı da Gürcüstana bağışlayıb”
Yenixeber.org: Serbiyadan Ermənistana Gürcüstandan keçirilərək silah ötürülməsi haqda informasiya ilə bağlı qalmaqal da bu məqsədə xidmət edir. Haqqında söhbət gedən informasiya sözsüz ki, yoxlanmalıdır, amma fakt yenə öz faktlığında qalır. Hətta bu ötürülmə olmayıbsa da, onu Gürcüstanla Azərbaycanın arasını vurmaq üçün böyük həcmdə deyil, simvolik həcmdə edə edərdilər və bundan sonra da edə bilərlər…
Silhalıların hazırlanmasına maliyyə ABŞ-dakı zəngin erməni diasporundan axıdılır. Çoxdandır ki, Samtse-Cavaxetiyada separatçıların birləşdiyi təşkilat mövcuddur, bir tək qalıb “beynəlxalq ictimaiyyətin dəstəyi”. ABŞ-da ictimai dəstək üçün erməni milli mifləri və nağılları işlənib hazırlanır və qonşulara ərazi iddiaları bununla əsaslandırılır.
Son zamanlar elə təəssürat yaranır ki, sanki bəzi ölkələr Azərbaycanın və Gürcüstanın müttəfiqsiz qalmasına və yalnızlaşdırılmasına çalışır. Azərbaycan və Gürcüstanın ərazilərinin 20%-nin zəbt olunmasına baxmayaraq, ərazilərin işğaldan azad edilməsi üçün Qərb və Avropa İttifaqı tərfindən kömək olunmadı. Bu isə o deməkdir ki, hər iki dövlət xarici təsirlər və xaricdən idarə olunan daxildəki “beşinci kolon” tərəfindən təhdid olunur.
İstənilən dövləti tərəfdaşsız və müttəfiqsiz qoymaq onların sonunu gətirə bilər. Xüsusilə, onu da nəzərə alsaq ki, hazırda Gürcüstanda Samtsxe-Cavaxetiyadakı sepatatçılıq ocağı partlamaq üzrədir. Bu vəziyyətdə Gürcüstanla Azərbaycanın arasını vurmaq və təxribat yaratmaq üçün bəzi dairələr əllərindən gələni edirlər.
David Qareci kompleksini ziyarət edən turistlər iki il əvvəl bilmirdilər ki, bu monastr Azərbaycan ərazisində yerləşir. Bəzi “Facebook” istifadəçiləri də yazır ki, kompleksin 20 kilsəsindən yalnız ikisi Azərbaycan ərazisində yerləşir. Azərbaycanda və Gürcüstanda sovet hakimiyyəti bərqərar olduqdan sonra İossif Stalinin özü iki respublika arasında sərhədləri təyin edib və məhz bu sərhədlərlə Azərbaycan və Gürcüstan 1992-ci ildə BMT-yə daxil olub. Bu sərhədləri şübhə altına qoymaq Abxaziyanın və Cənubi Osetiyanın Gürcüstana məxsus olduğunu şübhə altına qoymaqdır ki, elə ölkənin düşmənləri də bunu arzu edirlər.
Lakin, azərbaycanlı sərhədçilər monastrın ziyarəti və orada dua ayinləri keçirilməsi üçün heç bir maneə yaratmadı. Bunu gürcü-erməni sərhəddində ermənilərin sərhəd xəttini irəli çəkərək öz əraziləri içinə saldığı və işğal etdikləri Xucabi monastrını ziyarət etməyə çalışan gürcü jurnalistlərə atəş açılması ilə müqayisə etmək olmaz. Əgər təxribatçılar, sanki kimsə gürcü tərəfinə David Qareciyə gəlməyə imkan vermirmiş kimi qəsdən sərhədlərin dəyişdirilməsi kampaniyasını başlatmasaydılar, bu vəziyyət şübhəsiz ki, belə də davam edəcəkdi.
Xatırladaq ki, 2019-cu ilin ortalarında Gürcü Pravoslav kilsəsinin Katalikos Patriarxı 2-ci İliyanın – Azərbaycana qarşı ədalətli mövqeyi ilə seçilən ruhaninin – ölkəmizə rəsmi səfəri nəzərdə tutulurdu. O deyib: “Biz Allaha şükr edirik ki, bizi dostsuz qoymayıb. Gürcüstan çox sınaqdan keçib və yəqin ki, yenə də keçəcək. Bu sınaqlarda Azərbaycan və xalqı bizim yanımızda olub. Nə qədər ki, yer üzündə insan var-onlar həmişə bir-birinə ehtiyac duyacaqlar. Biz yadda saxlamalıyıq ki, Allah heç bir zaman Gürcüstanı sadıq dostlardan məhrum buraxmayacaq, çünki Gürcüstan hər zaman dostluğa sadiq olub”.
Beləliklə, 2-ci İliya bu sözlərlə böyük gürcü icmasının yaşadığı dost ölkəyə səfər etməyi niyyət etmişdi. Qəfildən gürcü KİV-lərində “David Qareci” abidə kompleksinə aid olan iki kilsənin məsələsi qaldırıldı və bu, hamı üçün gözlənilməz oldu: “Kilsələri Gürcüstan əraziləri ilə bir yerdə qaytarın, siz müsəlmansınız bizsə xristianıq, onlar sizə lazım deyil”. Hərçənd Azərbaycanda yaşayan iki yüz mindən çox pravoslavlar -ruslar, ukraynalılar, gürcülər, udinlər də bu ölkənin vətəndaşlarıdır və “David Qareci” onların da məbədidir.
Bununla belə, təxribatçılar məsuliyyətsiz və səriştəsiz siyasətçilər vasitəsilə – prezident Salome Zurabişvilinin düşünülməmiş addımları sayəsində bəzi uğurlar əldə edə bildilər. Bu arada Salome Zurabişvili isə Azərbaycan ərazisində gürcü bayrağı ilə peyda olan təxribatçı qrupun fəaliyyəti ilə bağlı rəsmi Bakını vəziyyətdən hali etmədi və xəbərdar da etmədi.
Bundan sonra “David Qareci” ətrafında gərginlik artdı. İş Azərbaycan sərhədçisinin əlindən silah almaq cəhdinə qədər gəlib çatdı. Təbii ki, Azərbaycan bunu diqqətsiz qoya və vəziyyətə laqeyd qala bilməzdi. Həm də o situasiyada ki, ara qarışdıranlar gərginlik həddini sərhəddə qan tökülməsinə çatdıra bilmişdilər. Nəticədə sərhədboyu ərazidə hərəkət bir müddət dayandırıldı.
Təxribatın daha bir kədərli nəticəsi o oldu ki, 2-ci İliyanın Azərbaycana səfəri təxirə salındı.
Eyni zamanda Gürcüstan Pravoslav Klisəsinə qarşı “hücumlar” artdı. Onun qarşısına ultimativ şəkildə bu tələblər qoyuldu:
1.Ukrayna Kilsəsinin Konstantinopol Patriarxından Yunan millətçiləri və ekumenistlərinin hakimiyyəti altında qeyri-kanonik keçidinin tanınması;
2.LQBT və digər əxlaqsızlıqlara loyallıq;
3.Dörd yüz altmış beş gürcü kilsəsinin erməni katolik kilsəsinin tabeçiliyinə verilməsi;
Aydındır ki, gürcü-azərbaycanlı dostluğuna düşmən olanlar pərdə arxasında fəaliyyət göstərirlər. Gürcüstan üçün həyati əhəmiyyət daşıyan Azərbaycan qazı ilə təmin olunmasına münasibətdə müəyyən dairələr vəziyyəti qarışıq hala gətiriblər. Baxmayaraq ki, Azərbaycan öz vətəndaşlarına qazı yüz dollara satdığı halda, Gürcüstan üçün qiyməti doxsan dollar səviyyəsində təyin etmişdi. Bundan başqa, SOCAR-ın törəmə şirkəti olan “SOCAR Georgia” şirkəti Gürcüstandakı bütün kilsə, məscid, sinaqoq və ibadət yerlərini pulsuz olaraq qazla təmin edir, hətta erməni kilsələrini belə.
İl ərzində Gürcüstan iki milyard kiba yaxın qaz işlədir və Azərbaycan bu ehtiyacı tamamilə təmin edir. Amma son illərdə Gürcüstanda Azərbaycandan qaz alışına son qoymağa, əvəzində Rusiyadan qaz almağa çağırışlar edilir və bu çağırışlar “Gürcüstana SOCAR-dan alınan qaz yetmir” bəhanəsi altında edilir. Nəyə görəsə Gürcüstana “Qazprom qazının” alınması müqaviləsinin təbliğatı aparılır. Burada həmçinin, Azərbaycandan və Gürcüstandan keçən energetik tranzitin-“Cənub qaz koridoru TANAP” layihəsinin bloklanmasına gedən strategiya da üzə çıxır. TANAP-Avropa qaz bazarında “qazprom qazına” qarşı rəqabət aparır. Artıq “Səngəçal” terminalından yol alan Azərbaycan qazı Gürcüstan ərazisindən keçərək Türkiyəyə çatıb və müəyyən qüvvələr bu perspektivli layihəyə pəl vurmaq və ona əngəl törətmək istəyirlər.
Bu arada “Cənub qaz koridoru” Gürcüstana tranzitə görə çoxmilyardlı dividentlər, yeni iş yerlərinin açılmasını, ölkənin enerji və nəqıiyyat mərkəzinə çevrilməsini vəd edir. Amma iqtisadi güclü və uğurlu Gürcüstan “xeyirxahlardan kimə isə” lazım deyil.
Serbiyadan Ermənistana Gürcüstandan keçirilərək silah ötürülməsi haqda informasiya ilə bağlı qalmaqal da bu məqsədə xidmət edir. Haqqında söhbət gedən informasiya sözsüz ki, yoxlanmalıdır, amma fakt yenə öz faktlığında qalır. Hətta bu ötürülmə olmayıbsa da, onu Gürcüstanla Azərbaycanın arasını vurmaq üçün böyük həcmdə deyil, simvolik həcmdə edə edərdilər və bundan sonra da edə bilərlər. Azərbaycansa hər zaman Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyib və gürcü qaçqınların öz evlərinə qayıtmasına tərəfdardır.
Belə təxribatların Rusiyaya lazım olduğu “gün kimi” aydındır. Həmçinin, bu dövlətin Gürcüstan və Azərbaycan üçün necə təhlükəli olduğu da aydındır. Xatırladaq ki, Ermənistanın bir həftə əvvəl Tovuza hücum etməsi heç nəylə əsaslandırıla bilməz. O qəfildən baş verdi və Qarabağla heç cür əlaqələndirilə bilməz. Kim qarantiya verə bilər ki, günlərin bir günü Ermənistan eynilə bu cür təxribatı Samtsxe-Cavaxetiyada Gürcüstanın özünün əleyhinə reallaşdırmayacaq? Hansı ki, ermənilər artıq çoxdan bu regionda öz güclərini bəlli edirlər. Üç minlik erməni kütləsini “dinc” mitinqlərə toplayaraq, faktiki silahlı-separatçıların gücünü nümayiş etdirirlər.
Bunu da nəzərinizə çatdıraq ki, erməni separatçıları aparıcı Qərb ölkələrində vaxt itirmirlər. Azərbaycan-Ermənistan sərhəddindəki Tovuz rayounda vəziyyət Ermənistanın üzündən gərginləşdikdən sonra düynya ictimaiyyəti yenidən “erməni məsələsi“ ilə maraqlanmağa başladı. Üstəlik də, bu məsələni ABŞ və digər Avropa ölkələrindəki erməni diasporu aktiv şəkildə informasiya məkanına dartıb-sürükləyirlər.
Beləliklə, Türkiyə, Azərbaycan və Gürcüstanın tərkibindəki torpaqların guya “Böyük Ermənistan”ın tərkibinə daxil olan “tarixi erməni torpaqları” olması haqda yalanları tirajlayırlar. ABŞ-da verilişlərdə, həmçinin çox reytinqi olan telekanallarda tirajlanan erməni miflərini və Ermənistanın qonşu dövlətlərə qarşı torpaq iddiasını tez-tez görmək olar.
Erməni separatçılarının Türkiyə və Azərbaycana ərazi iddiaları çoxdan məlumdur. Amma hazırkı “əzabkeş erməni xalqına mərhəmət”in Qərb auditoriyasına ötürülməsi kampaniyası ilə tədricən yeni “iddia”nı körükləməyə başlayıblar. Məhz Gürcüstana, Samtsxe-Cavaxetiyaya, erməni separatçılarının “köklü erməni torpağı Cavakx”a iddialarla.
Müxbir Araksiya Karapetyan öz səhifəsində paylaşdığı “Fox News” süjetində Sovet Rusiyasının və şəxsən İosif Stalinin ermənilərə necə haqsız davrandığınından danışır və 36-cı saniyədə erməni iddialarının xəritəsini, daha dəqiq desək “qonşulara verilmiş erməni ərazilərindən” söhbət açır. Doğrudur, az sonra bu video “Facebook”dan silindi, yəqin ki, onun səhifəsindəki bu reportajın “erməni nağıllarına” xeyirdən çox zərər vurduğunu anladı. Amma “Fox news”-un saytında video saxlanılır:
https://www.foxla.com/news/demonstration-held-in-los-angeles-amid-hostilities-on-armenia-azerbaijan-border
Reportajda göstərilmiş xəritə erməni xəritəsi kimi qeyd olunub və Gürcüstan Cavaxetiyası-Axalkalaki şəhəri və ətraf ərazilər “Böyük Ermənistan”ın tərkibində göstərilib. Yəni xəritənin sifariş məqsədi aydındır. Erməni separatçılarının iddia etdiyi Gürcüstan ərazisi olan Samtse-Cavaxetiya amerikalılara “erməni ərazisi” kimi təqdim olunur. «Deyirlər ki, məkrli Stalin nəinki “erməni torpağı” Naxçıvan və Qarabağı Azərbaycana, həmçinin “Cavakx”ı da Gürcüstana bağışlayıb”.
Dünyanın aparıcı fövqəlgücü olan ABŞ-da Gürcüstana ərazi iddialarının təbliğatı Gürcüstan üçün çox təhlükəlidir və ABŞ-da gürcü diasporası yoxdur. Erməni diasporası nəinki ABŞ-da “Cavakx”ın qədim erməni torpağı olmasına dair ictimai rəy formalaşdırır, həm də separatçılar üçün pul yığır. Bu barədə keçən il “Qafqaz plyus” saytında material da yayılmışdı («Армянские националисты приступили к развалу Грузии – начат сбор средств «джавахкским» сепаратистам» http://kavkazplus.com/news.php?id=25147#.Xx1IJFUzbIU ).
Xatırladaq ki, bu zaman ABŞ-da erməni diasporunun “Birlik meydanı” təşəbbüsü əsasında “Cavakx”erməniləri üçün pul yığılması telemarafonu keçirildi. Telemarafonun məqsədi kimi Axalkalakidə “İdman-mədəniyyət mərkəzinin” tikilməsi üçün vəsait toplanması elan edilmişdi, hansı ki, “şəhərin erməni və gürcü gəncliyinin inkişafı”na xidmət edəcək.
Təəssüf ki, o zaman gürcü hüquq-mühafizə orqanları buna lazım olan reaksiyanı vermədilər. Yeri gəlmişkən, bu hərəkətdən sonra Axalkalakidə Azərbaycan-Ermənistan sərhəddində vəziyyətin gərginləşməsi fonunda 21 iyulda üç min erməninin toplaşdığı “sülh naminə” mitinqində idmançı görkəmli ermənilər yığıldı və bu mərkəzin erməni idmançılarını hansı məqsədlə hazırladıqları bəlli oldu. Aydın oldu ki, “idman-mədəniyyət mərkəzi” kimi kamuflyaj olunan mərkəz döyüşçü-separatçı hazırlamaq məqsədilə təşkil olunub və nəticəyə “ilk baxış” 21 iyulda keçirildi.
Silhalıların hazırlanmasına maliyyə ABŞ-dakı zəngin erməni diasporundan axıdılır. Çoxdandır ki, Samtse-Cavaxetiyada separatçıların birləşdiyi təşkilat mövcuddur, bir tək qalıb “beynəlxalq ictimaiyyətin dəstəyi”. ABŞ-da ictimai dəstək üçün erməni milli mifləri və nağılları işlənib hazırlanır və qonşulara ərazi iddiaları bununla əsaslandırılır.
Təəssüf ki, Qərbdə Azərbaycan və Gürcüsan ərazilərini bir qisminin işğal altında olmasına artıq alışıblar. Abxaziya ilə Tsxinvalinin işğalı və orada separatçı rejimin güclənməsi presedenti –hansı ki, faktiki olaraq Abxaziyada hakimiyyət erməni lobbisinin əlindədir, artıq yaradılıb. Ukraynada Rusiya Federasiyasının XİN-in başçısı Lavrov-Kalantaryanın başçılıq etdiyi erməni lobbisinin xüsusi səyləri və canfəşanlığı ilə Krımın ilhaqı və Donbassda separatçılıq presedenti də çoxdan meydana atılıb.
Bir sözlə, ermənilər Rusiyanın hərbi gücündən istifadə edərək öz nəzarətləri altına keçən ərazilərin miqyasını böyütməyə nail olublar, Azərbaycanın Qarabağ bölgəsi və Gürcüstanın Abxaziya bölgəsi faktiki onların əlindədir. İndi isə növbə digər gürcü torpaqlarınındır – ilk növbədə ABŞ-ın aparıcı telekanallarında erməni torpağı kimi təsvir olunan Samtsxe–Cavaxetiyanın.
Xatırladaq ki, hələ SSRİ mövcud olan dövrdə erməni ekspansiyasının ilk illərində daşnak yığıncağında Cavaxk istiqamətinə hücum planı “artsax” istiqamətinə bir səslə uduzdu. Bu Qarabağın və onun ətrafında 7 rayonun əhalisinin genosidinə, ərazilərin 20%-nin işğalına və milyondan çox qaçqının meydana gəlməsi ilə nəticələndi. Əgər bu bir səs “Cavakx” üçün verilsəydi, eyni şey Gürcüstan və gürcülərlə də baş verə bilərdi.(hurriyyet)
Ülviyyə ŞÜKÜROVA