Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

AZAL prezidentinin milyonluq mülkü: 500-ə yaxın Hələb keçisi saxlayır -FOTOLAR

 “Pandemiya ilə əlaqədar AZAL-a 87 milyon dollar vəsait ayrılmışdı. AZAL isə aylardır vətəndaşları incidir, çarter reysləri ilə 2-3 qat baha qiymətinə biletləri camaata sırıyır, halbuki normal ölkələrdə dövlət özü vətəndaşlarını pulsuz vətəninə təxliyə edir, hətta Türkiyə də”.

Yenixeber.org: Bunu Meydan.Tv-nin həmtəsisçisi Həbib Müntəzir yazıb.

Onun sözlərinə görə, Cahangir Əsgərovun dövlətdən aldığı pullar şəxsi maraqlarına xərclənir: “Sizin pullarınızdan təşkil olunan dövlət büdcəsindən illərdir yardımlar alır. O vəsaitlər də Cahangir Hacıyevin ölkədəki villalarına, malikanələrinə, hotellərinə xərclənir ki, bu da onlardan biridir, tanış olun:

Nabranın ən səfalı, göz oxşayan yerində, Günəşli adlanan ərazidə AZAL sədri Cahangir Əsgərovun 30 hektarlıq ərazidə, meşənin içində iki malikanə və hoteli var. “River Inn Boutique” adlanan hotelin yanında özünə lüks malikanə tikdirib, yanında da helikopter dayanacağı”.

“Geniş bilyard salonu, SPA mərkəzi, boulinq, 100 nəfərlik kinozal, iri kitabxana, fittnes salonu, əyləncə mərkəzi, restoran və bardan ibarət olan ərazi milyon dollarla ölçülür. Ərazidə süni göl və kanal da var. Hotelin yaxınlığında 500-ə yaxın Hələb növünə məxsus keçilər saxlayır. Onlara xüsusi çobanlar nəzarət edir, içəridə tovuzquşudan tutmuş müxtəlif cür heyvanlar mövcuddur. Xadimə və xidmətçilərin, bağbanların da qaldıqları tikililər ərazinin tərkib hissəsidir”, – jurnalist yazıb.

Google Maps: https://goo.gl/maps/HfSwzi3MdBP5uePFA


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam