Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

47 milyard dollara sahib olan narkobaron –44 yaşında öldürülən Eskobar həbs cəzasını türmə rəisi olaraq çəkirmiş

 


 Onun dəfnində on minlərlə insan küçələrə axışıb, o, Kolumbiya tarixində görünməmiş böyük bir izdihamla son mənzilə yola salınıb. Yaşadığı 44 il ərzində Pablo Eskobara qarşı olan münasibət birmənalı olmayıb. Kimlərsə onu kasıbların ən yaxın dostu, kimlərsə qatı cinayətkar, kimlərsə isə sadəcə əfsanəvi Pablo adlandırıblar.

Yenixeber.org: Bütün dövrlərin və bütün dünyanın bir nömrəli narkobaronu sayılan Pablo Eskobar dünyadakı narkotik vasitələrin dövriyyəsinin 80 faizinə nəzarət edib və bu zəncirvari dövriyyənin ən güclü bəndi sayılıb. 1989-cu ildə “Forbes” jurnalı 47 milyard dollara sahib olan Pablo Eskobarı dünyanın 7-ci ən varlı şəxsi elan edib.

Pablo Eskobar 1949-cu ildə Kolumbiyanın Rionerqo şəhərində anadan olub. Uşaqlığı və gəncliyi Medelin şəhərində keçib. Valideynləri təhsilli, atası fermer, anası müəllim olsa da, Pablo uşaqlıq illərində nadincliyi ilə fərqlənib, bir neçə dəfə məktəbdən qovulub.

Uşaqlıqdan Kolumbiyanın tanınmış cinayətkarlarının həyatı ilə maraqlanan Pablo gələcəkdə özünü kriminal aləmin tanınmış simalarından biri kimi təsəvvür edib. Bu cür arzularının gerçəkləşməsinə onun yaşadığı Medelin şəhəri də böyük rol oynayıb. Medelin 1960-cı illərdə dünyanın ən təhlükəli şəhərlərindən biri sayılıb. İl ərzində bu şəhərdə qanunsuz gəzdirilən silahlarla qətlə yetirilənlərin sayı yüzlərlə olub. Həmçinin Medelin dünyanın əsas narkotik vasitələr mərkəzlərindən biri kimi də tanınıb.
Pablo Eskobar ilk cinayətinə qəbir daşlarını oğurlamaqla başlayıb. O, bu oğurluqdan əldə etdiyi gəlirin yarısını yaşadığı məhəllənin kasıb sakinləri ilə bölüşdürüb. Qəbir daşlarından bahalı maşınları oğurlamağa keçən Eskobar bu “sahə”də daha çox qazanıb. Bir müddət oğurladığı avtomobilləri sökərək ehtiyat hissələri kimi satan Pablo kifayət qədər zənginləşib.

Daha çox pul qazandıqca, Eskobarın iddiaları daha da artıb. Bir-birinin ardınca törətdiyi cinayətlər, bu cinayətlər hesabına əldə etdiyi pullar, pulların bir qismini kasıb əhaliyə səxavətlə xərcləməsi onu tədricən nüfuz sahibinə çevirib.

Artıq 1972-ci ildə Pablo Eskobar yaşadığı şəhərin kriminal aləmində avtoritet kimi tanınıb. Amma çox keçməmiş onun adı ölkəsinin sərhədlərindən uzaqlarda da məşhurlaşıb. Eskobar bütün sərvətini narkotik vasitələrin ticarətinə qoyub. Bu təhlükəli ticarətdə heç kim Eskobarın qarşısında dayana bilməyib. O, qarşısına çıxan ən kiçik maneləri belə dərhal məhv edib.

Pablo Eskobar çox böyük çevikliklə ABŞ-ı narkotik vasitələrlə təmin edənlərin bütün yollarını kəsərək, amerikalıları kokainlə təmin edən əsas fiqura çevrilib. Onun yaratdığı şəbəkədə yüzlərlə adam işləyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları şəbəkənin fəaliyyətinə heç cür mane ola bilməyiblər. Eskobara mane olanlar və olmaq istəyənlər güllələnərək sıradan çıxarılıblar.

Pablo Eskobarın var-dövləti dəqiqələrlə artıb, milyonlar milyardlara çevrilib. Biznes imperiyasını daha da genişləndirmək və təhlükəsiz etmək üçün Eskobar siyasi fəaliyyətə başlamağa qərar verib və prezidentlik iddiasına düşüb. Bu işdə ona Kolumbiyanın ədliyyə naziri Rodriqo Boniyo mane olub. Bu “mane”çilik nazirin öldürülmüəsi ilə nəticələnib. Bu Pablo Eskobarın ilk dəfə yüksək ranqda olan vəzifəli şəxsin öldürməsi faktı kimi tarixə düşüb.

Eskobar prezident kürsüsünə sahib ola bilməsə də, parlamentin üzvü seçilib. Bu ərəfədə o, daha çox xeyriyyəçi kimi tanınınb. Eskobar Medelin şəhərində məktəblər, xəstəxanalar, kilsə, yoxsul təbəqə üçün yüzlərlə ev tiktirib, milyonlarla pul xərcləyib. Bunlarla yanaşı onun biznes şəbəkəsinin dairəsi daha da genişlənib.

Ronald Reyqan ABŞ-da hakimiyyətə gələndə narkotacirlərə qarşı sərt mübarizəyə başlayıb. Prezident o cümlədən Kolumbiya hakimiyyəti ilə narkotacirlərin, həmçinin Pablo Eskobarın saxlanılaraq ABŞ-a verilməsi haqqında razılaşma əldə edib.

Eskobar bir addımlığında olan təhlükəni hiss edib, tezliklə ələ keçəcəyini və ABŞ-a ekstradisiya olunacağını dərk edib. Amma o, bu dəfə də geri çəkilməyib, başçılıq etdiyi dəstə Kolumbiyanın bir neçə vəzifəli şəxsini girov götürüb. Hakimiyyətlə danışıqlar zamanı Pablo Eskobar öz şərtlərini irəli sürüb. Dövlət rəsmilərini yalnız onun həbsi ilə bağlı qərarın ləğv olunmasından sonra azadlığa buraxılacağını şərt qoyub. Hakimiyyət çıxış yolunu güzəştə getməkdə görüb, Eskobarın şərtlərinə əməl edib.

ABŞ-ın xüsusi xidmət orqanlarının Kolumbiyada Eskobara qarşı hazırladıqları əməliyyat vəziyyəti dəyişib. Eskobar Kolumbiya hakimiyyətinə təslim olub. Amma burada da o, öz şərtlərini irəli sürüb. Çəzasını öz tiktirdiyi həbsxanada keçirəcəyini bildirib. Təbii ki, bu cür təslim olmaqla Pablo Eskobar ABŞ-a təhvil verilməyinin qarşısını alıb. Onun məşhur “ABŞ-da türməyə girməkdənsə, vətəndə qəbirə girmək daha yaxşıdır” ifadəsi də məhz bu hadisələr zamanı yaranıb.

Beləliklə, Pablo Eskobar könüllü olaraq öz türməsində cəza çəkməyə başlayıb. Bu türmə həbsxanadan daha çox, dəbdəbəli qəsri xatırladıb. Eskobar narkotik ticarətini buradan idarə edib, danışıqlar üçün lazımi adamları bura dəvət edib, öldürülməli adamları da bu “türmə”yə gətiriblər.

Amma Kolumbiya prezidenti Sesar Qaviriya Eskobarın bu cür cəza çəkməsinə çox göz yummayıb. O, Eskobarın adi bir həbsxanaya köçürülməsinə göstəriş verib. Bu göstərişdən sonra Pablo Eskobar qaçmağa nail olub. Polislərdən gizlənən Eskobar bir neçə dəfə terror aktı həyata keçirib. Dövlət qurumlarının inzibati binalarında partlayışlar, insan ölümləri ilə nəticələnən silahlı basqınlar Kolumbiyanı qorxu işərisində saxlayıb.

Bir neçə ay Eskobarın yerini müəyyənləşdirmək mümkün olmayıb. Yalnız o, oğlu və anası ilə telefonla danışdıqdan sonra polislər Eskobarın hansı məkanda olmasını müəyyən edə biliblər.

2 dekabr 1993-cü ildə xüsusi əməliyyat hazırlanıb. Eskobarın gizləndiyi ev mühasirəyə alınıb. Eskobar mühasirədən qaçmağa cəhd edəndə aldığı güllə yarasından ölüb.

Başqa bir versiyaya görə, Pablo Eskobar ələ keçməməsi üçün öz-özünü güllələyib. Bu versiyanı onun oğlu və qardaşıoğlu da təsdiqləyib.

Necə ölməsindən asılı olmayaraq, bununla da 44 yaşlı milyarder Pablo Eskobarın həyatına son qoyulub.

Ölümündən sonra Pablo Eskobarın ailə üzvləri, həyat yoldaşı, oğlu və qızı başqa soyad götürərək Argentinaya köçüblər.(musavat)

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam