Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Səudiyyə Ərəbistanına tarixi şok! –50 MİLYARD DOLLAR…

 Yeni tipli koronavirus pandemiyanın yayılmasından və neft qiymətlərində görünməmiş ucuzlaşmadan sonra Səudiyyə Ərəbistanı böyük şoklarla qarşılaşmaqdadır.

Yenixeber.org: Səudiyyə Ərəbistanının valyuta ehtiyatı aprel ayında 24,8 milyard dollar azalıb və son iki ay ərzində ümumilikdə azalma 50 milyard dollara bərabər olub.

Səudiyyə Ərəbistanının Mərkəzi Bankının (SAMA) statistik hesabatındakı məlumata görə, dollar ehtiyatı mart ayında 473,4 milyard dollardan aprel ayında 448,6 milyard dollara düşüb.

SAMA-nın məlumatında mart ayında azalmanın 24 milyard dollar bərabər olduğu bildirilir.

Beləliklə, iki ayda ümumi itki 50 milyard dollar yaxın olub.

Digər tərəfdən isə Səudiyyə Ərəbistanının Maliyyə Nazirliyinin açıqlamasında investisiyaların maliyyələşdirilməsi üçün Krallığın İctimai İnvestisiya Fonduna 40 milyard dollar köçürüldüyü, bunun müstəsna hal olduğu bildirilmişdi.

Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanının iqtisadiyyatı yeni tipli koronavirusla mübarizə və xam neft qiymətlərinin tarixi ucuzlaşması səbəbindən böyük zərərlə qarşılaşıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam