Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Ölkədəki talanın qarşısını necə almalı?-ŞƏRH

                   Deputat: “Gəlirlərin deklarasiyası haqqında qanunun tətbiqinə mane olan qüvvələr var”

– Xarici işlər naziri Elmar Məmmədyarovun Nyu-Yorkda övladları üçün aldığı 4,2 milyon dollarlıq mənzillər;

–  Keçmış milli təhlükəsizlik naziri Eldar Mahmudovun ailə üzvlərinin Böyük Britaniya, İspaniya, Lüksemburq, Kipr və Litvada 100 milyon funt-sterlinq (210 milyon manat) dəyərində əmlakları;

– Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun (mayın 8-də DTX əməkdaşları tərəfindən saxlanılıb) dövlət büdcəsi hesabına Bozalqanlı adına Aşıq Sənəti Muzeyinin tikintisini həyata keçirən şirkətdən 100 min manat alması;

– Yenə də Zakir Sultanovun Tovuz rayon Mədəniyyət Evinin yenidən tikintisinə ayrılan puldan 50 min manat “pay” götürməsi;

– Mədəniyyət Nazirliyinin idarə rəisi Cəlil Məlikovun (mayın 8-də DTX əməkdaşları tərədindən saxlanılıb) kurasiya etdiyi sahələrdə vəzifələrə təyinat üçün namizədlər qarşısında idarənin təmir işləri ilə bütün xərcləri öz üzərinə götürmələrinə dair şərt qoyması;

– Dövlət Sərhəd Xidmətinin 1 generalının, 4 polkovnikinin və 1 mayorunun, habelə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin bir neçə əməkdaşının vəzifə səlahiyyətlərini aşma və külli miqdarda rüşvət alma ittihamı ilə həbs olunması;

– Aprelin 4-də vəzifəsindən azad edilmiş Vüqar Səfərlinin rəhbəri olduğu Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) yol verilən qanunsuzluqlarla bağlı cinayət işinin açılması…

Bunlar dövlət və ictimai vəsaitləri mənimsəməkdə günahlandırılaraq həbs olunan rayon icra hakimiyyəti başçılarından sonra yüksək vəzifəli məmurların ortaya çıxan korrupsiya əməllərinin rəsmi təsdiqini tapmış hissəsidir. Hələ ictimaiyyətə bəlli olan çoxlu sayda bu cür korrupsiya faktları var ki, aidiyyəti dövlət orqanları onları rəsmən açıqlamağa ya tələsmir, ya da ümumiyyətlə, buna ehtiyac duymur. Dünən isə daha bir keçmiş iri ranqlı dövlət nümayəndəsinin xaricdə dəyəri milyonlarla ölçülən bahalı mülklərə sahib olduğu barədə məlumat yayıldı.

Məlum oldu ki, Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədova 2009-cu ilin martında Nyu-Yorkun Linkoln meydanı ətrafında (Adagio Condominium) dəyəri 1 825 000 dollar olan ikiotaqlı mənzili (2017-ci ildə mənzilin bazar qiyməti 3,5 milyon dollara qədər artıb) almaq barədə “Douglas Elliman Real Estate” əmlak şirkəti ilə razılaşma əldə edmiş. Müqaviləyə görə, Oqtay Əsədovun xanımı bu məbləğin ilkin hissəsini, yəni 182 min 500 dollarını sənədi imzalayarkən, qalan 1 milyon 642 min 500 dollarını isə əmlakın alıcının adına keçirilməsindən sonra ödəməli imiş. Lakin Əsədovlar son anda mənzili almaqdan imtina ediblər və əmlak həmin ilin avqustunda eyni qiymətə başqasına satılıb. Bir müddətdən sonra keçmiş spikerin ailəsi xaricdə bahalı mülk almaq istəyini Türkiyədə reallaşdırıb.

İndi Azərbaycanda belə bir sual hamını düşündürür: büdcə vəsaitlərinin xərclənməsinə nəzarət edən aidiyyəti qurumların rəhbərləri var-dövlət və sərvət hərisi olan məmurların korrupsiya əməllərini görmürmü? Görürlərsə, belə halların qarşısı niyə alınmır? Yox, az qala hər gün aşkara çıxan yeni-yeni korrupsiya faktlarını görmürlərsə, tutduqları vəzifədə uzun müddət necə işləyə bilir?

İqtisadçı ekspert Rövşən Ağayev mövzunu şərh edərkən yuxarıda sadalanan faktları dövlət vəsaitlərinin nə dərəcədə geniş miqyasda oğurlanmasının təzahürü və təsdiqi kimi dəyərləndirir. Onun fikrincə, Azərbaycandakı mövcud siyasi və iqtisadi sestem elə qurulub ki, dövlət və hakimiyyət orqanlarında yüksək vəzifə tutan hər kəs büdcədən oğurlaya, ölkənin sərvətlərini talaya bilir. 

                                     İctimai nəzarət necə sıradan çıxarıldı?

Ekspert ölkədə korrupsiya meyllərinin güclənməsini, yüksək vəzifəli məmurların bahalı mülklərə sahib olmasını və özlərinə böyük biznes şəbəkləri qurmasını iki fundamental səbəblə izah edir. Bu səbəblərdən birinci ictimai nəzarət institutlarının çökdürülməsi, digəri isə ədalətli məhkəmə sisteminin olmamasıdır.

“Vaxtilə ölkədə, yaxşı-pis, ictimai nəzarət institutları var idi, amma hökumət onu tam şəkildə sıradan çıxarmağa nail olub. Söhbət həm mediadan, həm vətəndaş cəmiyyətindən, həm də alternativ siyasi qüvvələrdən gedir. Bu ictimai nəzarət institutları sıradan çıxarılandan sonra ölkədə korrupsiyanın genişlənməsinə daha böyük şərait yarandı. Halbuki ictimai nəzarət qurumları olanda hökumət üzləri özlərini yığışdırır, daha məsuliyyətli olur, ortaya çıxan faktların böyük qalmaqala səbəb olacağından çəkinirdilər” – deyə R.Ağayev bildirir.

Ölkədə ədalətli məhkəmə sisteminin olmamasının daha ciddi problem yaratdığını deyən ekspertin fikrincə, korrupsiya cinayətlərinin cəzasız qalması büdcə vəsaitlərinin oğurlanmasını stimullaşdırır:

“Halbuki istənilən korrupsiya faktları ortaya çıxdıqda hüquq-mühafizə orqanları səfərbər olunmaqla, yol verilmiş hüquq pozuntularını araşdırmalı, məmurların cinayət əməlləri məhkəmələrə çıxarılmalı və məhkəmə ədalətli şəkildə, qanunların tələblərinə uyğun araşdırma apararaq dövlətə və xalqa məxsus sərvətləri talayan, onu korrupsiya yeminə çevirən məmurları, büdcə oğurluğu ilə məşğul olan vəzifəli şəxsləri cəzalandırmalıdır. Təəssüf ki, Azərbaycanda ədalətli məhkəmə sistemi qurulmadığından iqtisadi cinayətlər, məmurların korrupsiya əməlləri cəzasız qalır”.

R.Ağayev hesab edir ki, “Vəzifəli şəxslərin gəlirlərinin deklarasiyası haqqında” qanunun tətbiqinin yubadılması da büdcə vəsaitlərinin mənimsənilməsini stimullaşdırır. Onun fikrincə, nə qədər ki bu qanunun icrasına başlanmayıb, ölkədə korrupsiyanın qarşısını almaq, məmurların varlanmaq hərisliyini durdurmaq mümkün olmayacaq:

“Vətəndaş cəmiyyətləri, siyasi institutlar dönə-dönə bəyan edirlər ki, ölkədə gəlir bəyannaməsi olmalıdır. Amma görünən odur ki, hökumət dairələrində bu qanunun tətbiqinə açıq-aşkar mane olanlar var. Hətta bəziləri deyirlər ki, guya bu qanun tətbiq olunsa belə, məmurlar yenə də gəlirlərini gizlədəkcələr. Amma gəlir bəyannamələrinin tətbiqini istəməyənlərin söylədiyi bu cür əks-arqumentlərin heç birinin əsası yoxdur. Bu, o deməkdir ki, Cinayət Məcəlləsi olmasın, onsuz da adam öldürəni bu cinayətdən çəkindirmək mümkün deyil. Amma Cinayət Məcəlləsi olanda həmin cinayəti törədən adam cəzalandırılır. Məmurlardan gəlir bəyannaməsi tələb etməyin hüquqi üstünlüyü odur ki, illik gəlirlərini gizlədən vəzifəli şəxslər cəzalandırılacaq. Əgər bu qanun işləsəydi və gəlirlərin gizlədilməsinə görə sərt cəzalar nəzərdə tutulsaydı, Elmar Məmmədyarovun, Eldar Mahmudovun, yaxud mədəniyyət nazirinin müavininin bahalı mükləri ortaya çıxanda həmin qanun işə düşərdi və hüquq-mühafizə orqanları deyərdilər ki, öz bəyannamənizdə bu gəlirləri gizlətmisiniz və buna görə tutaq ki, 15 il dövlət vəzifəsində işləməmək, 10 il həbs cəzası düşür. Yəni bu cür cəzalar olmalıdır. Amma təəsüsüf ki, Azərbaycanda bu sistem də işləmir”.

                          Səssiz parlament, zəiflədilmiş Hesablama Palatası…

Ekspert hesab edir ki, ölkədə ciddi parlament nəzarətinin olmaması da dövlət vəsaitlərinin oğurlanmasını, məmur talançılığını stimullaşdırır. Onun sözlərinə görə, Azərbaycanda müxtəlif sosial və siyasi qrupların maraqlarını təmin edən, onların səsini hökumətə çatdıran deputatların təmsil olunduğu parlamentə böyük ehtiyac var:

“Təəssüf ki, Azərbaycanda büdcə xərcləmələri ilə bağlı problemləri araşdırıb ortaya çıxaran, bu istiqamətdə fəaliyyətləri tətftiş edən normal Hesablama Palatası da olmayıb. Hazırkı Hesablama Palatası məhdud çərçivədə fəaliyyət göstərən qurumdur. Yəni, siyasi məhdudiyyətlər imkan verməyib ki, bu qurum öz funksiyasını qanunauyğun şəkildə həyata keçirsin. Biz cəmiyyət olaraq bu gün həmin səbəblərin “meyvələrini” yığırıq. Hər gün hansısa dövlət məmurunun korrupsiya əməlləri barədə yeni-yeni məlumatlar yayılır, bir məmurun 1 milyonluq, digərinin 10 milyonluq mülkləri ortaya çıxır. Bəlkə də elə məmurlar var ki, onların xalqdan və dövlətdən oğurladıqlarının dəyəri 1 milyard manatdan çoxdur, bizim bundan xəbərimiz yoxdur”.

Rövşən Ağayev əmindir ki, daha böyük büdcəyə çıxışı olan nazirliklərdə məmurların korrupsiya əməllərinin miqyası milyonlarla dollarla ölçülür. O, xüsusilə nəqliyyat və rabitə sektorunda belə halların daha çox ola biləcəyini düşünür: “Hamımız yaxşı xatırlayırıq: rabitə sektorunda çalışmış iri ranqlı məmurların həbsi zamanı kiçik bir idarə rəisinin 95 milyon manatlıq mülkü ortaya çıxmışdı. Yəni hansı məmura əl atırsan, arxasında milyonları var…”

                                          Prezidentin göstərişinə niyə əməl olunmur?

Xatırladaq ki, düz 15 il əvvəl, 2005-ci il ilin iyununda “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları” təsdiq edilsə də, bu qaydalar hələ də tətbiq olunmur. Halbuki qanunun qəbulundan sonra ölkə başçısı təlimatlarin hazırlanıb həyata keçirilməsi üçün Nazirlər Kabinetinə üç ay vaxt vermişdi. Lakin aradan 15 il keçməsinə baxmayaraq, indiyədək təlimat və qaydalar hazırlamayıb.

(pressklub)

Elxan Salahov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam