Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Evdən işləmək təcrübəsi koronavirusdan sonra:indi və həmişəmi?

  Evdən işləmək imkanı təkcə əməkdaşları yox, onların ailə üzvlərini də sevindirəcək

Yenixeber.org: Böyük biznesdə evdən işləmə və sərbəst qrafik tərəfdarlarının sayı artmaqdadır. Bunu mümkün edən əsas faktorlardan biri virtual videokonfranslar keçirməyə imkan verən texnologiyalardır.

Epidemiya dövründə məcburi və müvəqqəti seçim kimi ortaya çıxmış uzaqdan çalışma qərarı indi bir çoxları üçün uzunmüddətli vəziyyət halına gələ bilər.

Qlobal karantindən sonra daha sərbəst iş qrafiklərinə keçmək tərəfdarları arasında "Facebook" rəhbərliyi və Yeni Zenlandiyanın baş naziri Casinda Ardern də var.

Cümə axşamı bu texnologiya nəhəngi elan edib ki, əməkdaşlarının evdən işləməsi praktikasını gələcəkdə də davam etdirəcək.

Yeni Zenlandiyanın baş naziri isə daxili turizmə dəstək məqsədilə vətəndaşlara həftədə 3 gün istirahət verilməsini təklif edib.

Karantindən sonra tədricən iş yeləri açılmağa başladıqca, əksər işverənlər yeni məşğulluq sxemlərini nəzədən keçirirlər.

"Facebook"un qurucusu və rəhbəri Mark Zükerberq kompaniyanın 45 minlik personalına videomüraciətində iyul ayından etibarən uzaqdan işləyəcək əməkdaşlar üçün aqressiv rekrutinqə start veriləcəyini bildirib:

"Biz evdən işləməyə genişmiqyaslı keçid prosesində ən proqressiv şirkət olmaq istəyirik" ("Financial Times").

Silikon vadisində yerləşən digər yüksək texnologiya kompaniyaları da anoloji addımlar atıblar - bir gün əvvəl "Twitter" və "Square" şirkətləri elan etmişdilərki, arzu edənlər bundan sonra da evdən işləməyə davam edə bilərlər.

Cümə axşamı "Shopify" elektron ticarət kompaniyasının rəhbəri Tobi Lutke də işçilərinə müraciıt edib: ""Shopify" təyinatına görə də rəqəmsal kompaniyadır. Ofislərə qapanmaq keçmişdə qaldı".

San-Fransiskoda yerləşən "Coinbase" kriptobirjası bu işdə birinci olmaq istədiyini açıqlayıb.

Sərbəst iş qrafiki siyasəti ofislərə qayıtmaqdan eyhiyat edənlərin maraqlarına uyğundur və bu, ofislərdə sosial məsafə üçün yer problemini də həll edir.

Jacinda Ardern hesab edir ki, 4 günlük iş həftəsinə keçmək iqtisadiyyatın inkişafına təkan verəcək, iş və şəxsi həyat arasındakı balansı yaxşılaşdıracaq.

"Eşitmişəm ki, çoxları iş həftəsinin 4 gün olmasını istəyir. Son qərar işverənlərlə işçilər arasındakı razılaşmadan asılıdır, ancaq "Covid-19" epopeyası zamanı əldə etdiyimiz təcrübə göstərdi ki, sərbəst iş qrafikləri məhsuldarlığı artırır" - Ardern bunları "Facebook" profilindəki canlı yayım zamanı deyib.

                                     

                      Jacinda Ardern sərbəst iş qrafikinə keçməyin tərəfdarıdır

                             Yeni trendə hay-tek nəhəngləri liderlik edir

Yeni trendə hay-tek nəhəngləri liderlik edir

Keçən il "Microsoft" şirkəti özünün Yaponiyadakı filialında 4 günlük iş həftəsi paraktikasını sınaqdan keçirib. İşin keyfiyyəti və işçilərin məmnuniyyəti baxımından təcrübə uğurlu hesab olunub.

Ofisləri tədricən açılmaqda olan kompaniya bildirir ki, iş yerləriylə bağlı hibrid strategiyaya üstünlük verəcək.

"Əməkdaşlarımızın bir çoxu öz istəkləriylə oktyabr ayının sonuna qədər evdən işləməyə davam edə bilərlər" - "Microsoft"un nümayəndəsi belə deyib.

Personalla iş üzrə mütəxəssislər evdən iş praktikasını əməkdaşların ofislərə kütləvi dönünüşünə yaxşı alternativ hesab edirlər.

Kadrlar üzrə sinqapurlu məsləhətçi Elin Abraham hesab edir ki, "Bu, işləyən tələbələrə, gənc analara, övladlarıyla daha çox zaman keçirmək istəyən valideynlərə və yaşlılara qulluq etməli olan şəxslərə öz həyatlarını daha yaxşı planlaşdırmaq imkanı verəcək. "Covid-19" işverənləri əməkdaşlardan sərbəst iş qrafikiylə istifadə etməyi öyrətsə, bunu personalı idarəetmə sahəsində qələbə saymaq olar".

Dinstansiyalı iş təcrübəsində irəliləmə kampaniyalara həm də bahalı ofis problemini həll etməyə kömək edəcək.

"Mastercard" maliyyə korporasiyası bəzi ofislərini birləşdirməyi planlaşdırır. "Facebook" isə ABŞ-da bir neçə fəaliyyət mərkəzi yaratmağa hazırlaşır.

"Yəqin ki, epidemiya bitəndən sonra bir çox şirkət ofislərinin sayını azaldacaq və işçilər evdən işləməyə başlayacaqlar. Fərqli kateqoriyalara aid personalın tələblərini necə ödəyəcəklərini izləmək maraqlı olacaq" - ofislər üçün kompüter avadanlıqları istehsal edən "PeopleStrong" kompaniyasının nümayəndəsi Adrian Ten belə deyir.

         

 Ekspertlər hesab edirlər ki, pandemiya işverənlərin sabit iş saatı və ofisdə iş praktikasıyla bağlı ənənəvi təfəkkürünü dəyişir

                                                     Yeni reallıq

Böyük biznesin getdikcə daha çox nümayəndəsi evdən iş və sərbəst qrafik ideyasını dəstəkləyir. Virtual videokonfranslar təşkil etməyə imkan verən "Zoom" və "Google Meet" kimi yeni texnologiyalar bunun üçün əlverişli mühit yaradır.

Marz Zükerberq cümə axşamı bəyan edib ki, "Facebook" özünün "Workplace" proqramını təkmilləşdirərək bu perspektivli bazarda "Zoom" və "Slack"la rəqabət aparacaq.

 Romada yaşayan mətbuat agenti Paola Perotta evdən işləyir, uşaqları isə onlayn dərslərə qatılırlar

Biz iş yerlərimizə qayıtmağa başlayanda yeni reallıqla üzləşəcəyik.

Alternativ sxemlər işə gəlib-getmələrin sayını azaldaraq vacib olan yerlərdə sosial məsafə tələbini ödəməyə yardım edəcək.

"Covid-19" yüksək məhsuldarlığın sabit iş saatlarından və ofisdə çalışmaqdan asılı olduğunu düşünən işverənlərin ənənəvi təfəkkürünü dəyişir" - kadrlar üzrə məsləhətçi Emili Dreykott-Cons belə deyir.

                                               Bir qaşıq da qətran

Cümə axşamı Zükerberq "Facebook"da çalışanların yaşayış yerinə uyğun əməkhaqqı alacaqlarını da deyib.

Evdən işləməyə başlayıb yaşamaq üçün daha ucuz şəhərlərə köçənlər nəsə qazanmayacaqlar. İyul ayında ofislərə qayıdacaq əməkdaşlar (Zükerberqin təxmininə görə, 25%) o qədər də xoş olmayan yeniliklərlə üzləşəcəklər - bütün gün maska taxmalı və tez-tez hərarətlərini ölçməli olacaqlar.

Los-Ancelesdə yerləşən, artıq ofislərini açmağa başlamış "Snap" yüksək texnologiya şirkəti bu ofislərdəki yeməkxanalarını bağlayır.

                                           Yeni üsulla işləyənlər

Karantindən sonra işin çevik təşkilini davam etdirmək planını əsasən böyük hay-tek şirkətləri bəyan ediblər:

  • "Amazon": işçilərə minimum oktyabr ayına qədər evdən işləmək imkanı verilib;
  • "Barclays": hazırda 70,000 əməkdaşı evdən çalışır. Bankın rəhbəri Cess Steyli bəyan edib ki, böyük şəhər ofisi keçmişdə qala bilər;
  • "Facebook": evdən işləmə qaydasını 2020-ci ilin sonuna qədər uzadıb və bu strategiyanı daha uzaq perspektivə tətbiq etməyi planlaşdırır;
  • "Google": evdən işləmə təcrübəsi ilin sonuna kimi davam etdiriləcək;
  • "Mastercard": işçilər özlərini qayıtmağa hazır hiss edənə qədər evdən işləyə bilərlər; müxtəlif ölkələrdəki ofislərini birləşdirməyi planlaşdırır;
  • "Royal Bank of Scotland": evdən işləmə minimum sentyabrın sonuna qədər davam edəcək;
  • "Shopify": 4 min işçi ilin sonuna kimi evdən işləməyə davam edəcək;
  • "Twitter": kampaniyanın rəhbəri Cek Dorsi arzu edənlərə həmişəlik evdən işləmək hüququ veriləcəyini bəyan edib.(BBC)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam