Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Evdən işləyən KİV əməkdaşlarının küçəyə çıxmaq icazəsi ləğv ediləcək? - DİN-dən AÇIQLAMA


Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin verdiyi yeni qərara görə, xüsusi karantin rejimi dövründə fəaliyyətini iş yerindən davam etdirmələri zəruri olan işçilərinin say həddi müəyyən ediləcək  və işə gəlməsi vacib olmayan, fəaliyyətini evdən davam etdirən digər işçilərinin icazələri portaldan silinəcək.

Yenixeber.org: Məlumat üçün deyək ki, təhlükəsizlik tədbirlərinə əsasən bir çox mətbuat orqanlarının da iş fəaliyyəti evdən davam etdirilir. Bəs, yuxarıda qeyd edilən yeni qanuna əsasən KİV əməkdaşlarının da icazələri ləğv ediləcəkmi? Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovla əlaqə saxladıq. 
Ehsan Zahidov açıqlamasında bildirdi ki, karantin rejimi ilə bağlı qəbul ediləcək yeni məhdudiyyətlər KİV-əməkdaşlarına aid edilmir. Təhlükəsizlik tədbirlərinə əsasən jurnalistlər evdən işləsələr belə onların icazələri ləğv edilməyəcək: "Jurnalistlər özləri ilə şəxsiyyət vəsiqəsi və iş yerinin vəsiqələri götürməlidirlər. Həmin vəsiqələri təqdim etməklə rahat şəkildə hərəkət edə bilərlər". 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam