Redaktor seçimi
Ağdamın icra başçısının menyusuna...
AZAL prezidentinin milyonluq mülkü: 500-ə yaxın Hələb keçisi saxlayır -
Alı Alıyevin “tender əməliyyatları” – Yaxud yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”-
Ucar Rayon Məşğulluq Mərkəzində nələr olmur?-
Keçmiş əməkdaşı Elçin Quliyevi “Topa tutdu”-
Səhiyyə Nazirliyində qan, yoxsa korrupsiya xərçəngi? -
  
Eldar Əzizovun 500 manatlıq zibil maxinasiyası…
Günün xəbəri

Nyu-Yorkda 3,3 mln. dollar dəyərində mənzili olan Zaur Axundov kimdir?-ARAŞDIRMA

 Emin Məmmədyarov – Azərbaycan xarici işlər nazirinin böyük oğlu Manhettenin mərkəzində yerləşən Trump Place-də dəbdəbəli mənzillərə malik olan yeganə azərbaycanlı deyil.

Yenixeber.org: Vaşinqtondakı müxbirimizin əldə etdiyi Nyu-Yorkun Maliyyə Departamentinin hesabatlarına əsasən, Rushmore binasında 3,3 milyon dəyəri olan mənzil (N 31A) Zaur Axundov adlı başqa bir azərbaycanlıya məxsusdur.

Bu, Nyu-Yorkda 80 Riverside Boulevard ünvanında yerləşən iki binadan ibarət böyük yaşayış kompleksidir. Binada hovuz, fitnes və spa xidmətləri, bilyard zalı, velosipedlər üçün otaq, teatr, əyləncə kompleksi və s. var.

Bu yaxınlara qədər Axundovun çox vaxt Trampın binası adlandırılan Riversayd bulvarı 120 ünvanında da 2 mln. dollar dəyəri olan daha bir mənzili (N 9S) var idi. Göründüyü qədər, o, bu mənzili 2013-cü ildə –  3,3 mln. dollarlıq yeni mənzili aldıqdan dərhal sonra satıb.

Zaur Axundovun şəxsiyyətini dərhal müəyyən edə bilməmişik, amma Nyu-Yorkun Vergilər Departamentinin məlumatlar bazasında yer alan 2013-cü ilin satış sözləşməsində Axundov The Wicks Group şirkəti ilə əlaqələndirilib. Bu, ABŞ-da Azərbaycanın Silk Way aviasiya şirkətinin maraqlarını təmsil edən aviasiya hüquq və konsaltinq şirkətidir.

Wicks Group-un direktoru Qlenn Viks ötən ilin sonlarında adı Zaur Axundov olan Silk Way holdinqinin prezidenti də daxil olmaqla, bir neçə yüksək vəzifəli şəxslə birlikdə Bakıda 8-ci Caspian Air Cargo sammitində iştirak edib.

Şərh almaq üçün Axundovla və Wicks Group-la telefon əlaqəsi saxlamağımız mümkün olmayıb. Silk Way qrupu da sorğumuza cavab verməyib.

Silk Way Airlines-in 2018-ci ilin sentyabrında Prnewswir-də dərc edilmiş press-relizinə əsasən, cənab Axundov “Silk Way-in yaradılmasında həlledici rol oynayıb, ilk gündən Silk Way komandasının lideri olub və çoxillik dəyərli təcrübəsini Azərbaycanda aviasiya sənayesinin yaradılmasına həsr edib”.

Maraqlıdır ki, qeyd edilən bəyanatdan cəmi bir neçə həftə sonra, yerli KİV-lərin məlumatına görə, Axundov şirkətdən qovulub, amma müəmmalı şəkildə ötən il prezident vəzifəsinə bərpa edilib.

Bununla belə, Nyu-Yorkdakı mənzilin əsrarəngiz sahibinin şaiyələrə görə ölkənin ali rəhbərliyi ilə sıx əlaqələri olan özəl Silk Way şirkətinin rəhbəri ilə eyni şəxs olub-olmadığı tam aydın deyil.

Qərargah-mənzili Bakıda yerləşən Silk Way Holding şirkətlər qrupu uzun illər ərzində qalmaqallardan uzaq olmaq, şirkətin nüfuzunu qoruyub saxlamaq üçün həddindən artıq ehtiyatlı olub. Amma bu yaxınlarda məşhur müxalifətçi Tofiq Yaqublunun siyasi həbsi ilə əlaqədar şirkətin adı ictimai diqqət cəlb edib. O, Silk Way-in idarə etdiyi onlarla şirkətdən biri olan Silk Way Construction-un əməkdaşı Elxan Cəbrayılovun şikayət ilə “xuliqanlıqda” ittiham olunub və həbs edilib.

ABŞ və Avropa Şurası Bakını Yaqublunu azad etməyə çağırıb, amma hakimiyyət bu müraciətlərə məhəl qoymayıb.(turan.az)

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     
{sape_links}{sape_article}