Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Vüqar Səfərli jurnalistin evini əlindən belə alıb



 KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli “Mövqe” qəzetinin əməkdaşına Prezidentin verdiyi mənzili əlindən alıb.
Yenixeber.org: Belə bir iddianı jurnalist Samir Feyruzov paylaşıb. O bildirib ki, yaydığı məlumatı sənədlərlə sübut etməyə hazırdır:

“Fariz Əhməd oğlu Vəliyev “Mövqe” qəzetinin təqdimatı ilə jurnalistlər üçün tikilmiş birinci binadan 2013-cü ildə 3 otaqlı mənzil alıb. 2017-ci il mart ayının 4-də F.Vəliyev onkoloji xəstəlikdən rəhmətə gedib. Allah rəhmət eləsin!

Apardığım araşdırmalar nəticəsində əldə etdiyim dəqiq məlumata görə (faktları sənədlərlə sübut edəcəm), F.Vəliyevə verilən mənzil geri alınıb. Çünki KİVDF-nin həmin vaxt icraçı direktoru olan Vüqar Səfərli onunla öncədən belə bir razılıq əldə edib: “Mənzili sənin adına alırıq, amma mənimdir, çıxarış alandan sonra “bağışlanma” yolu ilə geri qaytaracaqsan”.

Belə də olur. Mənzil başqa bir adamın adına keçirilir. Yəni, mənzil sonda V.Səfərlinin olur”.

S.Feyruzov mənzilin jurnalistin əlindən hansı formada alınmasına da aydınlıq gətirib:

“2017-ci ilin əvvəllərində Fariz Vəliyevin xəstəliyi daha da şiddətlənir, yatağa düşür. Məsələdən xəbərdar olan Vüqar Səfərli ölüm ayağında olan adamdan mənzili geri alır. 2013-cü ildə Fariz Vəliyevə verilmiş mənzil hazırda Vüqar Səfərlinindir. Ağır onkoloji xəstə olan Fariz Vəliyevə bu "saziş"in nəticəsi olaraq vəd olunanlar da tam olaraq yerinə yetirilmir. Özünə qapanan adam olduğu üçün heç kimə heç nə danışa bilmir.

Fariz Vəliyev yaşadığı evdə onkoloji xəstəlikdən dünyasını dəyişir”.

Jurnalist qeyd edib ki, mənzilin kimin adına keçirilməsi ilə bağlı onda dəqiq məlumat var:

“Məlumatı Fariz Vəliyevin ailə üzvlərindən dəqiqləşdirmişəm. İş nəzarətə götürülməli və prokurorluq araşdırmalıdır”.

Xatırladaq ki, "Mövqe" qəzeti V.Səfərlinin özünə məxsusdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam