Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Faşizm ideoloqunu belə, heyrətləndirən sovet faşizmi: SSRİ-nin səfirliklərində aşkarlanan insan sümükləri… -FOTOLAR

 “NKVD” SSRİ-nin mövcudluğu dövründə ən yadda qalan dövlət qurumlarından biri olub. Bu qurumun fəaliyyəti nəticəsində milyonlarla insanın həyatına son qoyulub. 

Yenixeber.org: İosif Stalinin repressiya maşınına çevrilən “NKVD”-yə ən qəddar və amansız şəxslər rəhbər təyin edilib. Henrix Yaqoda, Nikolay Yejov, Lavrenti Beriya kimi komissarların adları sovet tarixinə qatı cinayətkarlar kimi həkk olunub. 

Sözsüz ki, saysız-hesabsız günahsız insanların qətlinə hökm verən bu şəxslərin son aqibəti də yaxşılıqla sonunclana bilməzdi və hər üç komissarın sonda güllələnməsi hec də təəccüblü deyil. 

14193518.697953.8825.jpeg (45 KB)

Arxiv sənədlərinə nəzər yetirsək, “NKVD” rəhbərliyinin insan talelərinə amansız yanaşmasının bir daha şahidi olarıq.

Məsələn, Henrix Yaqodanı SSRİ-nin repressiyalar üzrə baş mütəxəssisi də adlandırmaq olar. “NKVD”-yə komissar təyin olunduqdan sonra o, kütləvi represiyaların həyata keçirilməsi üçün bütün imkanlarından istifadə edib. Yeni cəza növləri, yeni işgəncələr, yeni həbs düşərgələri və bu kimi “ixtiralar” məhz onun adı ilə bağlıdır.

tapançalar.jpg (213 KB)

Növbəti komissar Nikolay Yejovun NKVD-yə rəhbərlik etdiyi dövrdə diqqət çəkən məqamlardan biri isə “xalq düşmənləri”nin sayına qoyulan plan olub. NKVD başçısı hər bir respublikaya və vilayətə neçə nəfər insanın cəzalanmasını konkret rəqəmlərlə göstəriş verib. 

Cəzalar iki növə bölünüb - güllələnmə və xüsusi düşərgələrə sürgün... Repressiyaya məruz qalacaq insanların sayı və siyahısı Yejovun başçılığı ilə NKVD-də hazırlanıb. 

moskva-volga.jpg (134 KB)

İnsan talelərinə son qoyan bu sənəd Siyasi Büroda təsdiqlənib. Stalin siyahıda kimin adının qarşısına 1 rəqəmi qoyubsa, yəni 1-ci kateqoriya güllələnmə, 2 rəqəmi qoyubsa, sürgün və türmə cəzası nəzərdə tutulub. 

Cəzaların say planı ilə bağlı məmurlar arasında bu cür yazışmalar olub. Omsk vilayəti Xalq Daxili İşlər Komissarlığı idarəsinin rəisi Qorbaçın Yejova teleqramı:

“Vilayətdə 1-ci kateqoriyadan 5444 nəfər həbs olunub”.

Yejovun cavabı: 

“1-ci kateqoriyaya aid olan həbslərin sayı 8 minə çatdırılsın və təcili məruzə edilsin”. 

Digər məruzələrdə göstərilir ki, Ukrayna planı 30 min nəfər, Belarusiya 5 min nəfər artıq yerinə yetirib.

Lavrenti Beriyanın “NKVD” rəhbəri kimi fəaliyyəti isə daha genişmiqayaslı olub. O, sıravi vətəndaşlarla yanaşı, yüksək vəzifəli dövlət məmurlarının və yüksək rütbəli hərbçilərin də aradan götürülməsində peşəkar “mütəxəssis” sayılıb.

KMO_053030_00101_1_t210.jpg (151 KB)

Maraqlı məqamlardan biri də odur ki, “NKVD” təkcə SSRİ ərazisində deyil, xarici ölkələrdə də kifayət qədər fəallıq göstərən qurumlardan biri olub.

1941-ci ildə Almaniya xüsusi xidmət orqanlarının əməkdaşları Fransada SSRİ səfirliyini ələ keçirəndə “maraqlı” səhnələrlə rastlaşıblar. Kifayət qədər böyük ərazisi olan səfirliyin bəzi tikililəri əsl həbsxananı xatırladıb.

Hitlerin təbliğat naziri Yozef Göbbels səfirlikdə gördüklərini  şəxsi gündəliyində belə qeyd edib: “Sovet hərbi attaşesinin kabinetində aşkar olunanlar məni təəccübləndirməyə bilməzdi. Avtomatlar, tapançalar, partlayıcı maddələr, saat mexanizmli bombalar, işərisində partlayıcı maddə olan siqarlar və s. əsl silah-sursat anbarını xatırladırdı. Bütün bunlar səfirlikdə başqa vəzifə adları ilə işləyən “NKVD” əməkdaşlarının əməlləri idi. SSRİ-nin Fransadakı səfirliyini SSRİ “NKVD”-sinin yerli şöbəsi də adlandırmaq olardı...”

filmy-pro-nkvd_jpg_770x430_crop_q70.jpg (124 KB)

Almaniya Xarici Kəşfiyyat İdarəsinin rəisi Valter Şellenberq də öz memuarlarında səfirlikdə gördüklərini belə bölüşüb: “Səfirlik binasının zirzəmisində işgəncə üçün bütün vasitələr var idi. Zirzəmi divarlarının izolyasiyası, hətta silah səslərinin çöldə eşidilməsinə imkan vermirdi. Bununla yanaşı, zirzəmidə meyitlərin yandırılıb, külə çevrilməsi üçün xüsusi kameralar da qurulmuşdu. Zirzəminin digər qapalı bir hissəsində isə çoxlu sayda insan sümükləri və saçları var idi. Cəhənnəmi xatırladan bu zirzəmi “NKVD”-nin fəaliyyətinin açıq ifadəsi idi. Vaxtilə SSRİ-dən Fransaya qaçanlar yerli kommunistlərin köməyi ilə “NKVD” əməkdaşları tərəfindən ələ keçirilib, məhz burada cəzalandırılıblar...” 

Səfirlikdə xüsusi kimyəvi laboratoriya da fəaliyyət göstərib. Məhz bu laboratoriyada zəhərli maddələr hazırlanıb, seçilmiş “hədəf”in məhv edilməsi üçün istifadə olunub.

Alman tarixçisi Xoffmanın yazdığına görə, SSRİ-nin Fransadakı səfirliyindəki həbs, işgəncə, ölüm üçün istifadə olunan vasitələr mövcud dövrün ən müasir avandanlıqlarından ibarət olub. Bu məsələdə SSRİ hökuməti büdcədən vəsait ayırmaqda “xəsislik” etməyib. 

slide_7.jpg (108 KB)

Tarixçi onu da qeyd edib ki, SSRİ-nin siyasəti ilə barışmayan və öz ölkələrini tərk etmək məcburiyyətində qalan yüzlərlə ziyalı, hərbçi və dövlət məmuru səfirliyin binasında ağır işgəncələrdən sonra vəhşicəsinə öldürülüblər.

SSRİ rəsmiləri bu faktı təkzib etməyə çalışsalar da, Yozef Göbbelsin səfirlikdən götürdüyü əyani vasitələrin dünya mətbuatında tirajlanması Kremlin bu cəhdini boşa çıxarıb. Və elə Göbbelsin söylədiyi kimi, SSRİ-nin Fransadakı səfirliyi diplomatik missiyadan başqa bütün “qaranlıq” işlərlə məşğul olub.

Qeyd edək ki, SSRİ-nin Almaniyadakı müharəbəyə qədərki dövrdə fəaliyyət göstərən səfirliyində də Fransada olduğu kimi, eyni vəziyyət aşkar edilib.(musavat)

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam