Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Beriyanı zöhrəvi xəstəliklərdən qoruyan, özünü qoruya bilməyən həkim –nazir Tretyakovun özüylə apardığı sirr

 

 

Yenixeber.org: O, sadə bir kəndli ailəsində böyümüşdü. Mövcud vəziyyətin ağır, maddi durumun çətin olmasına baxmayaraq, ali təhsil almağı qarşısına məqsəd qoymuşdu. Gələcəkdə yaxşı bir həkim kimi ad çıxaracağına inanırdı. Amma nə vaxtsa böyük bir dövlət məmuru olacağını, birincilərin əhatəsində dolaşacağını heç ağlına belə gətirmirdi və yəqin ki, SSRİ-nin üçüncü səhiyyə naziri olacağı onun yuxusuna da girməmişdi...

Andrey Tretyakov 1905-ci ildə Kursk vilaətinin Lqovski rayonunda anadan olub. Orta təhsil aldıqdan sonra bir müddət atasının kiçik fermer təssərüfatında çalışıb. Gələcəyini kənd həyatında görməyən Tretyakov 1924-cu ildə Voronej Dövlət Universitetinin tibb fakültəsinə daxil olub. Tələbəlik illərindən yüksək intellekti, tibb elminə böyük marağı, elmi araşdırmalara fərqli baxışı ilə fərqlənib. Universitetin tanınmış alimləri onun haqqında yüksək fikirdə olublar, onu gələcəkdə böyük bir həkim kimi görüblər.

Tretyakov universiteti bitirən kimi, 1929-cu ildə 24 yaşında Tambov dairə səhiyyə şöbəsinə müdir təyin olunub. Həmin dövrdə Tretyakovun mətbuatda səhiyyə işinin təşkili ilə bağlı silsilə yazıları dərc olunub. Sovet səhiyyə sistemində Andrey Tretyakov qısa müddət ərzində bacarıqlı bir kadr kimi tanınıb və o, bir-birnin ardınca ölkənin ən böyük vilayətlərində səhiyyə qurumlarına rəhbərlik edib.

Andrey Tretyakovun 1939-cu ildə Kalinin vilayət səhiyyə şəbəsinə rəhbərlik edərkən həkimlik və məmurluq fəaliyyətində ciddi dəyişiklik baş verib. Adi iş günlərinin birində hərbi həkim komissiyasının üzvləri ilə iclas keçirəndə Lavrenti Beriya qəfil və gözlənilmədən həmin müşavirəyə gəlib. İclası dayandırmaq istəyəndə Beriya əli ilə davam etdirməyi göstəriş verib.

Təxminən 20-30 dəqiqədən sonra Tretyakov iclasın işini yekunlaşdırıb. Elə akt zalında Beriya Tretyakova yaxınlaşıb:

- Mən Lavrenti Beriyayam, sizin də kim olduğunuzu bilmək istəyirəm.

Həyəcan içərisində olan Tretyakov çətinliklə cavab verib:

- Əlbəttə, yoldaş Beriya, biz sizi yaxşı tanıyırıq, Lavrenti Pavloviç. Mən Tretyakovam, Andrey Fyodoroviç.

- Xalatınızın üzərindəki yazıdan soyadınızı bilirəm. Sizin vəzifəniz nədir?

- Kalinin vilayətin səhiyyə şöbəsinin müdiri.

- İki gündən sonra Moskvada, qəbulumda olarsınız, əvvəlcədən köməkçilərimlə əlaqə saxlayarsınız.

Repressiyaların tüğyan etdiyi bir vaxtda Beriyanın bu gəlişi Tretyakovu hədsiz dərəcədə narahat edib və “NKVD” şefinin bu dəvəti həkimi həm də qorxudub. Tretyakov iki gün ərzində bütün fəaliyyətini təkrar-təkrar göz önündən keçirib. Amma yox, o, öz işində heç bir nöqsana, kobud səhvə yol verməmişdi.

Beləliklə, Tretyakov tərəddütlər içində iki gündən sonra Beriyanın qəbulunda olub. Beriya ona Moskvada işləyəcəyini söyləyib. “NKVD” başçısı bunu təklif kimi yox, əmr kimi deyib. Tretyakov SSRİ Səhiyyə Komissarlığının (nazirliyinin) Baş Kurortlar İdarəsinə rəis təyin edilib. Ancaq məsələ bununla yekunlaşmayıb. Tretyakov həm də Beriyaın şəxsi həkimi kimi fəaliyyətə başlayıb.

Sözsüz ki, öz işini dərindən bilən Tretyakov Beriyanın sağlamlığı üçün bütün bilik və bacarığını sərf edib. Beriya onun bu qayğısından məmnun olub və həm də bu xidmət cavabsız qalmayıb. 1940-cı ildə Tretyakov Rusiyanın səhiyyə komissarı təyin olunub.

Nazir kürsüsündə də fəaliyyəti qənaətbəxş sayılan Andrey Tretyakov sonralar Beriyanın təşəbbüsü ilə daha yüksək vəzifələrə təyinat alıb. 1946-cı ildə o, SSRİ tibb sənayesi naziri kürsüsünə əyləşib.

Tretyakov öz vəzifəsi ilə yanaşı, həm də Beriyanın şəxsi tapşırıqlarını icra edib. Araşdırmaçıların qənaətinə görə, Beriyanın intim əlaqədə olduqları qadınlar əvvəl Tretyakovun tibbi müayinəsindən keçib. Həmçinin Beriyadan hamilə qalan qadınların abort məsələsinə də Tretyakov cavabdehlik daşıyıb.

1953-cü ilin yanvarında Beriya Tretyakovun səhiyyə naziri vəzifəsinə təyainatına da nail olub. Andrey Tretyakov 27 yanvar 1953-cü ildə SSRİ-nin üçüncü səhiyyə naziri kimi fəaliyyətə başlayıb. Ancaq bu kürsü həkim üçün uzunmüddətli olmayıb. Onun bu kürsüdə sonuncu işlərindən biri İosif Stalinin vəfatından sonra onun ölümü haqqında rəy yazıb şəhadətnaməsinə imza atmaq olub.

Beriyanın həbsindən sonra onu güllələnmə cəzasına məhkum edəndə Tretyakovu həbs ediblər. Həkimin həbsi fəaliyyəti, yaxud Beriya ilə yaxın münasibətdə olduğuna görə olmayıb. Beriyanın meyitinin müayinə olunması və olümü haqqında rəy yazılması o qədər məxfi saxlanılıb ki, bu işləri icra edən adamın mütləq şəkildə qapalı bir yerdə saxlanılması məqbul sayılıb. Bu iş də məhz Andrey Tretyakovun üzərinə düşüb və o, bu sirri heç kəsə açıb deyə bilməyib.

Çox qısa müddətdən sonra Tretyakov həbsdən azad olunaraq yenidən işinə qayıdıb. 1 mart 1954-cü ildə o, nazir vəzifəsindən azad olunub.

Sabiq nazir sonrakı fəaliyyətini Rusiya Sosial Təminat Nazirliyində davam etdirib. O, nazirliyin tibbi ekspertiza idarəsinə rəhbərlik edib.

1965-ci ildə təqaüdə çıxan Andrey Tretyakov 1966-cı ildə 61 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.(müsavat)

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam