Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Baba Rzayev kimə xidmət edir,dövlətə yoxsa…? -FOTO

 

 Balababa Rzayev 60-70 ton civarında əlvan metalı İES-dən qanunsuz çıxaran və buna görə vəzifəsindən azad olunan baş mühəndisə SES-də yüksək vəzifə verib.

Yenixeber.org: 4 sentyabrın 2018-ci il tarixdə İlham Əliyevin sərəncamı ilə Balababa Rzayev "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilərək, "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edildi. Elə bu təyinatla ölkə başçısı cənab İlham Əliyev bu şəxsin qarşısında bir sıra ciddi vəzifələr və tələblər qoydu. Bir sözlə,ona göstərilən bu yüksək etimadın qarşılığında adı çəkilən şəxs sələfi Etibar Priverdiyevin buraxdığı səhvləri aradan qaldırmalı, onun əməllərini təkrar etməməli,enerji sektorundakı "tısbağa sürətli” inkişafı sürətləndirməli,dövlət vəsaitlərinin mənimsənilməsinin qarşısını almalı və bu sektorda yaranmış qanunsuzluqları aradan qaldırmaqla şəffaf idarəetməni təmin etməli idi. Bu zaman sual yaranır: Bəs görəsən, ötən dövr ərzində Balababa Rzayev bu vəzifələrin öhdəsindən gələ bildimi?

Ədalət naminə qeyd edək ki, Priverdiyev dönəmi ilə müqayisədə texniki təchizat və yenidəquram sahəsində irəlləyişlər nəzərə çarpır. Effektli və mobil idaretmə sisteminin formalaşması istiqamətində müəyyən addımlar atılıb və atılmaqdadır. Ölkənin bir nömrəli enerji mənbəyi olan Mingəçevir İES-də əsaslı yenidənqurma işləri həyata keçirilir. Təbii ki,bu onun "Azərenerji” rəhbəri kimi vəzifə öhdəliklərinə daxildir və onları ən yüksək səviyyədə həyata keçirməyə borcludur.

Amma,bu özündən razı və bir çox hallarda kobud davranışları ilə diqqət çəkən "Azərenerji” rəhbərinin ilk addımlarından biri atasının qoyuduğu Balababa adını bəyənməməsi oldu və bütün ətrafına,tableyində olanlara ciddi tapşırıq verdi ki,mənə Balababa yox, BABA Rzayev kimi müraciət olunmalıdır (əslində bu addım həm də öıkə başçısının sərəncamına qarşı çıxmaq deməkdir. Çünki onun təyinat sərəncamında Balababa yazılıb ).

Onun işgüzar fəaliyyətinin və "islahat”lar aparmasının səsi isə 2018-ci ilin dekabrında ciddi əks-səda verdi. Belə ki,dövlət başçısının işsizliyin aradan qaldırılması istiqamətində addımlar atdığı,qərarlar qəbul etdiyi,müxlifət qüvvələrinin isə mitinqlər keçirdiyi bir vaxtda Baba müəllim Mingəçevir İES-dəki Hərbiləşdirlilmiş Mühafizə Dəstəsinin 60 nəfərə yaxın əməkdaşını ixtisara saldı. 2019-cu ilin yanvarında isə 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa müdaxiləsi nəticəsində həmin işçilər geri qaytarıldı. Növbəti qalmaqallı adımı isə 2019-cu ilin mart ayının 2-də yenə Mingəçevirdə oldu. İşdən azad etdiyi mühafizəçilərin geri qaytarılmasını həzm edə bilməyən Balababa Rzayev onların əmək haqlarının artırılması xahişini təhqirlərlə cavabalandırdı. Hətta Qarabağ qazisinə "sən veterana yox,terrorçuya oxşayırsan” deməkdən belə çəkinmədi (bu olayı təsdiq edən səs yazısı da var). Məhz həmin gün Balababa Rzayev yüksək intellekti və mədəniyyəti ilə müsbət imicə malik Energetika naziri Pərviz Şahbazov barəsində xoş olmayan fikirlər səsləndirib.

Digər bir qalmaqallı olay isə "Azərenerji” rəhbəri Baba Rzayevin falçı və ekstrasenslərin fəaliyyətindən bəhrələndiyini sübut edən kadrların ortaya çıxması və onun bu utancverici olayla bağlı susqunluq nümayiş etdirməsi oldu. Hələ də bu Şeyx Nəsrullah sayağı hadisə ictimaiyyətin müzakirə mövzusudur.

Bu siyahını çox uzatmaq olar… Amma,biz onun sön addımlarından birini həm ictimaiyyətin,həm də müvafiq dövlət orqanlarının diqqətinə çatdımaq istəyirik. Söhbət 26 noyabr 2019-cu ildə baş vermiş qanunsuz əməldən gedir. Belə ki,sözügedən tarixdə Mingəçevir İES-in Baş mühəndisi Yusif Əzizovun 60-70 ton civarında əlvan metalı İES-dən qanunsuz çıxarması müəyyən edilib.Bu cinayət tərkibli əmələ görə baş mühəndis vəzifəsindən azad olunub və işi prokurorluğa göndərilib. Az müddət sonra yəqin ki, "falçıların və ekstarsenslərin sayəsində” bu qanun pozuntusu "yoxa çıxıb”.İES-də nəzarət funksiyasını həyata keçirən və birbaşa "Azərenerji” rəhbərliyinə tabel olan,amma fəhlələri,süpürgəçiləri,mühafizəçiləri belə "lupa ilə yoxlayan” sabiq "kqbeşnik” Tahir Əliyevin bu olaydan "xəbəri olmayıb”. Baxmayarq ki,sıravi işçilərin adi səhlənkarlığı və məsuliyyətsizliyi onların maddə ilə qovulması ilə nəticələnir.Lakin ciddi qanun pozuntusuna yol vermiş Yusif Əzizov  qısa müddət ərzində "Azərenerji” ASC-nin sədri Balababa Rzayevin əmri ilə Mingəçevir Su Elektirik Stansiyasına baş mühəndis təyin edilir. Görəsən, hansı Baba müəllimi bu addımı atmağa vadar edən nədir? MARAQLIDIR,DEYİLMİ?

               -Baba müəllimin sevimli kadrı Baş mühəndis Yusif Əzizov-

Bəlkə, Mingəçevir İES-də əsaslı yenidənqurma və təmir işlərini həyata keçirən  və Balababa Rzayevin qardaşına,qohumların məxsus podaratçı şirkətlərin nə oyundan çıxıdığını bu kişi bütün detallarına qədər bilir… Bu həyatdır… Bəlkə də…

Qeyd edək ki,yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.(kanal32.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam