Redaktor seçimi
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:
QHT-lərə Dövlət Dəstəyi Agentliyindən Dövlət başçısının mövqeyinə sayqısızlıq-
Günün xəbəri

Balababa Rzayevin bir ayağı “Azərenerji”də, bir ayağı “Azərişıq”da…

 

“Azərenerji”nin çiçəyi burnunda prezidenti hər gün bir neçə saatlıq köhnə iş yerinə, “Azərişıq”a baş çəkib kabinetində bir iki saat oturur…

Yenixeber.org: Adətən qurumun rəhbəri işdən çıxarılanda onun səlahiyyətlərini müavinlərindən biri icra etsə də “Azərişıq” da hazırda bu qayda pozulur. Belə ki, Baba Rzayev hazırda həm “Azərenerji”ni, həm “Azərişıq”ı idarə edir və deyilənə görə cənab Rzayev heç bir müavini “Azərişıq”da səlahiyyət sahibi olmağa imkan vermir.

Özünü Baba Rzayev kimi təqdim edən, əsl adı isə Balababa olan “Azərenerji” Səhmdar Cəmiyyətinin sədri barədə ilginc məlumatlar almışıq. Belə ki, Balababa müəllim dövlət başçısı tərəfindən “Azərişıq” Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad olunaraq “Azərenerji”yə rəhbər təyin edilsə də köhnə iş yerini əldən vermək istəmir. Mənbənin AzToday.az-a verdiyi məlumata görə, Balababa Rzayev demək olar ki, hər gün “Azərişıq”a baş çəkir, bir iki saat köhnə kabinetində oturur, ya da telefonla əlaqə saxlayaraq tez-tez göstərişlər verərək bu qurumu idarə etməkdə davam edir. Hətta Baba Rzayevin özəl əşyalarını belə “Azərişıq”dakı kabinetində qaldığı deyilir.

Mənbə bildirir ki, hazırda Baba Rzayevi ən çox narahat edən məsələlərdən biri də keçmiş müavini Zaur Hüseynovun “Azərişıq”a sədr təyin olunacağıdır. Mənbənin iddiasına görə “Azərişıq”a öz adamını təyin etdirmək istəyən Baba Rzayev üçün Zaur Hüseynovun bu quruma rəhbər gətirilməsi aşağılanmaq anlamına gəlir.

Məsələ ondadır ki, keçmiş müavini, Zaur Hüseynovun Bakı Metropoliteninin rəisi təyin olunmasından sonra ikili arasında münasibətlər tamam pozulub. Buna səbəb isə Zaur Hüseynovun Metropolitenə getməsini Baba Rzayevdən gizli saxlaması olub. Mənbə bildirir ki, o zaman müavinin Metropolitenə rəis təyin olunduğunu televizordan eşidən Baba Rzayev qəzəbindən özünə yer tapmayıb. Baba Rzayevə isə ağır gələn Zaur Hüseynovun bunu rəisindən gizli saxlaması olub. Mənbə qeyd edib ki, əslində Metropolitenə rəis təyin olunacağını Baba Rzayevdən gizli saxlayan Zaur Hüseynovu başa düşmək olar. Çünki Baba Rzayevin bu işə mane olacağı heç kimdə şübhə doğurmurdu.(milliyol.az)

 

Qarşı tərəfin mövqeyini dərc eləməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam