Redaktor seçimi
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:
QHT-lərə Dövlət Dəstəyi Agentliyindən Dövlət başçısının mövqeyinə sayqısızlıq-
Günün xəbəri

Balababa Rzayevin oğlu iri şirkətlərin enerji borclarını sildirir? –İddia

 

 

“Azərenerji” prezidentinin oğlu Fuad Rzayev və adamları iri şirkətlərin enerji borclarının silinməsi ilə məşğuldurlar.

Yenixeber.org: Bu barədə saytımıza daxil olan məlumatda bildirilir.

“Azərişıq” ASC-dən “Azərenerji”ASC prezidenti vəzifəsinə təyinat alan Balababa Rzayev və oğlu haqqında məlumat var. Redaksiyamıza daxil olan ilginc məlumata görə Balababa Rzayev “Azərişıq” ASC rəhbərliyindən getməsinə baxmayaraq hələ də bu qurumda söz sahibliyini davam etdirir. Çünki hazırda “Azərişıq” ASC rəhbərliyinə təyinat gerçəkləşməyib. 

“Azərişıq” ASC-yə rəhbər təyin olunmamasından istifadə edən Balababa Rzayevin öz adamları vasitəsi ilə quruma tam nəzarət etdiyi idda edilir. Hətta həftənin bəzi günlərində Balababa Rzayevin keçmiş kabinetində əyləşdiyi və işlərə nəzarət etdiyi də deyilir. 

Redaksiyamıza daxil olan ilginc məlumatda isə qeyd edilir ki, Balababa Rzayevin oğlu Fuad Rzayev və yaxın adamları “Azərişıq” ASC-yə borclu olan bəzi şirkətlərin borclarının silinməsi əməliyyatları ilə məşğuldurlar. İddia edilir ki, xeyli miqdarda borcu olan bəzi şirkətlər problemlərini Fuad Rzayevin köməyi ilə yoluna qoyurlar. Saytımıza daxil olan məlumatda bildirilir ki, iri şirkətlərin yaranmış borcununun 50 faizinin nağd şəkildə Fuad Rzayevin adamlarına verilməsi halında həmin şirkətin borcu silinir.  Borcları hansı əsasla və necə silinməsi ilə bağlı isə təfərrüatlı məlumat verilmir. Biz başqa mənbələrdən borcların silinmə mexanizmini öyrənməyə çalışırıq.

Borcsilmə əməliyyatında pul işinə Fuad Rzayevin yaxın adamlarının baxdığı və danışıqları onların apardığı bildirilir. 

Qeyd edək ki, “Azərenerji” ASC prezidenti Balababa Rzayevin oğlu Fuad Rzayev “General Boards System” – GBS Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərindən biridir. Həmin şirkət ölkəmizdə elektrik avadanlıqları istehsalı ilə məşğuldur.(AzEuroNews.com)

Mövzuya qayıdacağıq.

Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam