Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Lənkəranda “DOST”-un maaş kartları vəzifəlilərin qohumlarına paylanılıb –SİYAHI

 

 Lənkəranda “DOST” Mərkəzinin maaş kartlarının vəzifəli şəxslərin qohumlarının adlarına yazılması barədə daha bir məlumat yayılıb.

Yenixeber.org: Məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb:

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısının Taleh Qaraşovun Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin oğlu, “LƏNKƏRAN CİTY TRAVEL” MMC-nin təsisçisi Babək Xıdırlının adına maaş kartı açdırdığını qeyd edən jurnalist daha bir ilginc fakta toxunub: “Sosial işçi kimi adına maaş kartı açılanlardan biri də rayonun Kənarmeşə kənd sakini, 1990-cı il təvəllüdlü Elvin Xanbaba oğlu Babayevdir. Elvin Babayev Taleh Qaraşovun 1-ci müavini Babayev Möhübbət Hacıbaba oğlunun qardaşı, 1954-cü il təvəllüdlü Xanbaba Babayevin oğludur”.

O bildirib ki, adı “DOST” maaşı alanlar siyahısında olanlardan biri də keçmiş deputat Hadı Rəcəblinin yaxın qohumu Rəcəbov Şamil Cəsail oğludur.

“Hadı Rəcəblinin qardaşı İqbal Rəcəbov Lənkəran şəhərinin maliyyə idarəsinin rəisidir. İqbal Rəcəbovun qızı Firuzə Rəcəbli Lənkəran şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqudur”, – jurnalist bildirib.

Bu ilin fevral ayında Lənkəran kənd 74 saylı Seçki Dairəsinin sədri Rufiyev Əlövsət Rufi oğlu ötən ilin oktyabrından “DOST” Mərkəzi MMC-də fəhlə kimi çalışması ilə bağlı xəbər dərc etsə də, Lənkəran İcra Hakimiyyəti mövzuya münasibət bildirməyib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam