Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

1milyona qədər tender udan şirkətin təmsilçisi həmdə “DOST İş Mərkəzi” MMC-dən əməkhaqqı alır -Qaxda

 Yenixeber.org: Müstəqil araşdırmaçı jurnalist Cavanşır Həsənlinin aradıraraq sosial şəbəkələrdə paylaşdığı statusunda yazdığına görə Qax rayon İcra başçısı Musa Şəkiliyev (Melorasiya və su təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin xalası oğlu) 1 milyonluq tenderləri uddurduğu "RENAT-R" MMC-nin təmsilçisi həmdə Qax rayonu üzrə “DOST İş Mərkəzi” MMC-dən əməkhaqqı alır. Cavanşir bəyin araşdırmasını təqdim edirik:

"Qax rayon İcra Hakimiyyətinin tenderlərinin ənənəvi "qalib"lərindən biri "RENAT-R" MMC adlı şirkətdir. 2013-cü ildə qeydiyyatdan keçirilib. Qanuni təmsilçisi QAX ŞƏHƏRİ, CƏFƏR CABBARLI, ev Döngə 2, ev 7.-də qeydiyyatda olan Qurbanov Elşən Şövkət oğludur. Qaxın icra başçısı Musa Şəkiliyev (Melorasiya və su təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin xalası oğlu) bu şirkətə indiyədək abadlıq və təmir-tikinti işləri adı ilə 1 milyon manata yaxın dövlət satınalması yönəldib. Bununla işimiz yoxdur.
Məsələ burasındadır ki, Şəkilyevlərin tender şirkətinin qanuni təmsilçisi Qurbanov Elşən Şövkət oğlunun adı həm də Qax rayonu üzrə “DOST İş Mərkəzi” MMC-dən əməkhaqqı alan ictimai işçilərin siyahısındadır. Yəni maaş kartı icra başçısının cibində olan yüzlərlə "ölü canlar"dan biri...
Şəmsəddin Xanbabayevin cibinə qoyduğu maaş kartlarını xatırladınızmı?"

Yenixeber.org olaraq qarşı tərəfi dinləməyə hazırıq.

Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam