Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Hadı Rəcəblinin ürəyinin üstündəki "Palıdlı Sahil"-FOTOLAR

 Yenixeber.org: Araşdırmaçı jurnalist Cavanşir Həsənli deputat Hadı Rəcəblini, daha doğrusu onun biznes şəbəkəsini ifşa edib:

"Hadı Rəcəblinin növbəti dəfə deputat olmaq istəyinin önəmli səbəblərindən biri elə "PALIDLI SAHİL"dir. Lənkəranda dənizin sahilini zəbt edib məhz deputatlıq dönəmində tikdirdiyi istirahət mərkəzi, kompleksə daxil "PALIDLI SAHİL", "TİTANİK", "APARTMENT" restoranları...
Düzdür, Hadı müəllim israrla bu mərkəzin ona nəxsusluğunu təkzib edir, deyir ona yaxından-uzaqdan bağlılığı yoxdur, o bir deputat kimi bənnalıq edir, filan. 50 min dəfə deyib. Bir də o istirahət mərkəzində ölüm hadisəsi baş verəndə müəllimi lap hövsələdən çıxarıblar. Əlli min birinci dəfə deyib ki, "mənim deyil"!
Amma yalançını mənzilnə, Hadı müəllimi də "Palıdlı Sahil"ə qədər qovarlar. Günü bu gün "PALIDLI SAHİL" ailəvi istirahət mərkəzini Hadı Rəcəblinin qardaşı Xəzail Rəcəbovun oğlu Şadil Rəcəbov idarə edir. Şadil Rəcəbov rəsmi olaraq mərkəzin icraçı direktorudur. Deputatın özü mütəmadi olaraq mərkəzə baş çəkir və biznesi ilə maraqlanır. Şəkillərdə əynindəki polo-shorta diqqət, yaxasında "ona dəxli olmayan", amma yaxından ilgiləndiyi "Palıdlı Sahil"in loqosudur.
Bir də gəlib nağıl danşır ki, Çindən gəlirəm, orada uşaqpulu yoxdur, əksinə uşağa görə vergi tuturlar. Hadı müəllim yəqin Çində onu da öyrənib ki, onlar rüşvət və korrupsiyaya görə, deputatlara, məmurlara hansı cəzanı verirlər..."

Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam