Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

LONDONU SİLKƏLƏYƏCƏK BANKİR QALMAQALI:Rotşildlər "Barclays"ın direktorunu niyə istefaya məcbur edirlər? - ARAŞDIRMA

 

 Ərgün Dilər

“Takvim”, Türkiyə, 24 aprel 2020-ci il

 

Yenixeber.org: Koronavirus haqqında hər kəs yazır. Dünya evə qapanıb. Dolayısilə, yazılacaq heç bir şey koronavirusun önünə keçə bilmir. Bu, mümkün də deyil.

Xatırlayırsınızsa, hələ heç kim adlarını yada salmadığı bir vaxtda iki önəmli şəxs haqqında yazmışdım. Bunlardan ilki Cefri Epşteyn idi. Ötən avqust ayında azyaşlı uşaq ticarətiylə məşğul olduğuna görə saxlanılmışdı. Araya hörmətli dostları girdi. Lakin qurtula bilmədi. Və bir sabah intihar etdiyi açıqlandı. Yəni, öldürüldü. Bu hadisəni nə o gün, nə də bu gün anlayan adam elə də çox deyil.

Epşteynin yoxa çıxan arxivindən söz etmişdim. Bəlli ki, MKİ-dədir. Bu, anlaşılır. Bu arxivdə haqqında məlumat olmayan adam, demək olar ki, yoxdur. Problem də burdadır. Bəzilərinə görə, azyaşlılarla pozğun əlaqələr qurulur, bəzilərinə görə də fərqli bir inancın mərasimləri yerinə yetirilirdi… Amma hamısı azyaşlılar vasitəsilə olurdu. Mən bilmirəm. Ancaq uşaqlar yoxa çıxırdı. Agentliklər vasitəsilə gətirilənlər də var idi. Burada əsas iş öldürülən keçmiş media bossu Robert Maksvellin qızı xanım Gisleynə, yəni, Gisleyn Maksvellə düşürdü. Azyaşlı uşaqların daşındığı yer, adətən, Karib dənizindəki Kiçik Müqəddəs Ceyms (Little St James) adası olurdu. Ada Epşteynə aid idi.

Sual edə bilərsiniz ki, koronavirusla Epşteynin nə əlaqəsi vardır? Ağıllara bu sualın gəldiyini bilirəm. O zaman məsələni açaq. Mənzərəni daha aydın görək.

İngiltərəyə – bir böyük və məşhur banka gedək. Fevral ayının sonlarına doğru bu bankın və Baş icraçı direktorunun adı, buralarda olmasa da, bəzi önəmli yerlərdə dilə gətirilmişdi. Biz yenə eşitmədik. Bankın adı “Barclays”-dır. Və rəhbərliyində olan şəxs də Ceyms (“Ces”) Steylidir. Həm Londonda, həm də Nyu-Yorkda onun öz vəzifəsindən geri çəkiləcəyi haqqında danışılırdı. Ancaq bu pıçıltılar artdığı vaxtda, “Barclays”-ın Baş icraçı direktoru Ceyms Steyli ortaya çıxdı və açıqlama verdi ki, bunların hamısı əsassız xəbərlərdir.

Günlərdir Birləşmiş Krallıqda Steylinin mövqeyi sorğu-sual edilir. Bunun səbəbi Steylinin azyaşlı uşaqlara təcavüz etmək və insan qaçaqçılığı ilə məşğul olmaq ittihamlarıyla həbs olunduğu kamerasında öldürülən məşhur maliyyəçi Cefri Epşteynlə olan əlaqəsidir.

Hətta ötən günlərdə Financial Times mövzu ilə bağlı  “Barclays”-ın Steylinin yerinə yeni bir adam axtardığını yazdı. Bankın Londonda keçirilən, eyni zamanda Nyu-Yorkdakı mərkəzində yayımlanan xidməti toplantısında Steyli “Heç bir yerə getmədiyini” söylədi və bankın onun xələfini axtardığını inkar etdi. Məncə, bu, 26 fevralda baş verdi.

Epşteyn öldürüldükdən sonra bank hərəkətə keçdi. “Barclays”, daha doğrusu, Steyli Epşteynin ölümü ilə əlaqədar olaraq bankın prezidenti Naycl Hiqqinsə və digər idarəçilərinə bu məsələ ilə bağlı məlumat verdiyini elan etdi.

“Barclays”-ın öz daxili araşdırması nəticəsində bank Baş icraçı direktorun “Epşteynlə əlaqəsinin” xarakteri və miqyası baxımından problem olmadığını açıqladı.

Lakin koronavirus epidemiyası üzündən çox önəmli hadisələrə ingilis və amerikan mediasında dəyər verilmir.

“Barclays”-ın Baş icraçı direktoru Ceyms Steyli ilə Cefri Epşteynin dostluğu köhnə və çox güclü idi. “Barclays”-ın real sahibi Rotşild ailəsidirTəbii, Ceyms Steyli də ailənin inandığı şəxslərdən biri idi. Anlaşılan odur ki, Ceyms Steyli Cefri Epşteynlə dostluq qurarkən, Rotşild ailəsiylə bağlı dərin əlaqələri də öyrənmişdirÇünki 2 aydır ki, Rotşild ailəsi Steylinin istefa veməsini istəyir. Ancaq Steyli istefa vermir.

Rotşild ailəsi öz şirkətlərindəki yüksək səviyyəli idarəçilərin Epşteynlə olan əlaqələrinin risk yaratdığını gördü və lazım olanı etdi. Hamısının istefasını istədi. Ancaq Steyli istefa vermədi. Verməyəcəyini də açıqladı. O, qəribə şəkildə dirənir, amma bir çox baş icraçı direktor istefa verdi.

İndi Londonun 100 milyon sterlinqlik malikanələrində bu haqda danışırlar. İrəli sürülən iddialar arasında 2012-ci ildə bankın bir çox çirkli işə bulaşması da var. Epşteynin sistemə daxil etdiyi iş adamlarının önü “Barclays” sayəsində açılırdı. Çirkli pullar müəyyən yollarla sistemə soxulurdu. O dövrdə şirkətin Baş icraçı direktoru olan Markus Aqius Türkiyə ziyarətindən sonra təəccüblü bir şəkildə istefa vermişdi. Təbii, biz bunu yenə gözdən qaçırmışdıq.

Markus Aqius çox önəmli şəxsdir. “Barclays”-a gəlmədən öncə BBC-nin idarə heyətində idi. Amma onu dəyərli edən, əsasən, həyat yoldaşı idi. Çünki Markus Aqius, Katerina de Rotşildlə evli idiYəni, ailənin kürəkəni idi. Aqius, o qədər təzyiqə rəğmən, istefa verməmiş və son bir ümidlə Türkiyəyə gəlmişdi. Bir çox sektorda yatırımı olan, çox önə çıxmasa da, bankçılıq sahəsində də xüsusi yeri olan bir adamla Bodrumda görüşmüşdü. O adamla Bodrumda keçirdiyi görüşdən sonra, Londona geri dönmədən öncə, istefa etmək haqqında qərar vermişdi. O adam çox özəl bir şəxs olan Feliks Sater idi.

Epşteynlə birlikdə, haqqında yazdığım ikinci önəmli adam da Sater idi. Rusiyada da, ABŞ-da da çox təsirli olan Feliks Saterin bu istefa məsələsində rolu nə idi? Bilən yoxdur. Amma Epşteyn də, Sater də çox özəl VİP əlaqələrini dizayn edən şəxslər idi. Hətta Sater haqqında sənədli film də çəkildi. Özünüz önəmini düşünün.

Ancaq hazırda “Barclays”-la bağlı yaşanan sıxıntının Ceyms Steylinin keçmişdən bəri davamlı olaraq güc qazanması ilə əlaqəli olduğunu bilirik. Bu gün Ceyms Steylinin 63 yaşı var. “Barclays”-da işə girdiyi gün 29 yaşında idi. Markus Aqius, Steylinin özəl biri olduğuna inanırdı. Ailə içində güclənməsini də Aqius təmin edirdi. Steyli Bostonda doğulmuş bir amerikalı idi.

Malikanələrdə verilən sual budur ki, görəsən, Steyli də Bodruma gedib, orada xüsusi bir görüş keçirəcəkmi? Markus Aqius qəti şəkildə Steyliyə istefa verməli olduğunu söylədi. Çünki Epşteyn məsələsi qapanmayıb. İstefa vermədiyi hər bir gün risk artır. Əlində necə bir informasiya olduğunu yalnız özü bilir. Nəyə arxalanırsa, istefa vermədi.

Ancaq “Barclays”-la bağlı çox önəmli hadisələr olacaq. Bu hadisələr bəlkə də İngiltərə Kral ailəsinə də təsir edəcək“Epşteyn işi” ilə bağlı Kral ailəsinin üzərinə bir dalğa gəldi. Şahzadə Endryu ilə bağlı qalmaqallar Kraliça II Yelizavetanın dahiyanə addımlarıyla qapadıldı. Görəsən, ailənin “Barclays” vasitəsilə çirkli pul yuma mərkəzi olması haqqında iddia gündəliyə gələ bilərmi? Bu, önəmli bir sualdır.

Londonda pulla rəqs edənlərin qorxusu koronavirus deyildir. Koronavirusla başlayan proses çox önəmli hadisələrə səhnə olacaqdır. Ancaq koronavirus epidemiyasından öncə meydana gələn qalmaqalı, yəni, Epşteynin ortadan qaldırılmasını “qırın əridilməsi” olaraq düşünün. Çünki Epşteyni öldürən güc koronavirus epidemiyasını da ssenariləşdirən komandanın bir parçasıdır.

London, bəlkə də, son 200 il idi ki, dünyanın mərkəzi idi. Ancaq bu gün həmin durumu dəyişmək istəyənlər Vaşinqtonda yaşayır. İki paytaxt yeni nizam üçün qarşı-qarşıya gəlmişdir. Atılan heç bir addım təsadüfi deyildir. Vaşinqton bir addım atdığı zaman London cavab verir. Ya da tam tərsini görürük. Asan iş deyil, 200 illik bir nizama hücum edilir. Həm də heç öyrəşmədiyimiz bir silahla… Virusla dünyanın gələcəyi şəkillənir.

Maliyyə sektorunda önəmli aktyor olmanın bu gün üçün böyük şans olduğunu düşünmürəm. Bu gün ən riskli durumda olan da önəmli bankların baş icraçı direktorlarıdır. Çünki pulun hədəf olduğu bu günlərdə keçmişləri onların ətəyini buraxmayacaq.

Savaş hər yerdə gedir, lakin ən çox pulun üstündədir. Koronavirus da bəhanədir. Təəssüf ki, elədir.

QeydFeliks Sater həm Nat Rotşildlə, həm də Trampla yaxındırAyrıca, Tramp gəncliyində heç Gisleyn Maksvellə də uzaq olmayıb. İçindən çıxılmayan mövzu da budur: Kim kimə yaxın idi? Londonla Vaşinqton arasındakı hərəkət çox yorucu və bezdiricidir. Bu, təbiidir. Hər halda, savaşın əsas komanda mərkəzləridir.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam