Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

İranlılar koronavirus haqqında:"Küçələr bomboşdur" və "ehtiyat edənlərə gülürlər"

 

 İran koronavirusun ən çox təsirinə məruz qalan ölkələrdəndir. Cümə günü COVİD-19 burada daha 17 nəfərin həyatına son qoyub, bununla da ölənlərin ümumi sayı 124-ə çatıb.

Yenixeber.org: Səhiyyə Nazirliyinə əsasən, ölkə boyu 4747 infeksiya faktı qeydə alınıb.

Yeni infeksiya hallar barədə məlumat demək olar ki, hər gün daxil olur. Bəs görəsən adi iranlılar arasında belə məlumatlar necə qarşılanır? Farscada ölkənin müxtəlif guşələrində olan adi sakinlərlə söhbətləşmişik.

                                             Ladan, Tehran

Astmam var və təngnəfəs oluram. Əmin-amanlıq hissi yoxa çıxıb. Apteklərdə heç bir maska və ya dezinfeksiya vasitələri qalmayıb. Ən çətini isə, yaşadığımız stressdir.

Hakimiyyətlə birbaşa əlaqə yoxdur ki, kimləsə danışa bilək. Bu da gərginliyi artırır. Həm də heç bir dezinfeksiya vasitəsi yoxdur.

Aptekdə üzü maskalı qadınFotonun müəllifi: ATTA KENARE
Virusa yoluxanların sayı 4747-ə çatıb

Özümü karantinə aldım. Mənə elə gəlir ki, hər tərəfdə virus var. Alıb evimə gətirdiyim hər şeydə. Paranoya olduğumu hiss edirəm.

                              Məhəmmədrza, Həmədan

Təəssüflər olsun ki, supermarketlərə axışan insanlar bütün təmizləyici və yuyucu vasitələri almağa tələsir və buna görə də, təmizləyici vasitələr kimi məhsullar tükənə bilər. Maska və dezinfeksiya maddələrində də belə oldu.

Küçələr bomboşdur, cəmi bir neçə nəfər gözə dəyir. Mağazaların çoxu bağlanıb və qiymətlər artmaqdadır. Sakinlər arasında epidemiya qorxusu var. Bir çox insan avtobus və ictimai nəqliyyatın istifadəsindən çəkinir.

Amma buna ciddi yanaşmayanlar da var. Onlar ehtiyatlı insanlara, nigaran olanlara gülürlər.

Əbu Əli ibn Sinanın məqbərəsiFotonun müəllifi: ANADOLU AGENCY/GETTY
Həmadanda Əbu Əli ibn Sinanın məqbərəsi yerləşir.

                        Mehrzad, həkim, İranın qərb bölgəsi

Bir həftə əvvəl buraya gəldiyim zaman, nə şübhəli hallarla bağlı davranış, nə də konkret analizlərın alınmasına dair rəsmi təlimat verilmişdi. Xəstəxanada şübhəli hallar üçün xüsusi yer yox idi.

Əslində heç bir hazırlıq görülməmişdi. Mən həkim kimi məhdud sayda maska və əlcək aldım, amma tibb bacıları məndən az aldılar.

Ən sonda öz hesabıma əlavə maska və əlcək almağa məcbur oldum.

Tehran metrosuFotonun müəllifi: ATTA KENARE/GETTY
Tehran metrosunda dezinfekisya işləri aparılır.

                                           Məhəmməd, İsfahan

Burada, İsfahanda heç kim buna ciddi yanaşmır. Bir çox insana elə gəlir ki, bu virus hər yerdə yayılır, amma İsfahanda heç nə yoxdu.

Başqa şəhərlərdə gördüyünüz üzü maskalı və ya əlcəkli insanlara demək olar ki, rast gəlmirsən. Adamı məəttəl qoyan isə, günbəgün qiyməti bahalaşan ərzaq mallarıdır.

Hamı lazım olandan daha çox alır, sanki qarşıdan aclıq gəlir.(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam