Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
Günün xəbəri

Məşhur oliqarx Putinin "çirkli pullarını" yuduğunu etiraf edib? - Qərb mətbuatından sensasiyalı iddia

ABŞ Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət idarəsinin iddiasına görə rusiyalı oliqarx Oleq Deripaska prezident Vladimir Putinin çirkli pullarını yuyub. ABŞ Maliyyə Nazirliyinin bu barədə Deripaskanın vəkillərinə göndərdiyi məktubu "Financial Times" qəzeti dərc edib.

Yenixeber.org: Məktubda iddia olunur ki, Deripaska Putinin xahişi ilə 2012-ci ildə Soçidə keçirilmiş Olimpiada ilə bağlı müxtəlif layihələrə 800 milyon dollar sərmayə qoyub.

Bundan başqa "Financial Times" qəzeti istinad etdiyi müxtəlif mənbələrə əsasən Deripaskanın özünün “GAZ” şirkətinin səhmlərini ləğv etməkdə ittiham olunduğunu yazır. Guya bundan məqsəd prezident pullarının yuyulmasını ört-basdır etmək idi.

Məktubda qeyd olunur ki, ümumilikdə Deripaskanın biznesi müxtəlif illərdə bir neçə dəfə Putinin şəxsi istifadəsi üçün pulların köçürülməsində iştirak edib.

"Finacial Times" məktuba istinadən yazır ki, ABŞ Maliyyə nazirliyi Deripaskanın qara siyahıya salınması üçün 6 əsas səbəb göstərir, lakin bütün səbəbləri açıqlayan cümlələrdə “iddia olunduğuna görə” və “xəbər verildiyi kimi” ifadələri işlədilir.

ABŞ Maliyyə Nazirliyinin 22 yanvar, 2020-ci il tarixli məktubunda bildirilir ki, xarici aktivlər idarəsi Deripaskanın sanksiyalanması üçün yalnız “açıqlanması mümkün olan” və məxfi olmayan məlumatları bəyan edib.

Kreml "Financial Times" qəzetinin sorğusuna cavab olaraq bildirib ki, ABŞ Maliyyə Nazirliyinin ittihamları yalandır. Deripaskanın özü isə ittihamları “güman, şayiə və cəfəngiyyat” adlandırıb.

2018-ci ilin aprelində Oleq Deripaska və onun GAZ, UC Rusal, En+ və Eurosibenergo şirkətləri üzərinə Moskvanın Krımı ilhaq etməsinə və 2016-cı ilin ABŞ seçkisinə müdaxiləsinə görə sanksiaylar qoyulub.

2019-cu ildə bir sıra şirkətlərin üzərindən sanksiyalar qaldırlıb, Deripaska isə ABŞ Maliyyə Nazirliyini məhkəməyə verib.

Deripaska "Financial Times" qəzetinə bildirib ki, ABŞ məhkəməsi bu işə təxminən 18 ayın içərisində baxa bilər. Buna qədər Deripaskanın vəkilləri və ABŞ Maliyyə Nazirliyi arqument və əks-arqumentlərini mübadilə etməlidirlər. (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam