Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rus oliqarxlar niyə London məhkəmələrində çəkişirlər?

Rus oliqarxlar niyə London məhkəmələrində çəkişirlər?

 

 

"The Guardian" yazır ki, Chelsea futbol klubunun sahibi, oliqarx Roman Abramoviç London məhkəməsində iki başqa Rusiya oliqarxı ilə Rusiyanın ən böyük mədən şirkətinin sahibliyi uğrunda çəkişməyə girməli olub

 

Yenixeber.org: Daha doğrusu, Abramoviçi məhkəməyə Oleq Deripaska verib. Onun məqsədi Abramoviçin özünün Norilsk Nickel (Nornikel) şirkətindəki səhm payını Deripaskanın düşməni Vladimir Potaninə satmasının qarşısını almaqdır.

Sərvəti 8, 4 milyard dollar təxmin olunan Deripaska, sərvəti 20 milyard dollar təxmin olunan Potaninlə Nornikelə nəzarət etmək üçün illərdir ki, rəqabət aparırlar.

Roman AbramovichRoman Abramovich

"The Guardian" yazır ki, bu mübahisə 2012-ci ildə prezident Vladimir Putinin müdaxiləsi ilə müvəqqəti də olsa çözülmüşdü. O vaxt Rusiya prezidenti şirkətdə daha az payı olan Abramoviçi "ağ cəngavər" elan etmişdi.

Sırf ingilis ifadəsi olan "ağ cəngavər" izahı kifayət qədər problemli olan tarixi frazeologiyadır, amma sadə dillə "barışdıran" kimi də izah oluna bilər. Bu şirkətdəki payı 5 faiz, yəni 2, 1 milyard dollar olan Abramoviç doğrudan da hərəsinin bu şirkətdəki payı 30 faiz olan Potanin və Deripaska arasında pariteti saxlaya bilmişdi.

Amma 5 il müddətinə bağlanmış bu sülh paktının vaxtı 2017-ci ilin dekabrında bitib və Abramoviç, bəzi xəbərlərə görə öz payını Potaninə satmağa çalışır.

Ötən cümə günü Deripaskanın Rusal allüminium şirkəti Londonda Ali Məhkəməyə müraciət edib ki, Abramoviçin investisiya firması öz səhmlərini Whiteleave şirkətinə sata bilməsin.

Rusal hazırda ağır borcların altında vurnuxur və Abramoviçin payı uğrunda mübarizə aparmaq üçün sadəcə, pulu çatmaya bilər. Əgər Abramoviçin payı Whiteleave şirkətinə satılsa, bu, Potaninə Nornikel üzərində nəzarət paketi verəcək.

Nornikelin baş icraçı direktoru olan Potanini cümə günü dinləməsində Britaniyanın keçmiş baş prokuroru lord Goldsmith müdafiə edirdi. Deyilənlərə görə, Goldsmith başqa rus milyarderlərindən öz xidmətinin bir saatı üçün 960 funt sterlinq alır.

Oleg DeripaskaOleq Deripaska

Hakim Stephen Phillips səhm satışına qadağan qoyulmasına dair dinləməni martın 5-dək təxirə salıb. O deyib ki, məhkəmə çox güman iyundan əvvəl başlanacaq.

Beləliklə, son zamanlar bir sıra Rusiya oliqarxları çəkişmə üçün Londonu məkan seçiblər. Bu isə Londonun bir çox vəkillərini milyonçuya çevirir.

Abramoviç 2012-ci ildə sürgün edilmiş oliqarx Boris Berezovski ilə məhkəmə çəkişməsindən 3 milyard funt sterlinq uda bilmişdi. Bundan bir il sonra Berezovskinin meyiti onun Ascot yaxınlığında dəyəri milyonlarla funt sterlinq olan malikanəsində tapılmışdı. Deyilənlərə görə həmin məhkəmədə Abramoviçi müdafiə edən vəkil bu işdən 1 milyon funt sterlinq qazanmışdı.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam