Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ABŞ məşhur rus çekistini necə qaçırdı? –Gizli əməliyyatın şok detalları

 

         

 
(Əvvəli burada)
https://teleqraf.com/news/dunya/236743.html

Yenixeber.org: İl yarım sonra II İohann Pavel həqiqətən də sui-qəsdə məruz qalır: 13 may 1981-ci ildə Vatikandakı Müqəddəs Pyotr meydanında ultrasağçı türk “Bozqurdlar” qruplaşmasının üzvü Mehmet Əli Ağca papaya atəş açır. Atəş açanın ilkin ifadəsinə görə, sui-qəsd cəhdində bilavasitə Bolqarıstan xüsusi xidmət orqanları iştirak edib. Daha sonra – 2005-ci ildə Əli Ağca Müqəddəs Pyotr meydanındakı güllələnmənin arxasında bəzi Vatikan kardinallarının dayandığını deyir. Bununla belə KQB rəhbərliyinin sui-qəsd cəhdində bilavasitə iştirak edə bilməsi versiyası, sübut olunmasa da, geniş yayılıb.

1979-cu ilin sonunda Viktor Şeymov Moskvaya qayıdır və Kremldə hakimiyyət uğrunda mübarizənin getdikcə necə şiddətləndiyinin şahidi olur: Andropov zəifləyən Brejnevi əvəz edərək Sovet İttifaqına rəhbərlik etməyə hazırlaşırdı. Şeymovun xatırlatmalarına görə, ən etibarlı KQB əməkdaşları mümkün küçə döyüşlərində iştirak üçün xüsusi təlim keçirlər. Pilotlar və tank komandirləri xüsusi ”təlim” keçmək üçün Moskvaya ezam olunurlar, bundan sonra onlar hərbi şəhərciklərə və şəhərin yaxınlığındakı istirahət evlərinə yerləşdirilirlər. Etibarlı KQB əməkdaşları yeni təlimat almağa başlayırlar – partiyaya sədaqət və kommunizm ideyaları ikinci plana keçir.

“Təlimatda deyilirdi: siz hər şeydən əvvəl KQB zabitlərisiniz və sizə verilən hər bir əmrə əməl etməlisiniz. Kabinetdə danışırdılar: “Yuri Vladimiroviç (Andropov) hazırlaşır”, — deyə Şeymov bildirirdi.

“Əsl hiyləgərlik KQB-ni aldatmaqdır”

Xaricə növbəti səfər 1980-ci ilin əvvəlində baş tutdu; eyni zamanda Şeymov gizli məlumatların sahibi olaraq hər yerdə xüsusi müşayiət olunurdu. Ancaq çekist aradan çıxmağa müvəffəq olur: ABŞ səfirliyinə gəlir və mühafizəçiyə birbaşa Amerika kəşfiyyatının nümayəndəsi ilə danışmaq istədiyini bildirir. Ziyarətçinin istəyi təmin edilir. Mən ona (Mərkəzi Kəşfiyyat İdarəsinin nümayəndəsinə - S.Həmid) KQB-dən olduğumu və hansı hissədə qulluq etdiyimi dedim. Ona dedim: “Mən düşünürəm ki, siz mənə kömək edə bilsəniz, mən də sizə kömək edə bilərəm. Mən ailəmlə birgə Sovet İttifaqından ayrılmalı və Qərbdə həyat qurmalıyam”, – Şeymov sonralar o günü müsahibəsində belə xatırlayırdı.



Çekistin həqiqətən də KQB zabiti olduğundan əmin olmaq üçün amerikalılar ondan daxil olduğu “ən ciddi məxfi sənədlərin” fotoşəklini çəkməyini istəyirlər. Şeymov bu şərti yerinə yetirdikdə “Sapfir” təxəllüsünü alır və tərəflər növbəti görüş barədə razılığa gəlirlər: bu görüş 1980-ci il aprelin ortalarında Moskva parklarından birində baş verir. Amerikalılar Şeymovu və ailə üzvlərini Sovet İttifaqından çıxarmağa və ABŞ-da sığınacaq verməyə hazır olduqlarını bildirirlər. Bir ay sonra, 16 may 1980-ci ildə KQB mayoru Viktor Şeymov həyat yoldaşı və beş yaşlı qızı ilə birlikdə izsiz yoxa çıxır. Onların mənzilindən heç nə yoxa çıxmamışdı və bəzi dəlillər zabitin və ailəsinin ehtimal ki, öldüyünü göstərirdi.

“Hiyləgərlik sadəcə tərk etmək deyildi – bu həm də KQB-ni mənimlə bağlı nə baş verdiyini, ölmüş ola biləcəyimi düşünməyə məcbur etmək idi”, – deyə Şeymov xatırlayırdı. O izah edirdi ki, SSRİ-dən qaçmaq üçün yalnız bir halda şans var, bu da çekistlərin istintaq aparacağı halıdır. Qaçaqçı ailəsi ilə birlikdə Sovet İttifaqını necə tərk etməsinin detallarını heç vaxt açıqlamamışdı. Bununla belə baş verən hadisənin iki əsas versiyası var.

Birincisinə görə, Şeymov və ailəsi gizli şəkildə ABŞ-ın Moskvadakı səfirliyinin binasına aparılıb. Orada mayoru qrimləyirlər, pilot forması geyindirib hava limanına çatdırırlar. Ora səfirliyin möhürlənmiş konteyneri gətirilir – hansı ki, ona baxış keçirilə bilməz: Şeymovun arvadı və qızı konteynerdə gizləniblər.



“Kommersant” qəzetinin yazdığı digər versiyaya görə, çekist doğmaları ilə birlikdə iki qatar dəyişərək uzaq bir şəhərə çatır. Onları maşınla oradan götürürlər. Viktor Şeymov baqajda gizlədilir, həyat yoldaşı isə sərnişin oturacağında oturub sürücünün dostu kimi görünür. Onlar Karpat dağları rayonunda SSRİ sərhədini keçməyə müvəffəq olur, xüsusi sığınacağa yerləşir və oradan ABŞ-a göndərilirlər.

Mayor Viktor Şeymovun okeanın o tərəfinə apardığı azsaylı əşyadan biri ona üzərində fotoşəkil, 04035 nömrəli identifikasiya nömrəsi olan KQB-dən verilmiş qırmızı identifikasiya kartoçkası idi.

Saxta izlərlə

Təəccüblüdür, amma faktdır ki, KQB rəhbərliyi mayor Şeymovun ABŞ-a qaçması barədə yalnız üç il sonra məlumat aldı və rəsmi olaraq bu, 1988-ci ildə tam təsdiqləndi. Ancaq çekist və onun ailəsi yoxa çıxdıqdan sonrakı ilk beş il ərzində itkin düşmüş hesab edilirdi – bununla belə hüquq-mühafizə orqanları Şeymov və yaxınlarının öldürüldüyü versiyasını ciddi şəkildə nəzərdən keçirirdilər. Bunun səbəbi vəziyyətin, şəraitin inanılmaz dərəcədə üst-üstə düşməsi idi.

Yoxa çıxmadan yarım il sonra, 1980-ci ilin dekabrında “Jdanovskaya” (hazırkı “Vıxino”) metro stansiyasında xətt polis şöbəsi əməkdaşları KQB katibliyi rəisinin müavini, mayor Vyaçeslav Afanasyevi vəhşicəsinə döyürlər. Hücumun səbəbi sərxoş asayiş keşikçilərinin zərərçəkmiş şəxsdə gördükləri bir torba hisə verilmiş kolbasa və bir şüşə konyak idi. Afanasyev özünü milisonerlərə təqdim etsə də, onlar kiminlə ünsiyyətdə olduqlarını dərhal başa düşmürlər, həqiqət üzə çıxdıqda isə onların rəisi – SSRİ-nin daxili işlər naziri Nikolay Şelokov izləri itirməyə qərar verir.



Nazir yarımcan olan çekisti KQB zabitlərinin Moskva yaxınlığındakı Pexorka qəsəbəsinə aparılmasını və zabitin orada armatur parçası ilə ölənədək döydürülməsini əmr edir. Milislər əmri yerinə yetirir. Ancaq Afanasyev hələ sağ idi. Təsadüfən yoldan keçənlər onu tapırlar. Lakin Afanasyevin özünə gəlmir və tezliklə xəstəxanada ölür. Bu hadisə KQB və SSRİ Daxili İşlər Nazirliyinin rəhbərliyi – Yuri Andropov və Nikolay Şelokov arasında “müharibə”nin baş verməsinə səbəb olur. Sonuncu “müharibə”ni uduzur və həyat yoldaşı ilə birlikdə həyatını itirir (Belə ki, məhz “Jdanovskaya cinayəti” işinə görə N.Şelokov nazir vəzifəsini itirir, partiya sıralarından xaric olunur. 1983-cü ildə həyat yoldaşı intihar edir. 1984-cü ilin noyabrın 6-da ordu generalı rütbəsindən məhrum edilir, 12 dekabrda SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə bütün dövlət təltiflərindən məhrum edilir. Növbəti gün isə ov tüfəngi ilə özünü vurur).

İstintaq Afanasyevin öldürülməsi və Şeymov ailəsinin yoxa çıxmasını tezliklə eyni zəncirlə bağlayır. KQB rəhbərliyinin sovet xəfiyyələrinin hansı metodlardan istifadə etdiyini necə yaxından izlədiyini sadəcə təxmin etmək qalır. Buna baxmayaraq, Afanasyevə divan tutan milislər 1981-ci ildə Şeymov və onun ailəsinin “qətli cinayətini” də öz üzərlərinə götürürlər. Beləliklə, istintaq tərəddüd etmədən yalan izlərlə aparılır.

Dövlətə xəyanət üçün milyon dollar

Şeymovla Amerika xüsusi xidmət orqanları o, Birləşmiş Ştatlara düşən kimi işləməyə başlayırlar. Onlar sabiq KQB mayorunun köməyi ilə Moskva ətrafında informasiyaların ələ keçirilməsi üçün gizli qurğu quraşdırırlar. Həmin qurğu məlumatları gizli rabitə kabeli vasitəsilə ötürür. Bu minvalla KQB-nin xaricdəki rezidenturaları ilə ünsiyyəti faktiki olaraq bir neçə illiyə Mərkəzi Kəşfiyyat İdarəsinin nəzarəti altına keçir. KQB çekistləri cihazı yalnız 1985-ci ildə aşkar edə bilirlər. Elə həmin il Viktor Şeymov Milli Təhlükəsizlik Agentliyi ilə əməkdaşlığı dayandırmadan rəsmi olaraq ABŞ vətəndaşı olur.



Qaçaqçı uzun illər ərzində amerikalılara sovet gizli mesajlarını deşifrə etmək metodlarını inkişaf etdirməyə kömək edir və Mərkəzi Kəşfiyyat İdarəsi ilə “KQB-nin ümumdünya kriptoqrafiya şəbəkəsi” və digər sovet sirləri haqqında məlumatları paylaşır. Şeymov Amerika tərəfinə bildirir ki, SSRİ-də ABŞ Dövlət Departamentinin iki əməkdaşı və ən azı bir MKİ əməkdaşı olduğu halda KQB Moskvadakı Amerika səfirliyini dinləyir. Birgə işin nəticəsi V.Şeymovun Mərkəzi Kəşfiyyat İdarəsinin “Milli təhlükəsizliyə verdiyi töhfəyə görə” medalı ilə təltif edilməsinə gətirib çıxarır.

Bununla belə, 1991-ci ildə keçmiş çekist və Amerika kəşfiyyatı arasında gözlənilmədən qarşıdurma yaşanır: MKİ Şeymova “bütün həyatı boyu müalicə və pulsuz tibbi xidmət” üçün vəd edilmiş 1 milyon dolları ödəməkdən imtina edir. Bunun əvəzinə qaçaqçı ümumilikdə 200 min dollar alır. Nəticədə Şeymov özəl biznesə keçir. Onun MKİ ilə məhkəmə çəkişməsi isə səkkiz il davam edir.



Maraqlıdır ki, 1999-cu ildə növbəti iddia qaldırdığı zaman keçmiş KQB mayoru hüquqlarının müdafiəsi üçün 1993-1995-ci illərdə MKİ-nin direktoru olmuş kiçik Robert Ceyms Vulsi ilə müqavilə bağlayır. Nəticədə tərəflər məhkəmədən əvvəl razılığa gəlirlər və Viktor Şeymov təzminat alır. Təzminatın məbləği açıqlanmır, amma bu məbləğ keçmiş çekisti qane etmir. Buna baxmayaraq Şeymov bundan sonra MKİ-ni məhkəməyə vermir. O, həmin il Vulsi ilə birlikdə kompüter təhlükəsizlik sistemlərinin inkişafı ilə məşğul olan “Invicta Networks” kompaniyasını qurur. Bəzi mütəxəssislər kompaniyanın layihələrini inqilabi adlandırdılar.

Viktor Şeymovun tarixçəsini hələ də ABŞ-da SSRİ-dən olan qaçaqçının ilk uğurlu eksfiltrasiyası (köçürülməsi) və “Soyuq müharibə” dövrünün ən əhəmiyyətli qaçışlarından biri hesab edirlər. “O, bizim ölkəmizin milli təhlükəsizliyinə çox dəyərli töhfə verən əsas qaçaqçı idi”, – deyə 1990-cı illərdə ata Corc Buş administrasiyasındakı mənbə Şeymov barədə demişdi.

6 dekabr 2019-cu ildə SSRİ KQB-sinin keçmiş mayoru Viktor Şeymovun Virciniya ştatındakı Vene şəhərindəki evində keçindiyi məlum olub. Onun ağciyərində problem olduğu bilinirdi. Şeymov 73 yaşında idi...

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam