Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“Genetik xəritə” – genetik strategiya vacibdir”-"Dağlıq Qarabağın sularında xərçəng sindromları aşkarlanıb"

 Xəbər yayıldığı kimi dünya “Kornovirus” adlı yeni epidemiya ilə üz-üzədir. Bu xəstəliyin yayılma sürəti saniyədə 1-2 nəfər yoluxa bilir. Əsas mənbəyi Hindistanın varlı təbəqəsindən başlanan bu epidemiya virusları quruluşuna görə vəbaya, həcminə görə vərəmə bənzəyir.

Yenixeber.org: Bir azərbaycanlının gen hüceyrələri ilə 10 ən dəhşətli epidemiya üçün vaksin hazırlana bilər.

Tanınmış siyasətçi, politoloq, Azəbaycanın Milli Təhküləsizlik problemləri istiqamətində tədqiqat Rövşən Novruzoğlu “Azərbaycanın genetik xətirəsi” streteji tədqiqatını tamamlayıb. Bu haqda professor yenixeber.org-a danışıb: Onun fikrincə, “Genetik xəritə yoxdursa, millət də yoxdur, dövlət də...” On cildlik bu tədqiqat əsərində müəllif Azərbaycanın genetikası ilə bağlı indiyədək millətə və dövlət orqanlarına məlum olmayan məsələlərə aydınlıq gətirir.

Strateji tədqiqatın bir hissəsini (III və IV cildləri) ərazilərimizi bürüyəcək epidemiyaların başlanma ocaqlarının təhlili təşkil edir. Müəllif qeyd edir: “Azərbaycan böyük ehtimal var ki, vəba, xərçəng vərəm epidemiyasının sindromları ilə üz-üzə dayansın. İstifadə olunan antibiotiklər artıq gücsüz və təsirsizdir. Alınan xarici yardımlar, eləcə də BMT xəttilə paylanılan yardımlar epidemiya viruslarının daşıyıcılarından başqa bir şey deyil. Artıq bəzi regionlarda qorxunc xərçəng, vəba və vərəm epidemiyasının sındromları özünü göstərir. Məsələn məlum olub ki, Gəncə-Qazax zonasında vərəmə qarşı işlədilən dərman pereparatları Lənkəran-Astara zonasında təsirsizdir. Yeni vaksinlərin tapılması istiqamətində isə heç bir iş aparılmır. Elmi-Tədqiqat İnstitutlarımız bu işdə susurlar.

Harvard Universitetinin professoru, dünyada məşhur genetik araşdırmalarının müəllifi olan N.İ.Kolyasov iddia edir ki, yer kürəsində ən güclü gen hüceyrələri azərbaycanlılara məxsusdur. Təəssüf ki, Azərbaycan bu istiqamətdə addım atmır, öz genetikasını araşdırmır. Xalqın və millətin yanaşması üçün, tarixdə qalması üçün onun  “Genetik xəritəsi” – genetik strategiyası vacibdir”.

Professor daha sonra qeyd edir: “Ötən əsrdə dünyanın 113 irili, xırdalı milləti, xalqı, etnik qrupu “Genetik xəritəsiz” yaşadığı üçün məhv olub, yer üzündən silinib.

Azərbaycan dövləti genetik problemlərini (söhbət bitkilərdən getmir) inkişaf etdirmək üçün, yeni bir strateji model hazırlamaq üçün 250 milyon dollar xərcləməlidir. Bu neft ölkəsi olan Azərbaycan üçün çox cüzi bir rəqəmdir...” Professorun fikrincə Azərbaycan genetikasından istifadə edərək onlarla epidemiya və fəlakət törədə biləcək xəstəliyin qarşısını ala bilər...”

Digər tərəfdən Azərbaycan daimi tarixdə qalması üçün boş və mənasız, heç bir işə yaramayan mərkəzlərin yerinə strateji baxımdan güclü strateji elmi-tədqiqat institutlarını yaratmalıdır.

Politoloq Rövşən Novruzoğlu başqa bir araşdırma materialında göstərir ki, ermənilər işğal olunmuş ərazilərimizi yaxın günlərdə qaytara bilər, daha doğrusu işğal olunmuş ərazilərimizi başlı-başına qoyub geri çəkilə bilərlər. Tədqiqat göstərir ki, Dağlıq Qarabağın sularında xərçəng sindromları aşkar edilib. “Bibliya geosiyasətindəki Ermənistan...” əsərində politoloq, qondarma "Xankəndi Prezident Administrasiyasının Mətbuat katibi", professor David Klimoviç Babayan bu barədə həyəcan siqnalı çalıb. Məhz bundan sonra ərazidə turist səfərlərinin həcmi 7 dəfə azalıb.

Erməni professoru iddia edir ki, Qarabağ sularında xərçəng sindromlarının olmasının günahı Azərbaycandadır. Alimin belə bir nəticəyə hardan gəldiyi məlum deyil. Hazırda işğal olunmuş ərazilərimizdə müxtəlif ölkələrdən dəvət olunmuş 12 genetik-alim tədqiqat aparar.

“Artsax” televiziyası ilə xərçəngdən ölən ermənilər üçün salınmış qəbiristanlığı göstərib.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam