Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

"Xərçəng dərmanları yumurtlayan" toyuqlar yetişdirilib

Şotlandiyada tədqiqatçılar tərkibində bəzi xərçəng növləri ilə mübarizdə istifadə edilən dərmanlar olan toyuq yumurtaları əldə ediblər. Genetik modifikasiya olunmuş bu toyuqların "dərman yumurtaları" dərman şirkətlərinin satqıları xərçəng preparatlarından 100 dəfə ucuz başa gəlir.

Yenixeber.org: Mütəxəssislər bu yumurtaların kütləvi satışa çıxarılacağına ümid edirlər. Edinburq şəhərindəki "Roslin Technology" şirkətinin nümayəndəsi Liza Herronun bildirdiyinə görə, "bu cür yumurtaların əldə edildiyi toyuqlar üçün xüsusi hinlər düzəldilib və onlar normal şəkildə yumurtlayır. Əsas məsələ bu quşların yeminə əlavə olunan dərmanlar və onların genetik modifikasiyasının dəyişməsidir. Yumurtalarda olan zülallardakı dərmanlar isə apteklərdə satılanlardan 100 dəfə ucuz başa gəlir".

Alimlər bundan əvvəl də genetik modifikasiya olunmuş keçi südü və toyuq yumurtalarından müalicədə istifadə olunacaq zülallar alınacağını bildirmişdi. Məlum olduğu kimi, bəzi xəstəliklərin, o cümlədən xərçəngin əsas səbəbi orqanizmin müəyyən bir kimyəvi maddənin və ya proteinin istehsalını dayandırmasıdır. Toyuq yumurtalarındakı həmin maddələr orqanizmdə bu prosesi yenidən bərpa edə bilər. Burada başlıca amil toyuğun DNT-sinin və yumurtanın ağında olan maddənin dəyişməsidir. Tədqiqatçılar diqqəti insanın immun sistemindəki iki vacib proteinə yönəldiblər: Bunlardan birində - IFNalpha2 proteinində antivirus və xərçənglə mübarizə xassələri var. Digər CSF proteini isə hüceyrələrin özlərini bərpa etmələrinə kömək edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam