Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Troll təhlükəsi ilə bağlı qorxular güclənir – ONLAR SOSİAL MEDİADA DEMAQOQLARI TƏBLİĞ ETMƏKLƏ PUL QAZANIRLAR

Bradford Delonq

“Project Syndicate”, 09.12.2019

 

Yenixeber.org: 1900-cü ildən bəri texnologiyası və texnologiya quruluşları sürətlə inkişaf edir. Cəmi 1 ildə baş verən dəyişiklik dərəcəsi 1500-cü ildə 50 il və ya daha çox vaxt aparacaqdı. Əvvəllər müharibə və siyasət bəşər tarixinin əsas meyvəsi idi, texnologiya və təşkilatlanma çox yavaş irəliləyirdi. İndi bunun tam əksi həqiqətdir.

Texnoloji yeniliyin ideya bazarına təsiri bəzi ardıcıl dəyişikliklərə səbəb olub. Əllə yazılmış və əllə köçürülən əlyazmalar dövründən Qutenberqin çap maşını dövrünə keçidlə Kopernik İnqilabı başlayıb. Çap məhsuları və kafelər / çayxanalar ictimai sahəni genişləndirib, ictimai rəyi siyasi hökmdarların davranışına güclü maneə kimi formlaşdırıb.

ABŞ-ın ikinci prezidenti Con Adamsın qeyd etdiyi kimi, “Amerika İnqilabı müharibənin başlamasından əvvəl… insanların şüurunda və qəlbində baş qaldırıb”.

Həlledici intellektual mübarizə, indi bildiyimiz kimi, ingilis əsilli Tomas Peynin “Sağlam zəka” adlı kitabçası ilə udulub.

Amma inqilabi dövrdə də dəyişiklik tempi indikindən daha yavaş idi. Cəmi 2 insan ömrü müddətində kütləvi qəzetlərdən radio-TV şəbəkəsinə, sonra İnternetə və bu gün sosial mediaya əsaslanan ictimai sferaya keçdik. Əksəriyyətimiz bundan sonrakı şeylərin şahidi olacaq qədər uzun ömür yaşayacaq.

Bununla belə, sosial medianın təbliğatına tam qoşulmayanlar arasında belə mövcud ictimai sferanın bizə yaxşı xidmət etməməsi barədə konsensus mövcuddur. Amerikalı müəllif Annali Nyuitz “New York Times” üçün son şərhində qeyd edib: “Sosial media ünsiyyət tərzimizi zəhərlədib və demokratik prosesi sarsıdıb. Bir çoxumuz bundan uzaqlaşmaq istəyirik, amma onsuz bir dünyanı təsəvvür edə bilmirik”.

Qərb cəmiyyətləri əvvəllər də buna bənzər bir hiss yaşayıb. 1930-cu illərdə radionu Adolf Hitler, Çarlz Koqlin və Franklin D. Ruzvelt kimi demaqoqlardan şikayətlərini bildirə-bildirə dinləyiblər. Amma indi də ictimai debatlar ənənəvi moderatorlarla ayıq və səmərəli şəkildə aparılmır.

Yeni çağda mesajlar müdaxilə olmadan uzaq və geniş yayıla bilər. Lakin ictimai marağı düşünməyən siyasətçilər və ideoloqlar insanların beynlərini zəbt edə biliblər.

İndiki vaxtda problem yalnız bir demaqoqla tükənmir, mühitə təsir edən təbliğatçılar var. Şübhəli ideyalar adekvat qiymətləndirmə və təhlil olmadan insanların düşüncələrini formalaşdırır.

Bunu əvvəldən görə bilməli idik.

İnsanlar girişdən əvvəl yüz ölçüb-bir biçirlər. Trollar hər dəlikdən çıxaraq müzakirələrə qoşulurlar.

İnternet hər bir evə, sonra da hər bir smartfona yayılmağa başladıqca, troll təhlükəsi ilə bağlı qorxular güclənir. Bu vaxt digərləri internetdə ictimai rəyi formalaşdırmaqla, pul qazanırlar.

Nyuitz ümidli bir notla deyir: “İctimai həyat sosial media tərəfindən geridönməz şəkildə dəyişdirilib; indi başqa bir şeyin vaxtı gəlib-çatıb. İctimai məkanın qorunması üçün məsuliyyəti korporasiyalara və alqoritmlərə verməyi dayandırmalıyıq, onu insanlara geri qaytarmalıyıq. Əvvəllər xaosdan demokratiya yaratmışıq. Bunu yenidən edə bilərik”.

Bu gün jurnalistlər üçün belə bir ümid lazım ola bilər. Təəssüf ki, vəziyyətimizin rasional qiymətləndirilməsi bu ümidin əsassız olduğunu göstərir. Narazılığımızın əbədi sentyabrı gəlib çatdı.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam