Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

ZAMAN NİKOL PAŞİNYANA QARŞI İŞLƏYİR:Ermənistanda sosial narazılıqlar artır – TƏHLİL

Harnik Gevorqyan

ru.1-in.am (Ermənistan), 25.02.2019

 

Nikol Paşinyanın demokratiya ehtiyacı və qiyməti çoxdan yerinə yetirilməyib. İnqilabi həzz və ruhlandırmanın səviyyəsi də dəyərləndirilməyib. Qiymət verənlər qiymətləndirmədi, amma Paşinyanın özü qiymət verib və nəticə çıxarıb. 9 dekabrda erkən parlament seçkiləri keçirmək qərarını məhz bu qiymət və nəticənin  ifadəsi saymaq olar.

Yenixeber.org: Bu, özülünə çox önəmli bir amilin – inqilabi həzzin enmə və tənəzzül proqnozunun qoyulduğu tələsik alınmış bir qərar idi. Nikol Paşinyan artıq sentyabr-oktyabrda duydu ki, inqilabi həzz tərəddüd və əksilmə yaşamağa başlayıb. Duydu və bir neçə addım atdı – həbslər, korrupsiya ifşaları və s. Amma Paşinyan tamamilə düzgün hiss etdi ki, həbs və ifşaların resursu da məhduddur və ictimai həzzi uzun müddət yüksək səviyyədə saxlaya bilməz. Bu amillər əsasında heasablandı ki, həzzin zirvəsi noyabr-dekabrda olacaq və seçkilər dekabrın 9-a təyin edildi. Hesablama özünü doğrultdu, hakim komanda səslərin 70%-dən çoxunu aldı. Amma seçkilərdə qeydə alınmış nəticələr ictimai ruh yüksəkliyini artırmadı. İnqilabi həzz qısa bir müddət keçəndən sonra obyektiv tənəzzül mərhələsinə girdi ki, bu da indiyə kimi davam edir.

İndi müxtəlif ictimai zümrələrdən müxtəlif problemlər haqda tez-tez suallar səslənir, bundan belə hakimiyyətin hər addımı kor ruh yüksəkliyi ilə qavranılmır. Adamlar düşünməyə, düşünməyə və təhlil etməyə, təhlil etməyə və yığcam, dürüst cavab tapmağa başlayıblar.

İnqilabi eyforiyanı bütün hallarda da həmin səviyyədə saxlamaq mümkünsüz idi. O, obyektivcəsinə enməyə gedirdi. Amma parlament seçkilərindən sonra hakimiyyət tərəfindən aydın, predmetli addımlar atılsaydı, rəqabətli proqram və bu proqramın peşəkar gerçəkləşdiriciləri təqdim olunsaydı, onda ruh yüksəkliyinin bu enişi xeyli yavaş olardı. Əsasında perşəkarlığın deyil, inqilaba və Nikol Paşinyana tərəfdarlığın durduğu həmin kadr siyasətini gördüyümüz bir vaxtda hökumətin təqdim etdiyi keyfiyyətsiz proqram və tənqidə münasibətdə tamamilə qapalı hökumət görürük.

Hakimiyyətin inqilabi həzzin qorunması və bu həzzin özünə qarşı dayanıqlı icitmai inama çevrilməsi üçün bir yolu var – effektli iş və aydın nəticələr. Hələlik nə bu var, nə də o biri. Zaman bu şəraitdə isə Nikola və başçılıq etdiyi siyasi komandaya qarşı işləyir. Və siyasi rəqiblərinin xeyrinə. Sosial-iqtisadi problemlər haqda ictimaiyyət arasında narazılıq artır, çünki yeni hökumət hələlik heç bir sosial problemi həll etməyib və həll üçün ilkin şərtlər və yolu da göstərməyib. Hakimiyyətə qarşı olanların, əsasən keçmiş hakimiyyətin – zamanca və məkanca Nikol Paşinyana qarşı işləyən ERP və Koçaryann çevrəsinin aqressiv əks-təbliğatı bunun üzərinə gəlir. Bu duruma isə hər hansı fors-major, məsələn, Qarabağ tənzimlənməsində hansısa bir inkişaf əlavə olunarsa, onda Nikol Paşinyan hakimiyyətinin ətrafındakı həlqə darala bilər. Siyasətdə zaman tez-tez ən önəmli resurs və amillərdən birinə çevrilir. Hakimiyyətlər nail olur, ya da öz plan və fəaliyyətini zamanla sinxronlaşdıra biləcəyi qədər puça çıxırılar. İnqilabdan sonra bütün yay boyu hər gün Nikol Paşinyanın xeyrinə işləyib. O, siyasi rəqiblərini  birinci növbədə zaman amili sayəsində udub. İndi durum dəyişilib və Nikol Paşinyan ona qarşı işləyən zamandan geridə qalır. Zamanın dalınca yüyürməkdə onun bir imkanı var – sürətli və kəskin kadr və proqramlı dəyişikliklər. Əlbəttə, artıq gec deyilsə.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam