Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Çinin uyğur türklərini saxladığı düşərgələrdə “beyin yuma” təlimatında nələr var?-FOTOLAR

 

 

Çinin minlərlə müsəlman Uyğur türkünün saxlanıldığı və yüksək təhlükəsizlik tədbirlərinin görüldüyü düşərgələrdə sistematik "beyin yuma" əməliyyatlarının detalları ilk dəfə sızdırılıb.

Yenixeber.org: Çin hökuməti bu günədək bu düşərgələrin könüllü təhsil və təlim mərkəzi olduğunu deyirdi.

Panoramamızın gördüyü rəsmi sənədlər məhbusların necə saxlanıldıqlarını, təhqir edildiklərini və cəzalandırıldıqlarını göstərir.

Çinin İngiltərədəki səfiri sənədlərin saxta məlumatlar olduğunu deyib.

Məlumatlar İngiltərənin BBC Panorama və Guardian qəzetinin də daxil olduğu 17 media müttəfiqi ilə işləyən Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumuna sızdırılıb.

Araşdırmalar son üç il ərzində yaradılan saxlanma düşərgələrində Çin hökumətinin dediyi kimi ekstremizm əleyhinə təlimlərin aparıldığı iddialarını rədd edib.

Çoxunun müsəlman uyğur icmasından olduğu bir milyona yaxın insanın hər hansı məhkəmə keçirilmədən bu düşərgələrdə saxlanıldığı deyilir.Fotonun müəllifi: REUTERS

Əsas hissəsinin müsəlman uyğur icmasından olduğu bir milyona yaxın insanın hər hansı məhkəmə keçirilmədən bu düşərgələrdə saxlanıldığı deyilir.

Sızdırılan məlumatlarda yer alan təlimatlarda düşərgələrin yüksək təhlükəsizliyinin təmin olunması, sərt intizamın olması, cəzaların tətbiq edilməsi və məhbusların qaçışına imkan verilməməsi əksini tapır.

Təlimatlarda "heç vaxt qaçışlara icazə verilməməsi", "intizam və cəzaların artırılması", "tövbə və etirafın təşfiqi" və s. yer alır.

Sənədlərdə məhbusların həyatının hər bir anının necə izlənildiyi göstərilir.

Human Rights Watch insan haqları təşkilatının Çin üzrə direktoru Sophie Richardson deyib ki, bu məlumatlar iittihamçılar tərəfindən istifadə olunmalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam