Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Taylanddan uyğur türkləri ilə bağlı qərar

 

bitmap-img6


Hökümət uyğur türklərinin Çinə olmasa, Türkiyəyə veriləcəyini bəyan edib

 

"Xeberinfo.com":   Tayland höküməti 60 uyğur türkünün onların istədikləri ölkəyə göndəriləcəkləri haqqında açıqlama verib.
Tayland hökümətinin sözcüsü Sansern Kayukamnerd hər hansı terrorçuluq fəaliyyəti və kirminal aləmlə əlaqəsi olmayan uyğurların Çin və ya Türkiyəyə təhvil verəcəklərini bildirib.
Taylandda saxlanılan uyğur türklərinin yaşamaq üçün Türkiyəni seçəcəyi barədə məlumatlar var. Bundan əvvəl Tayland höküməti 85-i kişi 24-ü qadın olmaqla 109 uyğur türkünün başına torba keçirərək onları Çinə geri qaytarmışdı. 
Çin dövlət televiziyasında uyğur türklərinin hamısı terrorçu kimi əlləri bağlı və başlarına torba keçirilmiş vəziyyətdə ölkələrinə geri qaytarılmasının görüntüləri yayılmışdı. Polisin iddiasına görə, təhvil verilən uyğurlardan 13 nəfəri əvvəllər Çin ərazisində terrorçuluq fəaliyyəti ilə məşğul olublar. Daha əvvəl Taylandda uyğurların başına gətirilənlərlə bağlı görüntülər ABŞ-da yayılmışdı və bu rəsmi Pekinin etirazına səbəb olmuşdu .
Həmçinin Çin polisi 109 uyğur türkünün Yaxın Şərqdəki terrorçu qruplara qoşulmaq niyyətində olduqlarını və bunun üçün Türkiyə ərazisindən istifadə etmək fikirində olduqlarını açıqlayıb. Təyyarəyə minidirilən uyğur türklərinin Çin ərazisində hara aparıldığı barədə heç bir məlumat yoxdur. Türkiyə məsələ ilə bağlı Çinə qarşı etirazını bildirib.(ans press)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam