Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Türkiyə və Çin arasında diplomatik QALMAQAL

 

Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin uyğurlar üçün “əsir düşərgələri” barədə dedikləri “iyrəncdir”.

Yenixeber.org: RİA “Novosti” xəbər verir ki. Çin XİN-in rəsmi nümayəndəsi Xua Çunyinin sözlərinə görə, ŞXR artıq Türkiyə tərəfinə təqdimat yollayıb.

“Biz Türkiyə XİN rəsmi nümayəndəsinin bəyanatına diqqət yetirdik. Bu, çox iyrəncdir. Biz bununla bağlı türkiyə tərəfinə artıq təqdimat yollamışıq”, - Xua Çunyin brifinqdə bildirib.

Çin XİN-in rəsmi nümayəndəsi həmçinin Türkiyə XİN-in məşhur uyğur şairi Əbdürrəhim Heyitin həbsxanada ölməsi ilə bağlı məlumatını yalan adlandırıb və qeyd edib ki, o , sağdır və sağlamdır.

Qeyd edək ki, dünən Türkiyə XİN-in rəsmi nümayəndəsi Hami Aksoy bəyanat dərc edərək, Çini etnik uyğurların hüquqlarına hörmət etməyə və onlar üçün qurulmuş məcburi saxlama düşərgələrini bağlamağa çağırmışdı. Aksoy “XXI əsrdə yenidən əsir düşərgələrinin meydana gəlməsini bəşəriyyət adına biabırçılıq” adlandırmışdı. Onun sözlərinə görə, “bir milyondan artıq uyğur məcburi saxlama siyasəti, işgəncələr və türmə və əsir düşərgələrində ideoloji təzyiqlərlə üz-üzə qalıb”.

2018-ci ilin avqust ayının sonlarında BMT-nin irqi ayrıseçkiliyin ləğvi üzrə komitəsinin ekspertləri dərc etdikləri məruzədə bildirmişdilər ki, bir milyona yaxın etnik uyğur Çinin Suntszyan-Uyğur muxtar rayonunda “tərbiyə düşərgələri”ində saxlanıla bilərlər.

Bu vəziyyəti şərh edən Çin XİN bildirmişdi ki, BMT-nin məruzəsində qeyd olunanlar sübut edilməyib və həqiqətə uyğun deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam